Əsas Səhifə > Güney Press > Gömrük işçiləri üçün uniformaların alışı 1 milyon manata başa gələcək
Gömrük işçiləri üçün uniformaların alışı 1 milyon manata başa gələcək14-08-2024, 00:05 |
Dövlət Gömrük Komitəsi (DGK) işçiləri üçün geyim formaları alır. Dia-az.İnfo xəbər verir ki, uniformaları komitəyə "Hermano" şirkəti təhvil verəcək. Kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi, uzunqol köynək, üçdüymə köynək, yaz-payız, yay və qış beysbolkası, şalvar və s. sifariş edilib. DGK gömrük geyimlərinin satın alınması ilə bağlı "Hermano" şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 1 milyon manatdır. Geri qayıt |