“Tesla” avtomobillərinin istehsalı azaldı
Tarix: 3-01-2025, 15:40 |
Çap et
Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla”nın 2024-cü ildə avtomobil istehsalı 2023-cü illə müqayisədə azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Tesla” 2024-cü ildə 1,77 milyon avtomobil istehsal edib. Bir il əvvəl isə bu rəqəm 1,85 milyon avtomobil olub.
Beləliklə, 2024-cü ildə “Tesla” 2023-cü illə müqayisədə 72,5 min ədəd az avtomobil istehsal edib.
2024-cü ilin dördüncü rübündə “Tesla” istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq, 459,45 min avtomobil təşkil edib.
Eyni zamanda, 2024-cü ilin son rübündə “Tesla” avtomobillərinin satışı 2,3% artaraq, 495,57 min avtomobilə çatıb.