Azərbaycanda həbsdə olan “Oleq Bakinski”nin istintaqı başa çatdı - TƏFƏRRÜAT
Tarix: 29-12-2024, 17:55 |
Çap et
Azərbaycanda həbsdə olan Krapivin Oleq Andreyevic və Kucher Kostıanyn Antonovıchin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Kamran Muxtarovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, cinayət işi üzrə Zaxarenkov Valeriy Nikolayeviç zərərçəkmiş qismində tanınıb.
İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
Oleq Krapivin kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.