Donbası Putinə verməyəcəm .....                     Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır .....                     Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? .....                     Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? .....                     Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı .....                     Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı .....                     "Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." .....                     Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır .....                     65 yaşlı direktora "stop" qoyuldu .....                     FHN-nin "kapitan Əliyev"i həbs edildi .....                     BQXK-nin də SONU ÇATDI .....                     Valeh Kərimov teatrı tərk etdi: .....                     “Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” .....                     AYNA-nın bəlaya saldığı Sumqayıt... .....                     Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                     Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? .....                     İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? .....                     Azərbaycanlı müğənni narkotikə görə həbs edildi .....                     Azərbaycanlı müğənni qəzaya düşdü .....                     Paşinyan deputatlara xəbərdarlıq edib: .....                 

Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Tarix: 16-09-2024, 12:14 | Çap et
Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb?
Rusiyadan Azərbaycana fiziki şəxslərin göndərdiyi pulların həcmi iki dəfədən də çox azalıb. Bu barədə haqqin.az saytı Frank RG analitik şirkətinə istinadla məlumat yayıb. Şirkət bu məlumatı Azərbaycanın Mərkəzi Bankından götürüb.
Məlumatda bildirilirdi ki, 2024-cü ilin altı ayında fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələri 608 milyon ABŞ dollarından 287,1 milyon ABŞ dollarına düşüb. Həmçinin bildirilir ki, Rusiyadan pul köçürmələr Azərbaycan bazarının 50 faizini təşkil edir. 2023-cü ilin ortasında bu rəqəm 68,2 faiz olub. Yəni bir il ərzində 18,2 faiz azalma var.

Göründüyü kimi, Rusiyadan Azərbaycana göndərilən pulların məbləği sürətlə azalır. 1998-ci ildə bu rəqəm 1 milyard dollardan çox idi. Sonrakı illərdə tədricən azalma olsa da, indiki həddə düşməmişdi. İndi isə həmin məbləği ancaq xəyal etmək olar.

Əslində Rusiya dünyanın təbii ehtiyatlarına görə ən zəngin ölkəsidir. Belə bir ölkə ilə qonşu olmaq bir tərəfdən baxanda təbii üstünlükdür. OPEC-in hesablamalarına görə, Rusiya dünyada ən böyük təbii qaz ehtiyatları olan ölkədir. Bu, dünya qaz ehtiyatlarının 30 faizindən çoxunu təşkil edir. Eyni zamanda Rusiyadakı neft dünya ehtiyatlarının 10-12 faizi, kömür 11 faizi, dəmir 25 faizi, nikel 33 faizi qədərdir. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, dünyadakı almaz ehtiyatlarının 55 faizi Rusiyanın payına düşür. Qərb mənbələri bu rəqəmi 37 faiz kimi göstərsə də, Rusiya yenə də almaz ehtiyatlarına görə birincidir.

Əgər 10 ölkənin təbii ehtiyatlarının ümumi dəyərinə baxsaq, ABŞ-da bu, 45 trilyon dollar, Səudiyyə Ərəbistanında 34,4 trilyon dollar, Kanadada 33,2 trilyon dollar, İranda 27,3 trilyon dollar, Çində 23 trilyon dollar, Braziliyada 21,8 trilyon dollar, Avstraliyada 19,9 trilyon dollar, İraqda 15,9 trilyon dollar, Venesuelada 14,3 trilyon dollar dəyərindədir. Rusiya 75 trilyon dollar dəyərində olan təbii ehtiyatları ilə dünyada birinci yerdədir. Təbii ki, bu göstəriciyə görə. Ancaq öz ehtiyatlarından tam istifadə edə və effektiv iqtisadiyyat modelinə keçə bilməyib.

75 trilyon dollar dəyərində təbii ehtiyatları olan Rusiyanın dünya ümumi daxili məhsulundakı (ÜDM) payı cəmi 1,9 faizdir. Müqayisə üçün deyək ki, ABŞ-da həmin rəqəm 24,4 faiz, Çində 16,4 faizdir. Eyni zamanda bu ölkələrin dünya ixracatındakı payına baxsaq, Rusiyanın yenə 1,9 faizlik göstərici ilə Çindən və ABŞ-dan ən az 5 dəfə geri qaldığını görərik. Çin -10,7 faiz, ABŞ - 10,1 faiz. Rusiya təbii ehtiyatlarla ən zəngin ölkə olsa da, bunun müqabilində əhalisi dünya göstəricilərinin 2 faizinə çatmır. Çində bu rəqəm 18,2 faizdir. Deməli, Rusiya öz əhalisini başqa bütün ölkələrdən daha yaxşı yaşatmağa təbii olaraq qadir ölkədir. Ancaq bunu edə bilmir. 2008-cu ildə Gürcüstana, 2014-cü ildən bəri Ukraynaya hərbi müdaxiləsi Rusiyaya qarşı ABŞ-ın və Avropa İttifaqının sanksiyalar tətbiq etməsinə səbəb olub. 2022-ci ilin əvvəlindən Rusiyanın Ukrayna ilə birbaşa müharibə aparması onun iqtisadiyyatını daha çətin vəziyyətə salıb. Ölkə hərbi relsə keçib, maliyyə və əmək resursları başda olmaqla bütün imkanlarını Ukrayna üzərində qələbə qazanmaq üçün sərf eləyir. Ölkədə iqtisadi aktivlik azalır və sosial vəziyyət çətinləşir. İxracata qarşı məhdudiyyətlər var. Eyni zamanda ölkədə antimiqrant dalğası müşahidə olunur. Başqa postsovet ölkələrindən olan əmək miqrantları sıxışdırılır, diskriminasiyaya və deportasiyaya məruz qalır. Üstəlik Rusiya vətəndaşı olan keçmiş miqrantlar, hətta vətəndaşlığı olmayanlar belə gündəlik işindən və ailəsindən qoparılaraq, müharibəyə göndərilir. Bütün bunlar Rusiyada yaşayan milyonlarla etnik azərbaycanlıya da təsir edib. Onlar da öz maliyyə yığımlarını və qazanclarını özlərinə saxlamağa üstünlük verir. Bir yandan da inflyasiya, bahalaşma insanların gəlirlərini "yeyir". Ona görə Azərbaycana - öz yaxınlarına əvvəlki qədər pul göndərə bilmirlər. Bir yandan da Azərbaycanın quru sərhədləri bağlı olduğundan öz ölkəsinə gəlib-getmək üçün azərbaycnlılar daha çox pul xərcləməli olurlar. Təyyarə biletlərinə tələbat çoxaldığı üçün qiymətlər də çox bahalaşıb.

Beləliklə, aydın olur ki, Ukrayna ilə müharibənin davam etməsi və Rusiyada normal iqtisadi, siyasi sistemin olmaması nəinki Rusiyada yaşayan azərbaycanlıları çətin vəziyyətə salıb, üstəlik onların Azərbaycandakı yaxınlarının da həyatına mənfi təsir edib. Azərbaycan əhalisinin böyük bir hissəsinin dolanışığı indiyədək də Rusiyadakı yaxınlarının qazancına bağlıdır. Hətta ən təxmini hesablamalar da göstərir ki, Rusiya ABŞ və ya Avropa İttifaqındakı kimi deyil, elə Cənubi Koreya, Sinqapur kimi ölkələr qədər işlək iqtisadiyyata sahib olsa, bu ölkədən Azərbaycana gələn köçürmələr 287,1 milyon dollar deyil, milyardlarla dollar məbləğində olar. Nəticədə Azərbaycan cəmiyyəti Rusiya ilə təbii qonşuluqdan və çox sıx insani əlaqələrdən daha çox faydalana bilər. Nəzərə alaq ki, bunun üçün əlverişli siyasi şərtlər də var: Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlər hazırda ən üst səviyyədədir.

Seyid Əhmədli, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Donbası Putinə verməyəcəm - Zelenski
Bu gün, 17:50
Fransa Ermənistan üzərindən strateji boşluğu doldurmağa çalışır -ŞƏRH
Bu gün, 17:46
Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub? - TƏFSİLAT
Bu gün, 17:38
Rusiya və İran Azərbaycana savaş açmaq istəsə, nə baş verəcək? - SENSASİON DETALLAR
Bu gün, 17:26
Almaniyaya gedən azərbaycanlının övladı əlindən alındı - SƏBƏB
Bu gün, 17:21
Azərbaycanlılara "nəzarət edən" "qanuni oğru"ya cinayət işi açıldı - SƏN DEMƏ...
Bu gün, 17:10
"Rusiyanın da Azərbaycana təzyiqinə baxanda biz görürük ki..." - ŞƏRH
Bu gün, 17:01
Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır - Britaniya kəşfiyyatı
Bu gün, 16:58
65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Bu gün, 16:45
FHN-nin "kapitan Əliyev"i həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Bu gün, 16:41
Valeh Kərimov teatrı tərk etdi: - “Borcum deyildi, bunları etməli deyildim”
Bu gün, 16:36
“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” - deputat
Bu gün, 16:34
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Bu gün, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Bu gün, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Bu gün, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Bu gün, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Bu gün, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Bu gün, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Bu gün, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Bu gün, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Bu gün, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Bu gün, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Bu gün, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Bu gün, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Bu gün, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Bu gün, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Bu gün, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32
“Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08
Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru