Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Tarix: 1-01-2025, 09:19 |
Çap et
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrikində ölkəsinin Azərbaycanla əlaqələrə böyük dəyər verdiyini deyib. Bundan başqa ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabındakı ilin son paylaşımı da keçmiş paylaşımdan fərqli olaraq müsbət tonlar üzərində yazılıb. “ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir” cümləsiylə başlanan paylaşımda əməkdaşlığın iki istiqaməti göstərilib. Birincisi, paylaşımda Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-nin yüksək hərbi institutlarını bitirməsi qeyd edilib. İkincisi, ABŞ-ın Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəyi vurğulanıb.
Bu paylaşımdan belə çıxır ki, ABŞ-la Azərbaycan arasında 2024-cü ildəki əməkdaşlıq sadəcə təhlükəsizlik sahəsini əhatə edib. Halbuki, keçmiş illərdə əməkdaşlığın ən azı 4 istiqaməti mövcud idi. Bunu amerikalı rəsmilər və diplomatlar dönə-dönə vurğulayırdılar. Bu təhlükəsizliklə yanaşı, enerji, iqtisadiyyat və insan haqları mövzuları idi. Rəsmi Bakı Donald Trampın Prezidentliyi dönəmində münasibətlərin müsbətə doğru dəyişəcəyinə ümidlidir. ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq münasibətləri hər iki ölkənin maraqlarına xidmət edir.
Elxan Şahinoğlu - "DİA-AZ"