“Müşahidələrimə, təhlillərimə əsasən bir fikrə gəlirəm: minimüharibə olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni şərhçi Aram Manukyan yazıb.
O bildirib ki, bu, ya “təşkil edilmiş”, ya da məcburi toqquşma olacaq:
“Qurulmuş planları təsirsiz hala gətirə biləcəyikmi? Bu, bəlkə də bizim üçün ən aktual sualdır”.
Qeyd edək ki, Ermənistanın sürətlə silahlanması fonunda erməni ekspertlər tez-tez yeni müharibə, hərbi toqquşma ilə bağlı fikirlər səsləndirirlər.