Bayrağımızın Xankəndində ucalması xalqımıza qürur verir - İsrafil Kərimovun yazısı
Tarix: 14-10-2024, 15:02 | Çap et
2023-cü il oktyabr ayının 15-i son illər ərzində müasir Azərbaycan tarixinə əbədi həkk olunan tarixlərdən biri oldu. İkinci Vətən müharibəsindəki Şanlı Qələbə və 2023-cü il sentyabrın 19-da həyata keçirilən Lokal Antiterror tədbirləri nəticəsində Azərbaycan xalqı 30 il həsrətində olduğu arzularına çatdı. Qarabağ bölgəsində düşmən işğalı altında olan bütün ərazilərimiz tam şəkildə azad edildi. Bütün bunlar ilk növbədə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illər ərzində apardığı uğurlu siyasət və həyata keçirdiyi işlər nəticəsində mümkün oldu. Son Antiterror tədbirlərindən sonra həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, burada yaşayan erməni millətindən olan insanların reinteqrasiyası prossesinə başlanıldı. Eyni zamanda artıq 4 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən şəhər və qəsəbələrdə bərpa-qiruculuq işləri böyük sürətlə həyata keçirilir, keçmiş məcburu köçkünlərin doğma yurdlarına qayıdışı prossesi davam edir. Bu da hər bir Azərbaycanlının böyük sevincinə səbəb olur. 2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi. Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan dövlət başçısı öz çıxışında bildirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Bəli, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat yaradıldı və son 21 il ərzində bu istiqamətdə əldə edilən uğurlar nəticəsində iqtisadiyyatımız dörd dəfədən çox artdı. Güclü iqtisadiyyat isə öz növbəsində güclü ordunun yaradılmasına imkan verdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu 44 günlük Vətən müharibəsi dövründə sübut etdi. Düşmən üzərində Şanlı qələbə qazanıldı, onlar kapitulyasiya aktına imza atmağa məcbur edildilər. Ötən ilin sentyabrın 19-da cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Buna görə də biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. 21 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi və artıq 21 ildir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona olan inam və etimadı tam şəkildə döğrultdu, verdiyi söz əməl etdi. Vətən müharibəsindəki Qələbədən 4 il sonra ölkəmizin ərazi bütövlüyü təmin edilib, torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü diaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Bu gün, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Bu gün, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Bu gün, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Bu gün, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
|