"Azərbaycan İdman Akademiyası" publik hüquqi şəxsi kompüter avadanlığı alır.
Pravda.az-ın xəbərinə görə, Akademiya bu məqsədlə "Ultra Technologies" MMC ilə müqavilə bağlayaraq 250 min AZN köçürməyi planlaşdırır.
Qeyd: 2000-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. M.Zülfüqarlı həm də MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkətlərin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir. T.Mirkişilinin tərcümeyi halında onun 2000-2011-ci illərdə "Ultra Computers" MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi göstərilir. "Ultra Technologies" MMC 2016-cı ilə qədər "Ultra Computers" MMC adı altında fəaliyyət göstərib.