Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Tarix: 1-01-2025, 09:24 |
Çap et
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını qeyd etməyimizə sayılı günlər qaldığı bir zamanda xalqımız ağır bir faciə ilə üzləşdi. Rusiya səmasında sərnişin təyyarəmiz vuruldu". "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında tanınmış jurnalist, ekspert Məhəmmədəli Qəribli qeyd edib.
"Maraqlıdır ki, təyyarədəki sərnişinlərin bir hissəsinin həyatını məhz əslən rus millətindən olan iki azərbaycanlı pilot xilas etdi..." deyə fvurğulayan M.Qəribli daha sonra əlavə edib:
"Həmin pilotlar və digər ekipaj üzvləri Prezident tərəfindən ali fəxri adlara və mükafatlara layiq görüldü. Bu fakt ölkəmizdəki tolerantlığın, multikultural ənənələrin yüksək səviyyədə olduğunun və həmrəyliyimizin hansı möhkəm təməllər üzərində qurulduğunun bariz nümunəsidir.
Məlum hadisədən sonra biz həmrəy olduğumuzu real addımlarımızla bir daha sübut etdik. Dünyaya göstərdik ki, biz istənilən təzyiqin və təxribatın qarşısında bir olaraq, vahid yumruq şəklində duruş gətirməyi bacaran ölkəyik..."