Almaniya və Fransanın XİN rəhbərləri Dəməşqə gediblər
Tarix: 3-01-2025, 12:00 |
Çap et
Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya gediblər .
Bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilə görüşəcəklər. “Bugünkü səfərim suriyalılara açıq bir mesajdır: Avropa ilə Suriya, Almaniya ilə Suriya arasında yeni siyasi başlanğıc mümkündür”,- Berbok Dəməşqə yola düşməzdən əvvəl bildirib.
Xatırladaq ki, 2024-cü il noyabrın sonlarında müxalifətin birləşmiş qüvvələri Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar paytaxt Dəməşqə daxil olaraq Bəşər Əsəd rejimini deviriblər.
AzVision.az