Gürcüstan bazarında böhran: Azərbaycan bazarını nə gözləyir? - ARAŞDIRMA
Tarix: 23-04-2024, 08:56 | Çap et
Gürcüstanda “ikinci əl” avtomobil bazarında böhran yaşanır. Bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib.
Onun sözlərinə görə, hazırda bazarda avtomobillər maya dəyərindən aşağı qiymətə satılır: “2023-cü ilin yazında bazarda avtomobil qıtlığı qiymətlərin artmasına səbəb olmuşdu. Nəticədə ölkəyə daha çox nəqliyyat vasitəsi idxal edildi. Təəssüf ki, bu da öz növbəsində bazarlarda avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb oldu”.
Aleksandr Noniadze qeyd edib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin göstəricilərindən 31,3% azdır: “Avtomobillərin təkrar ixracı isə 443,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,8% çoxdur”.
Bəs Azərbaycandakı maşın bazarı Gürcüstanın maşın bazarındakı durumdan necə təsirlənəcək, nəzərə alsaq ki, qonşu ölkə ilə bu sahədə ticari əlaqələr kifayət qədər sıxdır, Azərbaycanda avtomobillər ucuzlaşa bilərmi?
İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a şərhində bildirdi ki, Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayında 2023-cü ilin 1-ci rübündə də, 9 ayında da azalmalar müşahidə olunub. Statistikaya diqqət çəkən ekspert qeyd edib ki, ötən ilin ilk 6 ayında Azərbaycana 14 min 206 ədəd avtomobil gətirilmişdisə, 2022-ci ilin ilk 6 ayında 14 min 500-ə yaxın avtomobil gətirilib, yəni 300 az: “2023-cü ilin 9 ayı ərzində ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5276 ədəd az olub. Bu isə say baxımından 21 faizlik azalma deməkdir. Birmənalı olaraq əsas faktor yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasıdır. Digər tərəfdən, Gürcüstan idxal etdiyi avtomobillərin 80 faizini daha çox Avrasiya İttifaqı ölkələrinə paylayır. Dünya inkişaf etdikcə bir çox ölkə, o cümlədən Azərbaycan inkişaf edir. Ölkələr inkişaf etdikcə, ərzaq, yaxud qeyri-ərzaq olmasından asılı olmayaraq, keyfiyyətli məhsullar idxal etməyə çalışır. Tələblərin artması Gürcüstandan gətirilən ikinci əl avtomobillərin dövriyyəsinə təsir göstərir. Etiraf edək ki, qonşu ölkədən idxal olunan avtomobillərin əksəriyyəti ikinci əl, müxtəlif ölkələrin imtina etdiyi avtomobillərdir. Nəticə etibarilə idxalçı ölkələrdən keyfiyyət göstəricilərinin yüksəldilməsinə tələb qoyulduğu üçün bu, avtomobil bazarına təsirsiz ötüşmür. Başqa sözlə ifadə etsək, insanlar artıq köhnə məhsullar istəmirlər".
E.Əmirov vurğulayıb ki, Gürcüstan avtomobil istehsalçısı olmadığına görə coğrafi mövqeyinə görə, mövcud gömrük və vergi siyasəti sayəsində tranzit ölkə rolunu oynayırdı: “Zaman keçdikcə idxalçıların tələblərinin artması Gürcüstanın roluna ciddi təsir edir və böhrana səbəb olur. Nəticədə Azərbaycan və Gürcüstan arasında məhz avtomobil sahəsində ticari əlaqələrin həcminə mənfi təsir müşahidə olunacaq. O ki qaldı mövcud vəziyyətin Azərbaycanda avtomobillərin qiymətinə təsirinə, mən ucuzlaşma olacağını düşünmürəm. Çünki Gürcüstanın ixrac etdiyi və digər ölkələrin Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azaldığına görə Gürcüstan artıq az avtomobil gətirir. Belə deyək, Gürcüstanın tranzit funksionallığı azalır. Qanunvericiliyə etdiyi dəyişikliklərə əsaslanaraq hər bir ölkə avtomobil bazarını daha keyfiyyətli avtomobillərlə təchiz etməyə çalışır. Bu baxımndan Azərbaycanda avtomobillərin qiymətinin ucuzlaşması ilə bağlı gözləntini real hesab etmirəm”.
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Gürcüstandakı böhran Azərbaycanda avtomobillərin qiymətinə ciddi təsir etməyəcək: “Azərbaycanda ciddi məhdudiyyətlər var. Köhnə maşınların gətirilməsinə qadağalar mövcuddur. Gürcüstanda isə belə qadağalar yoxdur. Daha çox ikinci əl və ucuz avtomobillərə üstünlük verilir. Buna görə də düşünürəm ki, böhranın Azərbaycan bazarına müəyyən təsiri olsa da, qiymətlərin ucuzlaşmasına təsiri olmayacaq. Çünki Azərbaycanın daxilində qadağalar, gömrük, vergi rüsumları, aksiz dərəcələri Gürcüstanla müqayisədə həddən artıq yüksəkdir. Bu baxımdan baş verənlərin qiymətlərə müəyyən təsirləri olacaq, lakin qiymətlərə birbaşa ciddi təsir olmayacaq”.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Gürcüstandakı durğunluq bir sıra amillərlə bağlıdır. Ekspert hesab edir ki, ilk amil Gürcüstanın Avro-5 standartına keçidi ilə əlaqədardır: “Bu o deməkdir ki, ölkəyə idxal olunan nəqliyyat vasitələri Avro-5 standartına cavab verməlidir. Eyni zamanda Gürcüstanda yeni qaydalara görə, idxal olunan nəqliyyat vasitələrinin yaşı 10 ildən çox olmamalıdır. Bununla yanaşı, Azərbaycanda köhnə avtomobillərə məhdudiyyət tətbiq edilib. Ötən ilin mart ayından etibarən yaşı 10 ildən çox olan avtomobillər ölkəmizə idxal oluna bilməz. Məlum olduğu kimi, köhnə avtomobillərin bir qismi Gürcüstan bazarından gətirilirdi. Artıq bizim ölkəmizdə bu avtomobillərə məhdudiyyət tətbiq edildikdən sonra bazarda həmin avtomobillərin satışı azalır. Tələb azalır, təklif isə çoxalır. Nəticədə qiymət aşağı düşür və bu bazarda köhnə avtomobillərin bolluğuna gətirib çıxarır”.
Ekspert Gürcüstanda avtomobil bazarındakı durğunluğun Azərbaycanın avtomobil bazarına təsir etməyəcəyi qənaətindədir: “Hazırda Azərbaycan bazarında mühərrik həcmi kiçik olan, təxminən 1500 kub santimetr həcmli avtomobillərin sığorta olunması problemi yaranıb. Bəzi sığorta şirkətləri qeyri-qanuni olaraq bu növ avtomobilləri sığorta etmirlər. Taksidə istismar olunan nəqliyyat vasitələrini sığorta etməkdən yayınırlar. Nəticədə vətəndaşlar əziyyət çəkirlər. Qəza zamanı vətəndaşları öz aralarında razılaşmalı olurlar. Bu mövcud "İcbari sığorta haqqında" qanuna ziddir. Bu məsələyə fokuslanmaq lazımdır. Nəqliyyat vasitələrinin hamısı, Azərbaycan qanunlarına görə, ölkədə istismar olunan, mühərrik həcmi 50 kub santimetrdən yuxarı olan bütün növ nəqliyyat vasitələri icbari sığorta olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən dövlət, yaxud qeyri-dövlət özəl sığorta şirkətləri bunu həyata keçirməlidirlər. Vətəndaşa bununla bağlı imtina verilə bilməz. Düşünürəm ki, nəqliyyat vasitəsinin sığortasından əsassız imtina edən sığorta şirkətlərinə sanksiya tətbiq edilə bilər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 300 saylı məktəbdə də BAZAR AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:28 |
|
|
|
• BU QƏDƏR SADƏ: Hər şagird 10 manatdan gətirsin... şənbə-bazar evdə qalsın! - Daha bir TƏHSİL PİŞTAXTASI...
Bu gün, 11:22 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Bu gün, 11:12 |
|
|
|
• “Aqrarkredit” QSC-nin “Libra” MMC-yə qarşı MİN OYUNU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:11 |
|
|
|
• "COVİD" bəhanəsilə Putinin yanına getməyən Paşinyandan PAYLAŞIM... - "İşə gedirik"
Bu gün, 11:04 |
|
|
|
• Türkiyəli məşhur astroloq təyyarəmizin vurulacağını DEYİBMİŞ... - Həm də bir neçə saat əvvəl
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub - Baş Kəşfiyyat İdarəsinin rəisi
Bu gün, 10:57 |
|
|
|
• Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu - AKTUAL
Bu gün, 10:45 |
|
|
|
• Antiinhisar xidməti Mərkəzi Bankın tenderini – LƏĞV EDİB
Bu gün, 10:39 |
|
|
|
• İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29 |
|
|
|
• Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23 |
|
|
|
• "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09 |
|
|
|
• Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00 |
|
|
|
• `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50 |
|
|
|
• Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45 |
|
|
|
• Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42 |
|
|
|
• ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35 |
|
|
|
• "Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33 |
|
|
|
• 2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19 |
|
|
|
• MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17 |
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
|