Gömrük işçiləri üçün uniformaların alışı 1 milyon manata başa gələcək
Tarix: 14-08-2024, 00:05 |
Çap et
Dövlət Gömrük Komitəsi (DGK) işçiləri üçün geyim formaları alır.
Dia-az.İnfo xəbər verir ki, uniformaları komitəyə "Hermano" şirkəti təhvil verəcək.
Kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi, uzunqol köynək, üçdüymə köynək, yaz-payız, yay və qış beysbolkası, şalvar və s. sifariş edilib.
DGK gömrük geyimlərinin satın alınması ilə bağlı "Hermano" şirkəti ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1 milyon manatdır.