İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                     Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib .....                     Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri .....                     Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... .....                     Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib .....                     Qroznı üzərindəykən zərbə səsi eşidildi .....                     İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? .....                     Azərbaycanda 70 yaşlı "professor" həbs edildi .....                     İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir .....                     Rasim Musabəyovdan Peskova CAVAB: .....                     MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? .....                     “Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... .....                     Distant iş Trampın və Maskın planlarına ciddi maneədir .....                     Talıbovsuz Naxçıvanın ikinci ili .....                     Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır .....                 

"Vaxtım olmadığı üçün uzun yazdım" - replika
Tarix: 14-12-2024, 07:25 | Çap et
"Vaxtım olmadığı üçün uzun yazdım"
Stendal kimi dahinin də qədri öləndən sonra bilindi. Frans Şubertə baxanda Stendal hələ şanslıydı; Avropa beş yüz ildən sonra ayıldı ki, sən demə, bu kişi böyük bəstəkar imiş!

Belə baxanda beş yüz ilə də şükür. Adam var, öləndən beş il sonra yaddan çıxır. Hələ beş gündə unudulanlar da var.

Vallah, elə o bizik: "Mənə qiymət vermirlər" deyə deyinə-deyinə aşağı-yuxarı gəzirik. "Öləndən sonra adamı o qədər tərifləyirlər ki, adam ölmək istəyir".

Bu sözləri məşhur kaman ustası demişdi; yadınızda olar. Hələ ondan qabaq xalq şairi, gör, nə yazmışdı: "Sağlığında qiymət verin insanlara".

Sözün doğrusu, o şairə elə sağlığında daha çox qiymət verirdilər, nəinki öləndən sonra. İndi xatırlananda da, sadəcə, elə bu misra ilə xatırlanır: "Sağlığında qiymət verin insanlara". Elə kamançı da sağlığında daha çox dəyər gördü.

Nə bilim, vallah, xalq şairi də "ildırım sürəti ilə" unudulursa, ya o şair xalqın şairi deyil, ya da xalq bu şairin xalqı deyil. Yoxsa bu xalq bu şairin o boyda külliyyatından niyə cəmi bir misranı yadda saxlasın ki?! O da ki giley-güzar "janrında".

Görürsünüz, hər şey nisbi imiş; Eynşteyn deyəndə inanmırdıq. Şuberti beş yüz ildən sonra tanıyan Dünya sənə nələr etməz!

Mən "Qarışıq duyğular"ımda belə bir fikir yazmışdım: "Biz təkcə dərsdən qiymət almırıq, həm də qiymətdən dərs alırıq".

Deməli, qiymət özü də dərsdir!

Mən öləndən sonra yəqin, məni şairdən də dərin unudacaqlar. Kamançının sözü kimi olmasın, vallah, heç qiymətdən ötrü ölmürəm. Nə sağlığımda, nə yoxluğumda. İnsanın özünün özünə verdiyi qiymətdir önəmli olan. Bir də yekun qiymət (ki, onu da Allah verir).

Mənim özümə verdiyim qiymətin bir ucu mənfidir, çünki uzun yazıram. Çox uzun! Bəlkə elə bu yazıda uzun olacaq. Bəlkə də elə bu qədər də uzundur artıq.

Bax, burda Stendalı bir daha xatırlamalı olacam: dostuna uzun bir məktub yazmışdı və məktubun axırında da dostundan üzr istəmişdi.

Cümlə belə idi: "Bağışla, vaxtım olmadığı üçün uzun yazdım".

Mənim çox qüsurlarım var, onlardan biri də, dediyim kimi, uzun yazmaqdır. Hərçənd Hendrik van Loon demişdi: "Ömür qısadır, biz isə uzun danışırıq".

Nə qədər ömrüm qalıb, bilmirəm. Bildiyim budur ki, yazdığım yazılar ömrümdən uzundur. Deyəsən, bundan qurtula bilməyəcəm. Görünür, qısa yazmağa ömür çatmayacaq. Hərçənd həmin van Loon onu da deyib ki, yüz sözlə ifadə edilə bilməyən fikir heç deyilməməlidir. Bu məşhur hollandın uzun yazılara çıxardığı "ölüm hökmü ilə razısınızsa, yazının bundan sonrasını oxumasanız da olar.

Amma oxumağa davam edirsinizsə, sizə bir gerçəyi də deyim: hər mətnin ölçüsünü onun ifadə etmək istədiyi fikir özü diqtə edir. Formanı məzmun yaradır.

Amma bunu da problemə çevirmişik. Ya da elə gerçəkdən də problemdir. Bu, elə kitab oxumağa da aiddir; bir neçə sətirlik, elə sağlığında qiymət istəyən şairin də nümunəsindən göründüyü kimi, hətta bir misralıq oxucu nəsli yetişir. Adamlar uzun mətnlərə vaxt itkisi kimi baxır. Hərçənd oxumadığımız elə mətnlər var ki, bunlar vaxtın özündən də qiymətli... itkidir.

Son vaxtlar, baxıram, kitablar da nazikləşib; oxumağa vaxt tapa bilmirik, sən demə. Əyləncəyə həmişə vaxt tapırıq, düşüncəyə yox. Millət düşüncə qabiliyyətini itirdiyi gün millət deyil artıq. İstəyirsiniz, məni qınayın. Düşündüyümü yazdım. İyirmi birinci yüz yox, lap indən belə daha iyirmi bir yüz il də informasiya əsrləri olsun, yenə də insanı irəli aparan kitab olacaq.

"Kitab oxumayan cəmiyyətlərdə kitabsızların diktaturası hökmran olur".

Bunu da mən demişəm. Böyük adam deyiləm, ona görə bu sözüm böyük çıxıbsa, Stendalın dostundan mən də üzr istəyirəm...

Bir də buna görə üzrlü sayın: "Biz elmə, ədəbiyyata, sənətə, kitaba qalib gəldiyimizi düşünməyə başladığımız gün məğlub oluruq. Əslind isə kitaba könüllü təslim olmaq lazımdır. Sevərək "əsir düşmək".

Həcm gözünü qorxutdusa, deməli, ürəklə yanaşmamısan. Qısa mətnə qısa zaman sərf etdiyimizlə öyünürük, uzun mətnə ayırdığımız uzun zamana heyfimiz gəlir! Bax, burda özümüzə yenilirik. Allah eşqinə, bir düşünün: səni sən edəcək mətnə ayrılan vaxta da heç qənaət edərlər?! İnsanın özünə qarşı bundan daha zalım olduğu məqamı təsəvvür etmirəm.

Sən uzun (əlbəttə, sadəcə, uzun yox, həm də sənə lazım olan bilgilərlə, yaşantılarla, duyğularla dolu) mətni əlinin arxası ilə geri itələyirsən. İtirən təkcə, məsələn, əsəri oxunmayan yazıçı deyil, ən çox oxumayan oxucudur.

"Yazıçılıq sənəti ən birinci mənəvi ölçüləri böyük olan ürək deməkdir. İvan Turgenyev haqqında bir maraqlı anatomik fakt var: başı çox iri imiş. Beyninin fiziki çəkisi 2 kq idi. Ancaq bu, onu dostu və müasiri Lev Tolstoydan daha böyük etməmişdi".

Ciddi, sanballı bir kitab bəzən bir ömürə bədəldir. Elə alimlər, yazıçılar, elə düşüncə adamları var, heç yazmaq istədiklərinin hamısını yazıb çatdıra da bilmir. Kitabı dünyaya gəlməmiş, özü çıxıb dünyadan gedir. Mirzə Ələkbər Sabir heç öz kitabını görə bilmədi, amma bu, onun dühasından heç nə əskiltməyib. İndi o kitabı oxuyanlar oxuduqlarından daha çox fayda alıb, nəinki yazan öz yazdıqlarından. Ona görə də əsl kitabı yazan həmişə oxuyandan ən azı bir neçə pillə yüksəkdədir. "Yüksəkdir" demədim, "yüksəkdədir" dedim. O müəllifin yüksəlmiş olduğu yüksəkliyə yüksəlmək istəməzmisiniz?! İstərsiniz, təbii ki. O zaman, təbii ki, həcm sizi qorxutmaz.

Bəli, informasiya əsrində yaşayırıq. Ancaq informasiyanın əsiri deyilik axı. Üstəlik informasiya "küllüyündə" əsir-yesir olası heç deyilik.

İnformasiyalı olmaq hələ erudisiyalı olmaq demək deyil. Əgər kiminsə sizə qiymət verməsinə möhtac qalmaq, bu cür incinmiş ruh olaraq köçüb getmək istəmirsinizsə, informasiyalı olmaqdan keçib, erudisiyalı olmaq gərəkdir. "İnformasiyalı olmaqdan keçib..." dedim, diqqət etdinizsə. İnformasiyalı olmaq hələ birinci pillədir. Erudisiyalı olmaq ikinci... Sonra başqa pillələr var...

İnformasiya, erudisiya, pillələr demişkən. Rey Bredberinin müsahibələrinin birində dediyi aşağıdakı sözlər yadıma düşdü. Bredberi demişdi: "Məni kitabxanalar böyüdüb. Mən kolleclərə, universitetlərə inanmıram. Mən kitabxanalara inanıram, çünki tələbələrin çoxunun oxumağa pulu yoxdur. Böyük depressiya dövründə mən məktəbi qurtaranda bizim heç pulumuz yox idi. Mən kollecə oxumağa gedə bilmədim, ona görə də mən 10 il ərzində gündə üç dəfə kitabxanaya gedirdim. 27 yaşında mən universitet əvəzinə kitabxananı bitirdim..."

Bax, bunu da, dünən usta jurnalist, publisist, maarifçi dostumuz İbrahim Nəbioğlunun statusuna rəy olaraq yazmışdım" ...bizim ölkədə bəzi insanlara elə gəlir ki, yaxşı şifahi nitq olsa, bəs edir. Bəziləri mətni vaxtından əvvəl dəfn etməyə tələsib. Yazılı düşünmək qabiliyyətini itiririk sanki. Bilmirəm, bəlkə də rəngləri tündləşdirirəm. Amma nədənsə mənə elə gəlir. Mətndən qopmuş bir nəsil formalaşır sanki. İnformasiyalı olmaq hələ erudisiyalı olmaq deyil.

Erudisiya analitik düşüncə tərzinin məhsuludur. Bəzən görürük: adamlar kömürü, yaxud taxılı anbara yığmaq kimi baxır informasiyanı beyinə yükləməyə. O qədər üst-üstə yığırlar, lazım oldu-olmadı, informasiya demirlər, dezinformasiya demirlər, hər şeyi qalaq-qalaq toplayırlar. Heç ayırd etmədən, arıtlamadan, saf-çürük etmədən, analiz etmədən məlumat toplayırlar. Ancaq bunu istifadə edə də bilmirlər. Lazım olanda o informasiyaları beyin çatdırıb analiz, sintez edib fikrə çevirə də bilmir. Adamlar bir-birinə məktub yaza bilmir. Hətta iki-üç cümləlik mesaj da yaza bilmirlər. Bu, ciddi fəsaddır, məncə. Böyük mətnlərdən qaçırıq. "Fikir qaçqınları" kütləsi var. Fikirdən qaçıb, vizual həftəbecərə sığınanlar çoxalır. Necə olacaq? Oxucu sürətlə azalır. Hamı tamaşaçıya çevrilir. O cümlədən, öz faciələrinin tamaşaçısına. Sizcə, bunun axırı hara gedir?"

Mətndən qopmuş bir nəsil!

Əgər, doğrudan da, belədirsə, Dünya çox qorxunc qüvvənin insafına qalacaq, demək.

"Kitabxananı bitirmiş" Bredberidən sonra... kitabı bitirmiş biri! Təsəvvür edirsinizmi?! Kitabxanadan məzun olanların ardınca kitabsızlıqdan məzlum olanlar!

Yox-yox, rəngləri tündləşdirmirəm; rənglər mənsiz də tündləşir. Bir yazımda yazdığım kimi, biz orta çağların qaranlığına qayıda bilərik, xəbərimiz olsun. Paraq Hannanın dediyi o, "yeni orta əsrlər"ə...

"Yasunari Kavabatanın "Təbiət" novellasındakı gəzərgi aktyor Uryu-san elə bilir ki, gözünün qarşısında oynaşan qara dairələr onun günahlarına işarədir. Amma... bunun elmi izahı var; sadəcə, oftalmoloqa görünmək lazımdı.

Göz almasının içində büllurla torlu qişa arasındakı boşluqda şəffaf maye var. İnsan yaşlandıqda o maddə qatılaşır və qara dairələr ordan yaranır".

Bu sətirləri mən elmə qalib gəldiyini düşünənlərə yazmışdım. Təfəkkürü zənginləşdirən, həyata elmin gözü ilə baxmağı aşılayan, düşüncəni şəkilləndirən mətni "diri-diri" dəfn edənlərə mesaj idi bu.

Alındımı bu mesaj?! Bilmirəm. Hələ də o fikirdəyəm ki, dərin (ya da, "uzun") mətnə elan etdiyimiz müharibənin ilk "qalibi" də, əsl qurbanı da özümüzük...

"Həmişə hətta ən ağır xəstəyə də elə gəlir ki, o, tibb elmindən çox bilir. Fikir vermisiniz, dişiniz ağrıyır, həkim yanına gedirsiniz, hələ heç həkim sizi müayinə etməyə macal tapmamış dişinizin ağrısı kəsir. Həkim soruşur: "Ağrıyan dişiniz hansıdır?" Siz bilmirsiniz, nə deyəsiniz. Göstərə bilmirsiniz. Sanki tibb elmi üzərində qələbə qazanmısınız. Ancaq həkim baxıb deyir: "Diş kökünə yaxın hissədə iltihab torbacıqları var, azı dişlərinizdə kariyes başlayıb".

Və siz Elmin qarşısında acizsiniz.

Niyə kütlə şüuru elmə bu qədər amansız (həm də anlamsız) müqavimət göstərir?!"

P.S. Yeni nəsilə sözümdür: mətndən qorxmayın. Uzun yazıdan qaçmayın. Kitabdan qopmayın. Təkcə danışmaqla iş bitməz. Yazmağı öyrənin. Yazılı nitq çox önəmlidir. Nitq yazıdan qədimdir. Yazılı düşüncəyə qədər bəşəriyyət yerlərdə sürünürdü. Amma insanlıq yazı-pozu ilə, kitabla yüksəldi. Odur ki, bir-birinizə uzun-uzun məktub yazın; fikirlərinizi yazılı ifadə etməyə çalışın. Məktubun uzun çıxacağından çəkinməyin. Axı vaxtınız yoxdur... Qısa yazmaq üçün vaxtınız heç yoxdur.

Bahəddin Həzi, Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Bu gün, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Bu gün, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Bu gün, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Bu gün, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Bu gün, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Bu gün, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Bu gün, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Bu gün, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Bu gün, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Bu gün, 17:31
"TikTok"er xanımlar həbs edildi
Bu gün, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Bu gün, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Bu gün, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Bu gün, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Bu gün, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Bu gün, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Bu gün, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Bu gün, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Bu gün, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Bu gün, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Bu gün, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Bu gün, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Bu gün, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Bu gün, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Bu gün, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Bu gün, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Bu gün, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Bu gün, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Bu gün, 15:58
MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 15:55
“Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Bu gün, 15:47
Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Bu gün, 15:44
Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Bu gün, 15:40
Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Bu gün, 15:38
Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Bu gün, 15:34
Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Bu gün, 15:24
Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Bu gün, 15:19
Müştəri 4,2 manata görə mərkəzin müdirini döydü - 1000 manat cərimə
Bu gün, 15:17
“Qara qutu”dan gələn səsə doğru - Qəlpələrin izi ilə
Bu gün, 15:08
İrəvan silah almadı - Rusiya borcunu silir
Bu gün, 15:02
“Tiktokerlər tutulmamalıdır” - Hüquqşünas səbəbləri AÇIQLADI
Bu gün, 14:58
Ramzan Kadırov necə şişibsə... – Özbəkistana əl və dil uzadır
Bu gün, 14:53
Daha bir tiktoker HƏBS OLUNDU
Bu gün, 14:52
Ekipaj komandirinin, ikinci pilotun qəhrəmanlığı nəticəsində sağ qalmışıq - Bələdçi
Bu gün, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru