“Sizə bir hekayə danışım. Təxminən 40 nəfərdən ibarət qrupu Qərbi Ermənistana (Türkiyənin şərqini nəzərdə tutur – red.) müşayiət etdim, hamımız danışır, müzakirələr aparırdıq. Doğma yurdumuzda turist olduğumuza heç kim üzülmür, əksinə sevinclə gəzirdi. Qalaya qalxdıq. Qalanın üzərində türk bayrağının dalğalandığını, Atatürkün rəsmini gördük. Bu durum heç kimi məyus etmədi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni tarixçi Vahe Lorenz deyib.
Onun sözlərinə görə, erməni turistlər “məscidə çevrilmiş Həvarilər kilsəsinə” enəndə türkləri lənətləyiblər:
“Dedilər ki, niyə kilsəmizin başında aypara var!
Təqdim etdiklərim ermənilərin etnik təfəkkürü ilə bağlıdır. Biz dini icmayıq. Biz millət, hətta xalq da deyilik.
Ermənistanın gözəl təbiət mənzərələri olan fotoları paylaşıram, demək olar ki, sıfır reaksiya, amma xaç və kilsə paylaşanda əksi olur. Bu, etnik təfəkkürümüzün inikasıdır. Biz vətəni sevmirik, dini sevirik.
Ermənistan dini icmadır”.