Çərşənbə, 29 yanvar 2025, 12:07:21  
   Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     Fərid Qayıbovun müavini də .....                     KAPTAL BANK-ın hər türü problemlidir... .....                     AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... .....                     Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir .....                     Karslon düşünüb ki, Donald Tramp... .....                     Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU .....                     Dalana dirənmiş “MTN işi” davam etdiriləcək .....                     Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... .....                     Kartlardan oğurluğa son qoyulacaq?! .....                     Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə .....                     Kənd təsərrüfatı naziri əkin sahələrinin azalmasının səbəbini açıqladı .....                     “Bəlkə pulu yoxdur mahnı yazdırmağa, amma sənətkardır” .....                     Özbəkistan Hava Yolları Rusiya üzərindən uçuşları dayandırdı .....                     Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı döydü .....                     Azərbaycan yaxın vaxtlarda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın nəticələrini açıqlayacaq .....                     Vətəndaşın pulunu vermir, külli miqdarda vergi borcu var .....                     Şirvanda SEÇKİ-MEÇKİ YOXDUR: bələdiyyə sədri də bilinir... özü isə deyir ki... .....                     İrəvan sülh siyasətini “xəndək siyasəti” ilə əvəz edib .....                     Burda şikayətləri dinləyən yoxdur... .....                     Ermənistanın Müdafiə Nazirliyində "qar arabası" və asfalt qalmaqalı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     “Youtube”dan ən çox pul qazanan azərbaycanlı müğənnilər .....                     Pessimist ssenaridə 1 milyard 879 milyon manat kəsir ola bilər .....                     Erməni politoloqun “strategiyası” və X günü .....                     Mingəçevirdə 165 minlik dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs edilib .....                     Yeni Dövlət Proqramı nəqliyyat infrastrukturunun daha da müasirləşməsini təmin edəcək .....                     Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır .....                     Qazaxıstan Baş Prokurorluğu AZAL təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılmasını davam etdirir .....                     Azərbaycanda saxlanılan mütəşəkkil cinayətkar dəstə başçısına cəza verildi .....                     Nazirin maaşlarla bağlı qərarı Naxçıvan səhiyyəsini QARIŞDIRIB... .....                     “Atama adı və soyadı internatdakı müəllimi verib, ona atalıq edib” .....                     Qadınlar üçün nəzərdə tutulan bu güzəşt... .....                     Bu gün Brüsseldə imza atılır: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi .....                     "Hansısa tütək çalan sənətimə qiymət verə bilməz" .....                     “Holcim” ölkədən nə qədər pul çıxarıb? .....                     Fərid Qayıbovun vəzifəsi aşağı salındı .....                 

Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Tarix: 16-01-2025, 12:21 | Çap et
Vaşinqton İrəvana necə "hamilik" edəcək?
ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən imzalanmış strateji tərəfdaşlıq haqqında Xartiya Vaşinqtonun Cənubi Qafqazdakı iddialarının daha bir təzahürü sayıla bilər və əslində, sayılmalıdır da. Anlaşmanın mətnindəki zahirən "neytral" ifadələrinin arxasında sadəcə Vaşinqton-İrəvan təmaslarının gücləndirilməsi yox, həm də ABŞ-nin Ermənistanı öz geosiyasi maraqlarının orbitinə çəkməklə bölgədə təsirini artırmaq istəyi durur.

Xartiya sadəcə, ilk baxışdan ikitərəfli əlaqələrin möhkəmlənməsinə yönəlmiş bir addım kimi görünür. "Demokratik dəyərlər”, "kiçik və orta sahibkarlığın güclənməsinə dəstək", "təhlükəsizliyin təminatında birgə müzakirələr" və s. kimi bəzəkli ifadələrin arxasında yalnız ikili standartlar deyil, həm də mövcud münaqişələri daha da dərinləşdirə biləcək açıq-aşkar geosiyasi manipulyasiyalar dayanır.

Xartiyanın preambulasında ABŞ və Ermənistan ümumi dəyərlərə və maraqlara sadiqliklərini yüksək pafosla bəyan olunur. Belədirsə, Vaşinqtonun demokratiya ilə bağlı ritorikası İrəvanın real siyasi vəziyyətinə və xüsusilə də iqtisadi, geosiyasi və geostrateji durumuna nə qədər uyğundur?

Uzun illərdən bəri qonşularına qarşı fasiləsiz ərazi idiaları ilə çıxış edən, zooloji millətçi, irqçi və neonasist ideologiyanı təşviq edən və törətdiyi məşum cinayətləri əsla etiraf etməyən Ermənistan "demokratiya ideallarını inkişaf etdirmək" üçün Birləşmiş Ştatlara "etibarlı tərəfdaş" ola bilərmi?

Xartiyanın ilk bölməsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına həsr olunub və burada “ləyaqətli və davamlı sülhün zəruriliyi" vurğulanır. İlk baxışdan bu ifadə məntiqli görünə bilər, lakin daha diqqətlə baxdıqda “ləyaqətli” anlayışının müəyyən bir alt məna daşıdığı aydın olur.

Niyə ABŞ ədalətli yox, ləyaqətli sülhdən bəhs edir?

Cavab çox sadədir. Ədalət, Ermənistanın münaqişənin dağıdıcı nəticələrinə görə məsuliyyət daşımasını, təzminat ödəməsini, qaçqınların qaytarılmasını və daxili siyasətində əsaslı dəyişikliklər etməsini nəzərdə tutur. Amma bu, İrəvanın “simasını qorumaq” cəhdlərini dəstəkləyən Vaşinqtonun mövcud strategiyasına ziddir. “Ləyaqətli sülh” ifadəsinin arxasındasa uduzmuş, amma məğlubiyyətindən dərs almayaraq sürətlə silahlanan ermənilər üçün rahat şərtlərin yaradılması və təcavüzkarın cəzalandırılmaması məqsədi dayanır.

Xartiyada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasından da bəhs olunur, ABŞ-ın bu cür təşəbbüsləri tərəflərin suverenliyinə hörmət çərçivəsində dəstəklədiyi bildirilir. Lakin sonrakı bəndlərdə aydın olur ki, Vaşinqton İrəvanın fəal şəkildə irəli sürdüyü “Sülh yolayrıcı" adlı marazmatik layihəsinə üstünlük verir və bu, Ermənistanın Zəngəzur dəhlizinin təmin edilməsinə dair öhdəliklərinə ziddir.

ABŞ-nin "Sülh yolayrıcı" layihəsinə verdiyi dəstək vəziyyəti daha da mürəkkəbləşdirir. Bu layihə, Ermənistanın 2020-ci ildə imzaladığı üçtərəfli bəyanat çərçivəsində Zəngəzur dəhlizini təmin etmək öhdəliklərinə ziddir. Vaşinqton İrəvanın öhdəliklərini nəzərə almadan, alternativlər irəli sürməklə gərginlik yaradır.Belə yanaşma sadəcə, 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtləri və qayəsinə zidd olmaqla bahəm, ABŞ-nin Ermənistanın maraqlarını Azərbaycanın hesabına təmin etmək niyyətini açıq şəkildə göstərir. Reallıqda isə bu, regionda sabitlik əvəzinə, ABŞ diplomatiyasının ikili standartları ilə qızışdırılan növbəti gərginlik mənbəyini yaradır.

Birləşmiş Ştatlar öz marağını açıq şəkildə strateji hədəf kimi ortaya qoyur. İmzalanmış Xartiya Vaşinqtona Cənubi Qafqazda təsirini gücləndirmək və Ermənistanı Rusiya və digər regional oyunçulara qarşı vasitə kimi istifadə etmək imkanı verir. Eyni zamanda, İrəvan öz neonasist, irqçi siyasətini və öhdəliklərdən yayınmaq strategiyasını qorumaq üçün bir növ “əfvedici bəraət” alır.

Təcrübə göstərir ki, bu kimi sənədlər nadir hallarda həqiqi sabitliyə səbəb olur. Bunun əvəzinə, onlar balanssızlığı möhkəmləndirir, münaqişələri dərinləşdirir və zəif tərəflərin xarici oyunçulardan asılılığını artırır.

ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq Xartiyası, yüksək pafoslu ifadələrin arxasında gizlənən real geosiyasi niyyətləri ilə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Ermənistanın bu sənəddən gözləntiləri nə qədər böyük olsa da, reallıqda Xartiya ölkəni Vaşinqtonun maraqlarının orbitinə daha da yaxınlaşdırır, suverenliyini zəiflədir və regional sabitliyə ciddi təhdid yaradır. Bu, nə demokratiya naminə bir addımdır, nə də sabitlik üçün real zəmanət. Əksinə, bu, Ermənistanın münaqişələrin qızışdırılmasında bir alətə çevrilməsi riskini artırır.

İmzalanmış xartiya əslində, gözəl diplomatik bir örtükdür ki, arxasında çirkin geosiyasi məqsədlər dayanır. "Demokratiya əməkdaşlığı" bəyanatlarının arxasında ABŞ-nin Ermənistanı öz geosiyasi maraqlarına xidmət etmək üçün istifadə etmək istəyi gizlənir, regionun real problemlərinə isə göz yumulur. Bu sənəd sülh və sabitliyə aparan yol deyil, əksinə, yeni gərginlik nöqtələri yaratmaq və mövcud böhranı daha da dərinləşdirmək üçün bir addımdır. Ermənistan Vaşinqtonla ittifaq yolu ilə öz mövqelərini gücləndirmək istədikcə, müstəqilliyini tamamilə itirmək və böyük dövlətlərin oyununda bir piyada olmaq riskini daşıyır.

Xartiyanın əsas bəndlərindən biri, Ermənistanda "elektroenerji istehsalının və tədarükünün diversifikasiyası, o cümlədən mülki nüvə energetikası proqramının inkişaf etdirilməsi" ilə bağlıdır. İlk baxışdan bu, Ermənistanın enerji müstəqilliyini gücləndirmək istəyi kimi görünür. Amma nəzərə alsaq ki, ölkənin nüvə sektoru tamamilə Rusiyanın "Rosatom" şirkətindən asılıdır, bu bənd Moskvanın mövqelərini zəiflətmək cəhdi kimi qiymətləndirilə bilər.

Nüvə texnologiyaları və texniki dəstək sahəsində Rusiyadan kritik asılılıqda olan Ermənistan üçün bu addım ciddi risklər yaradır. Vaşinqton alternativlər təklif etsə də, bu təkliflər nə aydın fəaliyyət planı, nə də uzunmüddətli zəmanətlər ilə müşayiət olunur. Bunun nəticəsində Ermənistan enerji sahəsində qeyri-müəyyənliklə üzləşə bilər ki, bu da onun həssaslığını daha da artıracaq.

Xartiyanın daha narahatedici məqamlarından biri müdafiə və təhlükəsizlik sahəsinə həsr olunmuş bəndlərdir. ABŞ "ikitərəfli məsləhətləşmələr təşkil etməyi, Ermənistan hərbçilərinin peşəkar hazırlığını təmin etməyi, sərhəd xidmətlərini və hüquq-mühafizə orqanlarını modernləşdirməyi" vəd edir.

Bu, ilk baxışda xoşniyyətli bir jest kimi görünə bilər. Ancaq bu təşəbbüslərin dərin təhlili göstərir ki, əsl məqsəd Amerika strukturlarının Ermənistan dövlətinin əsas institutlarına tədricən nüfuz etməsidir. Polis üçün təlimlər, transmilli cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə çərçivəsində Vaşinqton təkcə ölkənin daxili təhlükəsizliyinə nəzarət əldə etmir, həm də siyasi proseslərə təsir göstərmək imkanı qazanır.

Faktiki olaraq, Ermənistan qeyri-real vədlər qarşılığında öz suverenliyindən imtina edir. Real dəstək əvəzinə, Ermənistan güclənən xarici nəzarətlə üzləşir ki, bu da onun müstəqilliyinə ciddi zərbə vura bilər.

Xartiyanın əsas bəndlərindən biri də "demokratiyanın dəstəklənməsi" ilə bağlıdır. Lakin insan haqları haqqında bəyanatlar arasında "Dağlıq Qarabağdan olan qaçqınlar və köçkünlərə yardım" bəndi ortaya çıxır.

"Dağlıq Qarabağ" ifadəsi özü yanlış, absurd və mənhusdur.

Beynəlxalq praktikada "köçkünlər" termini adətən bir ölkə daxilində yerini dəyişən insanlara aiddir. Lakin bu halda ABŞ Azərbaycanın ərazisini tərk edən erməniləri "köçkünlər" adlandırır ki, bu da dolayı yolla Vaşinqtonun Qarabağı Ermənistanın bir hissəsi kimi gördüyünü göstərir. Bu yanaşma Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə nəzərə almır və ABŞ-nin bu məsələdə tərəfli mövqeyini nümayiş etdirir.

ABŞ üçün Ermənistan yalnız Rusiya və İrana qarşı qlobal mübarizədə bir vasitədir. İmzalanmış xartiya Vaşinqtona strateji əhəmiyyətli bir bölgədə mövqelərini gücləndirmək imkanı yaradır, lakin Ermənistan üçün ciddi risklər törədir: o, böyük dövlətlərin münaqişəsinə cəlb olunmaq təhlükəsi ilə üz-üzə qalır.

Strateji tərəfdaşlıq haqqında xartiya, ilk baxışdan Ermənistan üçün bir fürsət kimi görünə bilər. Lakin dərin təhlil göstərir ki, bu sənəd Ermənistanı geosiyasi oyunların obyektinə çevirir. ABŞ-ın maraqlarını təmin etmək üçün atılan bu addım nə sülh, nə də sabitlik gətirəcək. Əksinə, Ermənistanın suverenliyinə ciddi zərbə vuracaq və onu daha da böyük risklərə məruz qoyacaq.

Donald Trampın Ağ Evə ehtimal edilən qayıdışı ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyasının bir çox bəndlərinin həyata keçirilməsini şübhə altına alır. Xarici siyasətdə izolyasionist mövqeyi və praqmatik yanaşması ilə tanınan Trampın Bayden administrasiyasının kursunu davam etdirəcəyi ehtimalı azdır. Onun prioriteti xarici öhdəliklərin minimuma endirilməsi olduğundan, bu, xartiyanın Azərbaycanın və Türkiyənin maraqlarına zidd olan aspektlərini görməzdən gəlməsinə səbəb ola bilər.

Hətta ABŞ siyasətinin vurğuları dəyişsə də, Ermənistan zəif mövqedə qalacaq. ABŞ-dən asılılığın güclənməsi, ölkəyə əhəmiyyətli strateji dividendlər qazandırmayacaq. Ən yaxşı halda Ermənistan, Moskva və Tehran üzərində təzyiq vasitəsi kimi istifadə ediləcək, ən pis halda isə, yeni geosiyasi qarşıdurma meydanına çevriləcək.

Onu da xatırladaq ki, ABŞ-la strateji tərəfdaşlıq xartiyaları çox vaxt rifaha, demokratik dəyişikliklərə və iqtisadi sabitliyə aparan yol kimi təqdim olunur. Gürcüstanın və Ukraynanın acıtəcrübəsi göstərir ki, bu vədlər bəzən inkişafdan çox asılılıq və geosiyasi həssaslıqla nəticələnir. “Demokratik dəyərlər” ritorikasının arxasında tərəfdaş ölkələrin real maraqlarının kölgədə qaldığı soyuq geosiyasi oyunlar dayanır.

... 2009-cu ildə Gürcüstan ABŞ ilə xartiya imzalayaraq, Rusiyayla müharibənin travmasından sonra təhlükəsizliyini möhkəmləndirməyə ümid edirdi. Vaşinqton dəstək, NATO-ya inteqrasiya və iqtisadi yüksəliş vəd etdi. Lakin 15 il sonra bu vədlər hələ də yerinə yetirilməmiş qalır.

Təhlükəsizlik reallığa çevrilmədi. Hərbi təlimlərə və silah tədarükünə baxmayaraq, ABŞ Gürcüstana gələcək təhdidlərdən qoruyacaq heç bir zəmanət vermədi. Abxaziya və Cənubi Osetiya hələ də Rusiya nəzarətindədir və Gürcüstan daimi təhlükə altında qalır.

İqtisadiyyat gözləntiləri doğrultmadı. ABŞ-dən yatırımlar minimum səviyyədə qaldı, yardımın əhəmiyyətli hissəsi isə ideoloji yönümlü proqramlara yönəldi. Nəticədə, Gürcüstan hələ də regionun ən kasıb ölkələrindən biri olaraq qalır.

NATO və Aİ inteqrasiyası illərdir Gürcüstan üçün əlçatmaz olaraq qalır. Qərb ölkələri, Rusiya ilə gərginliyin artmasından qorxaraq, Tbilisini qeyri-müəyyən vəziyyətdə saxlayır.

2008-ci ildə xartiya imzalayan Ukrayna oxşar vəziyyətlə üzləşdi, lakin nəticələri daha fəlakətli oldu.

ABŞ-nin hərbi yardımı yalnız Krımın itirilməsi və Donbas münaqişəsinin başlanmasından sonra reallaşdı. Təchiz edilən silahlar, o cümlədən, HIMARS sistemləri və hava hücumundan müdafiə kompleksləri, münaqişənin gedişatını dəyişmək üçün gecikmiş və qeyri-kafi oldu.

Ukraynanın iqtisadiyyatı ildən-ilə pisləşdi. 2023-cü ildə xarici borcu 132 milyard dolları keçdi və ölkə tamamilə ABŞ və Aİ-nin maliyyə yardımından asılı vəziyyətə düşdü. Yenidənqurma əvəzinə Ukrayna borc tələsinə sürükləndi.

Qərbin müdaxiləsi ilə yaranan siyasi qeyri-sabitlik ölkənin daxili bölünməsini gücləndirdi. Xarici idarəetmə modellərinin tətbiqi, yerli reallıqlara məhəl qoymadan, radikal əhval-ruhiyyənin artmasına və dövlət institutlarına inamın azalmasına səbəb oldu.

Ermənistan ABŞ ilə xartiya imzalayaraq Vaşinqtonun dəstəyinə ümid edir. Fəqət Gürcüstan və Ukraynanın dərsləri göstərir ki, bu gözləntilər məyusluqla nəticələnə bilər.

ABŞ təhlükəsizlik zəmanətləri təklif etmir. Azərbaycan və ya Türkiyə ilə gərginliyin artması halında Ermənistan, sələfləri kimi, təhdidlər qarşısında tək qalacaq.

İqtisadi yardım, olsa belə, müvəqqəti və məhdud olacaq. ABŞ resursları, əsasən, öz maraqlarına uyğun layihələrə yönəldir, uzunmüddətli həllərə deyil.

ABŞ-nin müdaxiləsi isə qaçılmazdır. Müdafiə, hüquq-mühafizə və enerji sahələrində təsirin güclənməsi Ermənistanın suverenliyini pozacaq və ölkəni Vaşinqtonun geosiyasi strategiyasının alətinə çevirəcək.

ABŞ xartiyaları strateji əhəmiyyətli bölgələrdə mövqelərini gücləndirmək vasitəsidir. Bu prosesdə xartiyanı imzalayan ölkələrin maraqları kənarda qalır.

Ermənistan üçün bu sənədin imzalanması daha çox risklər doğurur. Ölkə müstəqilliyinin qalan hissəsini itirə, ABŞ ilə Rusiya və Türkiyə arasındakı qarşıdurmanın meydanına çevrilə bilər. Gürcüstan və Ukraynanın tarixi İrəvana bir xəbərdarlıqdır. Ermənistan xartiyanı imzalamaqla gələcəyini gücləndirmək əvəzinə, öz taleyi və suverenliyini idarəetmədən məhrum ola bilər. İttifaq kimi təqdim olunan xartiya, əslində, milli maraqların xarici ambisiyalara tabe olduğu bir tələdir.

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Bu gün, 16:06
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 16:03
Fərid Qayıbovun müavini də Komitədən UZAQLAŞDIRILDI
Bu gün, 15:58
KAPTAL BANK-ın hər türü problemlidir... - AXI NİYƏ?..
Bu gün, 15:54
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Bu gün, 15:42
Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
Bu gün, 15:39
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Bu gün, 15:31
Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir - QALİB ŞİRKƏT
Bu gün, 15:24
Karslon düşünüb ki, Donald Tramp... - AKTUAL
Bu gün, 15:15
Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU - VİDEO
Bu gün, 15:12
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Bu gün, 15:11
Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... - GƏLİŞMƏ
Bu gün, 14:02
Kartlardan oğurluğa son qoyulacaq?! - ARAŞDIRMA
Bu gün, 14:00
Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə - DETALLAR
Bu gün, 13:58
Kənd təsərrüfatı naziri əkin sahələrinin azalmasının səbəbini açıqladı
Bu gün, 13:09
“Bəlkə pulu yoxdur mahnı yazdırmağa, amma sənətkardır” – Nanə kimin MÜDAFİƏSİNƏ QALXDI?
Bu gün, 13:00
Özbəkistan Hava Yolları Rusiya üzərindən uçuşları dayandırdı - 20 təyyarə reysini ləğv etdi
Bu gün, 12:53
Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı döydü - HƏBS EDİLDİ
Bu gün, 12:42
Azərbaycan yaxın vaxtlarda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın nəticələrini açıqlayacaq - TASS
Bu gün, 12:40
Vətəndaşın pulunu vermir, külli miqdarda vergi borcu var - "Mahal"ın sədrinə "stop" qoyuldu
Bu gün, 12:36
Şirvanda SEÇKİ-MEÇKİ YOXDUR: bələdiyyə sədri də bilinir... özü isə deyir ki... - AÇIQLAMA
Bu gün, 12:27
İrəvan sülh siyasətini “xəndək siyasəti” ilə əvəz edib - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:24
Burda şikayətləri dinləyən yoxdur... - GİLEY
Bu gün, 12:18
Ermənistanın Müdafiə Nazirliyində "qar arabası" və asfalt qalmaqalı - “Hraparak”
Bu gün, 12:10
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
“Youtube”dan ən çox pul qazanan azərbaycanlı müğənnilər - SİYAHI
Bu gün, 11:59
Pessimist ssenaridə 1 milyard 879 milyon manat kəsir ola bilər - NEFT FONDUNUN 2025 BÜDCƏSİNƏ RƏY
Bu gün, 11:54
Erməni politoloqun “strategiyası” və X günü – Ermənistanı hansı fəlakət gözləyir?
Bu gün, 11:50
Mingəçevirdə 165 minlik dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs edilib
Bu gün, 11:42
Yeni Dövlət Proqramı nəqliyyat infrastrukturunun daha da müasirləşməsini təmin edəcək - ŞƏRH
Bu gün, 11:41
Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:40
Qazaxıstan Baş Prokurorluğu AZAL təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılmasını davam etdirir - KİV
Bu gün, 11:39
Azərbaycanda saxlanılan mütəşəkkil cinayətkar dəstə başçısına cəza verildi
Bu gün, 11:26
Nazirin maaşlarla bağlı qərarı Naxçıvan səhiyyəsini QARIŞDIRIB... - Tibb işçiləri ETİRAZA QALXIR...
Bu gün, 11:16
“Atama adı və soyadı internatdakı müəllimi verib, ona atalıq edib”
Bu gün, 11:12
Qadınlar üçün nəzərdə tutulan bu güzəşt... - Ekspert danışır...
Bu gün, 11:08
Bu gün Brüsseldə imza atılır: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi - Əslində SÜLH DAHA ÇOX ONLARA LAZIMDIR...
Bu gün, 11:03
"Hansısa tütək çalan sənətimə qiymət verə bilməz" - VİDEO
Bu gün, 11:00
“Holcim” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 10:57
Fərid Qayıbovun vəzifəsi aşağı salındı - Yerinə Samir Şərifov TƏYİN EDİLDİ
Bu gün, 10:51
"Prokurorluğun "əmlak iddiaları" siyasiləşdirilir" - Erməni vəkil
Bu gün, 10:43
Qarabağla bağlı yeni separatçı proje: Ermənistanda “keçid hökuməti” qururlar - “İravunk”
Bu gün, 10:38
Karate Federasiyasının 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirilib - FOTO
Bu gün, 10:32
"İnsanların əsəbləri ilə bu qədər oynamaq olmaz!" - NARAZILIQ VAR...
Bu gün, 10:28
Vəziyyət kəskinləşir – Paşinyan o ölkə ilə əlaqələri kəsir
Bu gün, 10:19
Azərbaycanda 27 illik şirkət ləğv edilir
Bu gün, 10:14
"Şəhid qızıyam çarəsiz qalmışam, SƏSİMİ EŞİDƏN YOXDUR" - MÜRACİƏT
Bu gün, 10:09
Əvəzçilik üzrə işləyən işçilərin... - Ekspert danışır...
Bu gün, 10:02
“Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
Bu gün, 09:58
“Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - VİDEO
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru