Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                 

8 Noyabr - Şuşa Şəhəri Günüdür - MƏQALƏ
Tarix: 9-11-2024, 11:08 | Çap et
8 Noyabr - Şuşa Şəhəri Günüdür
Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini
işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz
uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək
düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın
qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa
şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq
noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər
Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı
ucaltdı.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis
edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa
şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd
olunur.
Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi
ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı
Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ
keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman
hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya
daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir
çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər.
Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri
atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni
şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və
yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə
əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin,
inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi
torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin
bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda
mənəvi cəhətdən də dirçəlir.
Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün
əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz
yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin
Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim
şəhərin özəlliklərindən qaynaqlanır. Azərbaycanın tarixi-mədəni, ictimai-
siyasi həyatının mühüm mərkəzlərindən olan Şuşanı 28 ildən çox əsarətdə
saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib,
xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib.
Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd
etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə
bilməyib.
Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki,
Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək
mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə
heysiyyətimizə toxunaraq “Yallı” gedən düşmənin indi burada izi-tozu da
qalmayıb: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq,
ürəklərində Vətən sevgisi”.
Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa
Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, Cıdır
düzündə “Xarıbülbül” beynəlxalq musiqi festivalları keçirilir.
Son dörd ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir,
bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış
komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa
məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının
bərpası görülən işlərin sadəcə bir neçəsidir.
Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu
proses davam edir. Şuşa həm də bu il “İslam dünyasının mədəniyyət
paytaxtı” adına yiyələnib. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı
2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib:
“Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada
doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri
bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz
bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi
tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük
diqqət cəlb edirdi”.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam
edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib
vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə
bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Bu gün, 18:07
"Bir evdə yaşayırıq"
Bu gün, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Bu gün, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Bu gün, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Bu gün, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Bu gün, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Bu gün, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Bu gün, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Bu gün, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Bu gün, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Bu gün, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Bu gün, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Bu gün, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Bu gün, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Bu gün, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Bu gün, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Bu gün, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Bu gün, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Bu gün, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Bu gün, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Bu gün, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru