Rusiya üçün 2025-ci il təbii fəlakətlərin olmadığı il olacaq.
Publika.az xəbər verir ki, bunu TASS-a şərhində Rusiyanın ali şamanı Kara-ool Dopçun-ool proqnozlaşdırıb.
O izah edib ki, Yeni ilin simvolu - ilan "yerdə sürünür, yeri qoruyur". Həmçinin, şaman qeyd edib ki, yüksək məhsul gözləmək lazımdır. “Təhlükə yoxdur. Biz çoxlu taxıl yığacağıq”, - deyə “Adığ-Eeren” (“Ayı ruhu”) şamanların yerli dini təşkilatının rəhbəri bildirib.
2023-cü ildə Dopchun-ool-un rəsmi nümayəndəsi Alena Muravyova Rusiyanın sərhəd şəhərlərinin şamanların köməyi ilə qorunmağa başladığını söyləmişdi. O, əmin olduğunu bildirmişdi ki, şəhərlər 80 faiz “kənar müdaxilələrdən” qorunur. O, həmçinin qeyd edib ki, Kara-ool Dopçun-ool təkbaşına deyil, Cənub Federal Dairəsinin digər şamanları ilə birlikdə işləyir.