Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxarmaq zamanıdır - Başqa yolu yoxdur...
Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqavilələrinin imzalanmasını bir il də ləngitdi. Bakı və Ankaranın İrəvana, onun timsalında erməni xalqına uzatdığı barışıq əli 2024-cü ildə də havadan asılı qaldı. Doğrudur, ötən il tərəflər arasında sülh sənədinin mətni üzrə danışıqlar, layihənin diplomatik məktublaşma yolu ilə intensiv müzakirəsi davam etdi və artıq konkret nəticələr də var.
Məsələn, ilsonu məlum oldu ki, sülh müqaviləsinin preambula hissəsi və 17 bənddən 15-i artıq razılaşdırılıb. Həmçinin keçən il ilk dəfə sərhədin dinc demarkasiyası baş tutdu, 4 kəndimiz qaytarıldı, sərhədlərin demarkasiyası üzrə ortaq əsasnamə təsdiqləndi. Ancaq əfsus ki, böyük sülh anlaşmasının reallaşmasına 1 nömrəli əngəl - qonşu ölkə konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəa aradan qalxmadı. Rəsmi Bakı 2025-də də ən əvvəl bunu, üstəgəl, ATƏT-in Minsk Qrupunun ləğvini İrəvan qarşısında tələb-şərt kimi irəli sürəcək. Aydındır ki, əsas şərt yerinə yetirilmədən nə sülh sənədi imzalanacaq, nə də iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkün olacaq.
Heç bir normal dövlət onun ərazisinə konstitusion torpaq iddiası olan qonşu dövlətdə səfirlik açmaz. Bu, aksiomdur və onu kapitulyant tərəf nə qədər tez anlasa, bir o qədər təcriddən tez qurtulub inkişafa və sabitlik yoluna üz tutar, təcriddən qurtular. Çünki qardaş Türkiyə də bizimlə eyni mövqedədir və bu mövqe təzə ildə də dəyişməz qalacaq. Təəssüf ki, Ermənistan keçən il də sürətlə silahlanmağa, hücum silahları almağa davam etdi. Nə barədə ki, Prezident İlham Əliyev xalqa Yeni il müraciətində İrəvanı bir daha xəbərdar edib: “Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”...
Bəs İrəvan nəhayət, bu il həm hərbi məğlubiyyətlərdən, həm də Bakının sərt xəbərdarlıqlarından gərəkən nəticəni çıxaracaqmı? 2025-də sülh danışıqlarının perspektivi necə görünür? Zəfərin 5-ci ildönümünədək nəhayət ki, sülh sənədinin imzalanması mümkün olacaqmı?
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu il çərçivə sazişinin imzalanması istisna edilmir. “Azərbaycanla Ermənistan arasında niyyət protokolunun imzalanması vacibdir. Tərəflər xeyli yaxınlaşıblar və 2025-ci ildə prosesi inkişaf etdirmək üçün hansısa bir çərçivə sənədi olmalıdır. Çünki geriyə yol yoxdur. Geriyə yol Ermənistanın məhvi və yenidən Rusiyanın əlaltısına çevrilməsi deməkdir. Bunu istəmirlərsə, Türkiyə və Azərbaycanla münasibətlər qurulmalıdır, gediş-gəliş, ticarət olmalıdır. Bu problemlərin həllində isə fundamental düyünlər var”, - Q.Hüseynli belə hesab edir.
Onun sözlərinə görə, blokadada olan marşrut xətləri işə düşdüyü halda, regiona dayanıqlı sülh və sabitlik gələcək: “Bu zaman hərbi gərginlik sıfıra enir. Ona görə ki, logistikaların təhlükəsizliyini təmin etmək öhdəliyi var. Heç bir tərəf istəməz ki, daşımaların olduğu bir coğrafiyada hərbi eskalasiya baş versin. O nöqteyi-nəzərdən, Ermənistan koridorun açılması ilə bağlı real işlər görməlidir. Bu il nəqliyyat kommunikasiyalarının açılması istiqamətində praktiki addımlar olarsa, sülh sazişinin imzalanması da sürətlənəcək. Artıq 10 noyabr sənədinin imzalanmasının 5-ci ilinə daxil oluruq və hələ də 9-cu bəndlə bağlı razılaşma icra olunmayıb. Ermənistan bu anlaşmanı da yerinə yetirsə, üçtərəfli sənəddə həllini gözləyən bənd demək olar ki, qalmayacaq. Bundan sonra tarixi sülh müqaviləsini imzalamaq çətin olmayacaq. Tərəflər arasında etimad mühiti getdikcə yaranır və kənar müdaxilələr olmasa, bu il bəzi nəticələr əldə edilməsi mümkündür. Sadəcə, 2025-ci ildə yekun sülh müqaviləsinin olacağı ehtimalı yüksək deyil. Azərbaycanın tələbi yerinə yetirilmədiyi üçün məsələ uzana bilər. Ermənistan isə hələ gələn il referenduma hazırlaşacaq. Onu da nəzərə almaq lazımdır ki, bu il Paşinyan hakimiyyəti üçün seçkilər cəhətdən kövrək dövrdür. Belə vaxtda iqtidarına olan təhlükələri dəf etməyə çalışacaq, nəinki sülh sazişinə qol çəkəcək. 2026-cı ildə isə referendumdan sonra böyük anlaşma mümkündür. Buna qədər isə tərəflər danışıqları sürətləndirməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12 |
|
|
|
• Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09 |
|
|
|
• “Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02 |
|
|
|
• Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52 |
|
|
|
• Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49 |
|
|
|
• Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41 |
|
|
|
• SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40 |
|
|
|
• "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30 |
|
|
|
• Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28 |
|
|
|
• “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21 |
|
|
|
• Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20 |
|
|
|
• Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15 |
|
|
|
• "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12 |
|
|
|
• Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06 |
|
|
|
• Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03 |
|
|
|
• ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00 |
|
|
|
• Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53 |
|
|
|
• Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50 |
|
|
|
• "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47 |
|
|
|
• Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45 |
|
|
|
• Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU YAYILDI
Bu gün, 10:40 |
|
|
|
• Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Bu gün, 10:37 |
|
|
|
• Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 10:35 |
|
|
|
• Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir - MƏQALƏ
Bu gün, 10:26 |
|
|
|
• Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 10:23 |
|
|
|
• Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə - Çətin durumla üzləşdilər
Bu gün, 10:13 |
|
|
|
• Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Bu gün, 10:11 |
|
|
|
• Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq - Erməni politoloq
Bu gün, 10:10 |
|
|
|
• Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Bu gün, 10:09 |
|
|
|
• Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Bu gün, 10:04 |
|
|
|
• İrəvan sülhdən daha çox zamana oynayır - FAKT BUDUR!
Bu gün, 09:59 |
|
|
|
• "Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - DİQQƏT!
Bu gün, 09:58 |
|
|
|
• Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:56 |
|
|
|
• Bakı-Kazan-Bakı aviareysi ləğv edilib
Bu gün, 09:54 |
|
|
|
• Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• "Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." - Ekspert danışır...
Bu gün, 09:33 |
|
|
|
• Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... - NƏ ETMƏLİ?
Bu gün, 09:29 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
Bu gün, 09:28 |
|
|
|
• Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...
Bu gün, 09:26 |
|
|
|
• İran 120 minlik ordu ilə kimə meydan oxuyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22 |
|
|
|
• “Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:18 |
|
|
|
• Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
Bu gün, 09:11 |
|
|
|
• Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 09:03 |
|
|
|
• Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb?
Bu gün, 09:01 |
|
|
|
• İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI
Bu gün, 09:00 |
|
|
|
• MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
Bu gün, 08:58 |
|
|
|
• Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 08:57 |
|
|
|
• İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? - Görünəni odur ki...
Bu gün, 08:56 |
|
|
|
• Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? – Sabiq nazir mühüm məqamları açdı
Bu gün, 08:54 |
|
|
|
|