Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                 

Zaur Hümmətov hakimdir, yoxsa “YeloBank”ın vəkili? – İş adamından Tovuz Rayon Məhkəməsinin hakimi ilə bağlı sensaison müraciət
Tarix: 11-09-2023, 12:44 | Çap et
Zaur Hümmətov hakimdir, yoxsa “YeloBank”ın vəkili?
Naiqin K “Tovuz-Baltiya” MMC-nin direktoru, iş adamı Rakif Tağıyev Prezidentin köməkçisi Fuad Ələsgərova, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova və Baş prokuror Kamran Əliyevə müraciət edib. Onun müraciətinin bir surəti də Reportyor.info-nun redaksiyasına daxil olub.

İş adamı müraciətində “YeloBank” ASC-nin qanunsuzluğundan və Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hümmətovun bu işdə tutduğu ədalətsiz mövqeyindən şikayət edir. İş adamının müraciətini olduğu kimi təqdim edirik:

“03 oktyabr 2007-ci il tarixində “Nikoyl” İKB-dən (bundan sonra “YeloBank” ASC adlandırılacaqdır) Naiqin K “Tovuz-Baltiya” MMC-yə (gələcəkdə “Borcalan” adlandırılacaqdır) 850000 manat kredit ayrılmışdır. Kreditin təminatı “Borcalanın” anbarında saxlanılan 9604800 manat dəyərində konyak materialının girovu olmuşdur.

“Borcalanın” ödənişlə bağlı gecikdirməsi olmadığı bir halda, bank vaxtından 13 ay əvvəl məhkəməyə ərizə verərək “Borcalanın” 983934.58 manat borcu ilə bağlı icra vərəqəsi əldə etmişdir.

Məhkəmə “Borcalanın” 9604800 manat məbləğində girovda olan konyak materialının 983934,51 manatlıq hissəsini girova yönəltmiş, qalan (9 604 800 – 983934.51)= 8620865.49 manat artıq hissəsi isə girovdan azad edilmişdir.

“Borcalan” borcunu konyak materialı ilə deyil, pul vəsaiti ilə ödəmək üçün Dağıstan Respublikasının Kizlər Konyak zavodu ilə 4500 000 avro məbləğində müqavilə bağlamışdır. “Alıcı” tərəf əvvəlcədən ödəniş də etmişdir. Bank “Borcalanın” icra vərəqəsində olan 983934.51 manat borc məbləğinin ödəniləcəyini hiss edib, Kizlər Konyak Zavoduna göndərilən 5400 d/litr konyak spirtinin guya heç bir standarta uyğun olmadığı və həmin məhsulun buna görə də geri qaytarılması ilə bağlı böhtan xarakterli Dağıstan Respublikasının Gömrük İdarəsinə məktub göndərmişdir.

“YeloBank” ASC-nin məktubundan sonra Dağıstan Respublikası Gömrük İdarəsinin rəisi Yaxyayevin adı ilə Konyak spirtinin standarta cavab verməməsi ilə bağlı onun geri qaytarılmasını tələb etmişdir. Dağıstan Respublikasının Gömrük İdarəsinin rəisinin bu qeyri-qanuni əməlindən Dağıstan Respublikasının Arbitraj Məhkəməsinə “Borcalan” şikayət etmişdir.

Arbitraj Məhkəməsi də 5400 d/litr Kizlər Konyak Zavoduna göndərilmiş konyak spirtinin 15 illik material kimi QOST-a uyğun olmasını dəqiqləşdirmək məqsədi ilə konyak spirtindən götürülən analizləri Sankt-Peterbuqda yerləşən Dövlət Federal Sertifikatlaşdırma və Ekspertiza Mərkəzinə göndərmiş, analizin nəticələri bir daha sübut olunmuşdur ki, Naiqin K “Tovuz-Baltiya” MMC-nin Kizlər Konyak Zavoduna 5400 d/litr 15 illik konyak spirti tam QOST-a uyğun olduğu təsdiq edilmişdir. Dağıstan Arbitraj Məhkəmkəsi də analizin yekunlarını bir daha nəzərə alıb, Dağıstan Respublikasının Gömrük İdarəsinin qeyri-qanunu hərəkətlərini irad tutaraq 28373647.73 rubl penya, 10071.2 rubl məhkəmə xərci, 2000 rubl dövlət rüsumu, 8071.2 rubl Ekspertiza xərci Dağıstan Respublikasının Gömrük İdarəsindən tutulması barədə iş№ A15-1097/2010 saylı qərar vermişdir. Qərar tam hüquqi qüvvəsini almışdır.

“YeloBank” ASC-nin rəhbərliyi Dağıstan Respublikası Gömrük İdarəsinə göndərdiyi məktubun heç bir nəticəsi olmadığını görüb, girovdan azad olmuş 8620864.49 manat konyak materialını da hərrac yolu ilə mənimsəmək üçün Tovuz rayon Baş icra məmuru ilə əlbir olaraq konyak materialı saxlanılan anbarları qeyri-qanuni bağlı saxlayaraq, hələ üstəlik Kizlər Konyak zavodunun Rəhbərliyinə “Borcalan” barəsində onun təhlükəli və riskili şirkət olması barədə 2-ci dəfə böhtan xarakterli məktub da göndərmişdir. Kizlər Konyak zavodu da birinci 5400 d/litr konyak materialının ödənişdən sonra, bankın yazdığı böhtan xarakterli məktubdan sonra alqı-satqı müqaviləsini dayandırmışdır. “Borcalan” “YeloBank” ASC-nin bu əməlindən məhkəməyə şikayət vermiş, bankın böhtan xarakterli məktubu bütün instansiya Məhkəmələrində “Borcalanın” xeyrinə müzakirə edilərək, Ali Məhkəmənin №2-2(102)-291/17 saylı Qərarı ilə “YeloBank” ASC-dən məcburi qaydada Naiqin K “Tovuz-Baltiya” MMC-yə Dağıstan Respublikasının Kizlər Konyak Zavoduna yazdığı böhtan xarakterli məktubla bağlı vurduğu zərərin ödənilməsinə dair iş üzrə 50000 manat tutularaq “Borcalanın” “PaşaBank” ASC-dəki bank hesabına ödənilərək, tam icra edilmişdir…

“Borcalanın” girovdan azad olmuş konyak materialının da “YeloBank” ASC Tovuz Rayon icra məmuru ilə əlbir olaraq, ələ keçirmək istədiyi zamanı da vurduqları zərərin ödənilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 16.09.2013-cü il tarixində 1162635 manat məbləğində vəsaitin “YeloBank” ASC-dən məcburi alınaraq Naiqin K “Tovuz-Baltiya” MMC-yə ödənilməsi barədə də iş №2 İQT “81”-110/2013 saylı qətnamə çıxarmışdır. “YeloBank” ASC bu həmin qətnamədən Apelliyasiya şikayəti vermişdir.

Lakin, buna baxmayaraq “YeloBank” ASC-nin rəhbərliyi apelliyasiya şikayətinin prespektsizliyini əvvəlcədən hiss edərək, hiyləyə əl ataraq, “Borcalanın” ofisinə gəlib, barışıq elan etmiş, “Borcalana” vurduqları zərəri bərpa etmək məqsədi ilə Naiqin K “Tovuz-Baltiya” MMC-nin təsiscisi olduğu “Azər-Frans” MMC-yə 10 il müddətinə 3 milyon manat minimum faizlə kredit verəcəklərini, gələcəkdə bank tərəfindən çox güzəştli şərtlərlə xidmət göstərəcəklərini, bir daha bank tərəfindən əvvəlki işlərlə bağlı heç bir pritenziya qaldırılmayacağını vəd etmişlər. Bunun müqavilində isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2013-cü il tarixli “Borcalanın” xeyrinə çıxarılmış qətnamədəki 1162635 manat iddia tələbindən Bakı Apelliyasiya Məhkəməsinə etiraz ərizəsi vermələrini xahiş etmişlər.
Beləliklə də tərəflər razılağa gəlmişlər ki, “Borcalanın” əvvəlki icra vərəqəsindən 173380 manat qalıq borcunu bağlayıb, ipotekada olan bütün mülklərini yüklülükdən azad edib, Naiqin K “Tovuz-Baltiya” MMC-nin təsiscisi olduğu “Azəri-Frans” MMC-yə veriləcək kreditin təminatı kimi təkrarən “YeloBank” ASC-yə ipotekaya qoyulub, 3 (üç) milyon manat kreditin ayrılması razılaşılmışdır.

Cavabdeh “YeloBank” ASC-nin “Borcalana” vurduğu zərərin ödənilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxartdığı qətnamədəki 1162635 manat iddia tələbindən “Borcalanın” apelliyasiya məhkəməsinə etiraz verməsi məqsədi ilə “YeloBank” ASC ilə “Azəri-Frans” MMC arasında 10 il müddətində 3 milyon manat məbləğində 14.11.2013-cü il tarixində 6-BİZ-1-0-101-13 saylı əsas Kredit müqaviləsi bağlanmışdır.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 16.09.2013-cü il tarixli qətnaməsi ilə “YeloBank” ASC-nin “Borcalana” vurduğu zərərə görə Naiqin K “Tovuz-Baltiya” MMC bankın vədinə inanıb Bakı Apelliyasiya Məhkəməsinə bankın ona ödəyəcəyi 1162635 manat iddia tələbindən etiraz ərizəsi vermişdir.
Tərəflərin razılığı əsasında bağlanmış 6-BİZ-1-0-101-13 saylı Əsas 3000000 manatlıq kredit müqaviləsi daxilində 05.12.2013-cü il tarixində 6-BİZ-1-0-101-13 (Ə1) saylı əlavə müqavilə ilə “Azəri-Frans” MMC-yə ilk olaraq 483000 manat kredit ayırmışdır.

Bankın hesabdan çıxarış sənədindən görünür ki, həmin kreditdən 173380 manatını dərhal Naiqin K “Tovuz-Baltiya” MMC-nin icra vərəqəsindən qalan borcuna, 7513.05 manatı kredit kimi “Borcalana” nəğd verilmiş, yerdə qalan 303117 manat kredit vəsaitini isə bank özbaşına “müqaviləyə əsasən” adı altında məlum olmayan hesablara silmişdir. (Bu “müqavilələrin” bank hesablarından çıxarış sənədlərində nə tarixi, nə sıra №-si, nə də adı göstərilməmişdir)
“Azəri-Frans” MMC-yə 6-BİZ-1-0-101-13 saylı əsas kredit müqaviləsi çərçivəsində bankın “Borcalana” vurduğu zərəri bərpa etmək məqsədi ilə ayrılmış 3000000 manata qarşı 863000 manat cəmi kredit ayrılmışdır.

Ayrılmış cəmi 863000 manat kreditlərin öhdəlikləri tam bağlandıqdan sonra “Borcalan” Bankdan söz verdiyi 3 (üç) milyon manat güzəştli kreditin qalan hissəsinin (3000000 – 863000)=2137000 manatının da verilməsini (6-BİZ-1-0-101-13) əsas müqavilə çərçivəsində xahiş etdikdə, bank məlum olmayan səbəbdən gözlənilmədən nə “Borcalanın” nümayəndələrini qəbul etməmiş, nə şifahi, nə də rəsmi məktublarına cavab verməmişdir.

“Borcalan” aldadıldığını hiss edib, əlacsız qalaraq (Apelliyasiya Məhkəkməsinə 1162635 manat iddia tələbindən etirazı ilə bağlı bankın vədinə, inandığına görə) əlacsız qalaraq yenidən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə bankın bu dələduzluq əməlindən şikayət vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 26.04.2016-ci il tarixində iş №2-2(81)55/2016 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış əsas müqavilə çərçivəsində bağlanmış 3 mübahisələndirilən kredit müqavilələrinin ləğv edilməsi barədə “Borcalanın” xeyrinə qətnamə çıxarmışdır.

Həmin qətnamədən bank Bakı Apelliyasiya Məhkəməsinə yenidən şikayət vermiş, bankın şikayəti rədd edilərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır.

“YeloBank” ASC isə hər dəfə iddia həcmini dəfələrlə süni artıraraq 10.06.2022-ci il tarixinədək 844584 manat əsas, 484742.91 manat faiz, 312891 manat cərimə, 255249 manat əldən çıxmış fayda, cəmi 1897466.91 manat borcun olması barədə Bakıda özünün qeydiyyat yerində uduzduğunu görüb, “Borcalanın” qeydiyyatı üzrə vaxtı udmaq məqsədi ilə Tovuz rayonundakı Məhkəməyə müraciət etmişdir.

Tovuz rayon Məhkəməsinin məruzəçi hakimi Hümmətov Zaur Adil oğlu da bankın onda yaratdığı şəxsi marağa görə heç bir araşdırma aparmadan işdə olan mötəbər sübutlarla hüquqi qiymət vermədən 28.02.2023-cü il tarixində işə baxaraq qərəzli, ziddiyətlərlə dolu, natamam Qətnamə çıxarmışdır. Çıxarılmış Qətnaməsinin təsviri və əsaslandırıcı hissəsinin mətnindən açıq-aydın görünür ki, işə baxan məruzəçi hakim Hümmətov Zaur Adil oğlu bankın vəkili kimi hərəkət edərək iş üzrə sübutların əldə edilməsi, həqiqi halların aydınlaşdırılması, obyektiv nəticə üçün xüsusi biliyə malik kompleks məhkəmə ekspertizasının keçirilməsinin vacibliyinin aşkar olunduğu bir halda, prosessual tələblərə riayət etməmiş, yalnız iddiaçı bankın sonuncu iddia ərizəsini olduğu kimi təkrarlamaqla, adiyatı olan və olmayan bütün AR MPM və AR MM-nin maddələrini sadalamaqla işi öz mahiyyətindən tam uzaqlaşdıraraq, öz şəxsi marağı zəminində ziddiyyətli nəticəyə gəlmişdir.

Bir sözlə, Tovuz rayon Məhkəməsində məruzəçi hakim Hümmətov Zaur Adil oğlu işə baxarkən AR MPM-nin 88-ci, 377-ci maddələrinin tələblərini məqsədli qaydada, şəxsi marağı xatirinə pozulmuşdur.

Belə ki, bank hesablarından çıxarış sənədlərində iddianın qaldırıldığı tarixlərə qədər bir manat da olsun “Borcalana” bankın tərəfindən nə cərimə, nə əldən çıxmış fayda, nə də dəbbə pulu hesablanılmadığı, hətta bu öhdəliklərin gecikdirilməsi ilə bağlı müvafiq bank hesabından çıxarış sənədlərində də heç bir hesablamaların və tutmaların aparılmadığı, “Borcalana” ödənişlərin gecikdirilməsi ilə bağlı bir dəfə də olsun xəbərdarlıq və pritenziyanın verilmədiyi mötəbər sübutlarla məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə aktı qəbul edilərkən heç bir araşdırma aparılmadan bankın iddia ərizəsindəki məruzəçi hakim 849592.23 manat əsas, 473743.53 manat faiz borcunun, 3000 manat cərimə, 251299 manat əldən çıxmış fayda cəmi 1577634.73 manat aktiv borcun olduğu kimi qətnaməyə köçürərək, qərəzli və ziddiyyətli nəticəyə gəlmişdir.

Hansı ki, Bankın ilkin mühasibatlıq sənədi sayılan, hüquqi qüvvəyə malik hesabdan çıxarış sənədlərində, bankın hər ayın 1-dən 3-nə saat 18:00-dək Mərkəzi Bankın Kredit Reyesteri Xidmətinə verdiyi məcburi və icbari hesabatlarında “Borcalanın” kredit borcunun və ona hesablanmış faizlərin tam ödənildiyi bank tərəfindən təsdiq edilərək verildikdən sonra bunun əsasında Kredit Reyesterindən istər elektron, istərsə də ASAN Xidmət yolu ilə əldə edilmiş çıxarış sənədlərində “Borcalanın” heç bir borcunun olmadığı “0.00” manat məbləğində olduğu göstərildiyi bir halda, qətnamədə göstərilən kredit borcunun, əlavə hesablanmış cərimə və əldən çıxmış fayda ilə bağlı cəmi 1577634,73 manat aktiv borcun, olmasını hakim hansı bank çıxarışına, hansı mötəbər sübuta əsaslanaraq yekun nəticəyə gəlməsinin heç bir nə sənədi, nə də sübutu yoxdur. Hakim yalnız bankın iddia ərizəsini “mötəbər sübut” kimi qətnaməsinə köçürərək, heç bir araşdırma aparmadan gözünü yumaraq gülünc doğuran nəticəyə gəlmişdir.

Baş kredit müqaviləsinin əsasında bağlanmış üç əlavə mübahisələndirilən kredit müqavilələrinin hətta ödəniş qrafiklərinin məzmunlarından da bəlli olur ki, bağlanmış kreditlərin müddətləri bitməmiş, faiz öhdəliklərinin heç bir gecikdirməsi olmadığı bir halda, hətta mübahisələndirilən hər üç kredit müqavilələrinin ödəniş cədvəllərində cəmi müəyyən edilmiş (135317 + 98844 + 4090) = 238251 manat faiz borcuna qarşı məhkəmənin çıxardığı qətnamədə 473743.53 manat yəni (473743-238251)=135492 manat ödəniş cədvəlindəki müəyyən edilmiş məbləğdən də artıq faizin olduğunu göstərilmişdir.
Hakim Zaur Hümmətovun ödəniş qrafikindən artıq qət etdiyi 135492 manat bu məbləği hakim hansı sənədə, hansı sübuta istinad edərək göstərmişdir? Bankın hesabdan çıxarış sənədlərində belə bir məbləğ və onun hesablanmasını sübut edən heç bir sənəd yoxdur!!!..

Bundan əlavə hətta bu bir daha “Borcalanın” banka bir manat da olsun faiz borcundan ödəniş aparmadığını göstərməsi deməkdir! Bankın istər cari hesabdan çıxarış sənədlərində, eləcə də Mərkəzi Bankın Kredit Reyesteri Xidmətinə məlumat təhcizatçısı kimi təsdiq edərək verdiyi məcburi icbari hesabatlarında əsas və faiz öhdəliklərinin gecikdirilmədən, heç bir cərimə, dəbbə hesablanılmadan tam icra edildiyi açıq-aydın görünür.
Lakin, bankın hesabdan çıxarış sənədinə nəzər saldıqda görünür ki, “Borcalan”ın cari hesaba ödədiyi faiz və əsas borca ödənilmiş məbləğlər cari hesabda faizlərə ödəniş kimi göstərilsə də, faizlərin uçotu aparılan hesabdan çıxarış sənədində isə əksər ödənilmiş məbləğlər öz əksini faizlərin uçotunun aparıldığı bank hesablarından çıxarış sənədlərində tapmır!!!

Bir neçə əyani misal:

Əyani misal olaraq “Borcalanın” cari hesaba faiz borcu adı ilə ödədiyi (10.02.2014 – 452.75 manat, 17.02.2014-431.05 manat, 19.03.2014-cü il tarixində – 2315.78 manat, 08.05.2014-cü il tarixində 2050 manat, 14.05.2014-cü il tarixində 1172 manat, 26.05.2014-cü il tarixində 3300 manat, 01.07.2014-cü il tarixində 5063 manat, 21.07.2014-cü il tarixində 1567 manat, 18.08.2014-cü il tarixində 229.36 manat və sair və sair) küllü miqdarda vəsaitlərin təyinatları dəyişdirilərək, faizlərin ödənişinə deyil, məlum olmayan hesablara köçürülmüşdür.

Məhkəmə prosesi zamanı bütün bunların hamısı məhkəməyə təqdim edilərək izah edilməsinə baxmayaraq, hakimə xeyr etmədiyinə görə, hakim bütün bunlara göz yumaraq, hətta tərtib etdiyi iclas protokolunda bütün bu ifadələri gizlədərək iclas protokolunu da saxtalaşdırmışdır. (Fakt audio-vidio çəkilişlə, məhkəmə iclas protokolundakı müqayisəli fərqlər.)

Hakim Hümmətov Zaur isə öz qətnaməsində bu faktları özü gizlətdiyini öz ifadələri ilə də sübut edərək göstərir ki, guya “Borcalanın” nümayəndəsinin məhkəməyə Maliyyə Bazarlarına Nəzarət Palatasının çıxarışını təqdim etməkdən başqa heç bir sənəd sübut təqdim edə bilmədiyini göstərmişdir.
Qətnamənin 13 səhifəsində 5-ci abzasında məruzəçi hakim Zaur Hümmətov “Borcalanın” borcun ödənilməsini təsdiq edən yeganə sənəd Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyesterindən çıxarışa istinad etməsini bu çıxarışda da göstərilən məlumatların bankın tərəfindən verilən məlumat olmadığına görə, bu çıxarışa “şübhə” ilə yanaşdığını göstərmişdir.

Hakim görünür Banklar haqqında Azərbaycan Respublikasının Qanundan, Mərkəzi Bankın Kredit Reyesteri haqqında Qərarından, sonralar yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası haqqında, ən nəhayət isə sonradan Kredit Bürosu haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamından tam xəbərsiz olduğunu bir daha sübut etmişdir.

Belə ki, istər Mərkəzi Bankın Kredit Reyesterindən, istər sonradan yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının Kredit Reyesterindən, istərsə də, ən nəhayət Kredit Bürosu MMC-nin bütün çıxarışlarındakı sonuncu səhifəsində, məlumatın dəqiqliyinə görə məlumat təhcizatçısı (Bank) məsuliyyət daşıdığı göstərilmişdir.
Hakim isə qətnaməsində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən icbari və məcburi hesabatların Bankın tərəfindən verilmədiyini heç nədən çəkinmədən əsaslandıraraq “mötəbər sübut” kimi bu çürük sübuta söykənərək qətnamə çıxarmışdır.

Bundan başqa Hakimin söykəndiyi çürük, “sübutlardan” biri də guya Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi çıxarışda 483000 manatın “Azəri-Frans” MMC-yə 05.12.2013-cü ildə verildiyi bir halda, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyesterindən çıxarışda isə kreditin verilmə tarixinin 18.12.2013-cü ildə göstərildiyini əsas gətirərək, bunun da guya bankın verdiyi məlumatlar əsasında toplanmadığından mötəbərliyinə şübhə ilə yarandığını göstərmişdir!..

Lakin, bankın cari hesabdan çıxarış sənədinə nəzər salsaq görərik ki, hakim işlə tanış olmadığından qeyri-səmimilik nümayiş etdirərək 483000 manat kreditin verildiyi tarix də Maliyyə Bazarlarına Nəzarət Palatasının Kredit Reyestrindən çıxarışında göstərilən tarixdə 18.12.2013-cü ildə verilmişdir, 05.12.2013-cü il tarixində tərəflər arasında yalnız kredit müqaviləsi imzalanmışdır, kreditin “Borcalana” verildiyi və kreditin axın tarixi 18.12.2013-cü ildə olduğu göstərilmişdir.
Hakim Qətnamənin 13-cü səhifəsində 6 abzasında Kredit Bürosu haqqında Qanunun mahiyyətindən “bəhs” etdiyi bir təqdirdə, Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyesterindən elektron qaydada əldə edilmiş 25.01.2016-cı il, 18.03.2016-cı il, 05.04.2016-cı il tarixli çıxarışlarda mübahisələndirilən hər üç kreditin kredit qalığının məbləği “0.00” manat, əsas borcun gecikdirildiyi günlərin sayı “0”, faiz məbləğinin qalığı “0.00” manat, faizlərin gecikdirildiyi günlərin sayı “0” olduğu, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyesterindən çıxarış sənədlərində də 17.05.2016-cı il tarixli, 03.06.2016-cı il tarixli, 26.08.2016-cı il tarixli ASAN Xidmət vasitəsi ilə əldə edilmiş çıxarışlarda da “Borcalanın” kreditin qalıq məbləğinin “0.00” manat, kreditin gecikdirildiyi günlərin sayının isə “0” gün olduğu, kreditin faiz məbləğinin qalığı “0.00” manat, faizlərin gecikdiyi günlərin sayının “0” gün olduğu göstərilmişdir.

Hətta hakimin “Kredit Bürosu” MMC-nin göstəricilərinə istinad edərək qeyd etdiyi bir halda, “Kredit Bürosu” MMC-nin 17.09.2018-ci il tarixli, 02.02.2022-ci il tarixli 25.04.2022-ci il tarixli ASAN Xidmətdən alınmış çıxarışlarda faizlərin gecikdirildiyi günlərin sayı “0” olduğu göstərilmişdir. (Fakt kredit bürosundan çıxarışlar.)
Hakim Zaur Hümmətovun baxışına qədər aparılan məhkəmə proseslərində məhkəmənin qərarı ilə 2 dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Bankdan “Borcalana” qarşı qaldırdıqları iddia məbləğini sübut etmək üçün ekspertlərin vəsatətləri əsasında cari, ssuda, gecikən ssuda, faiz və cərimələrin uçotunun aparıldığı hesablardan çıxarış sənədləri tələb edilmiş, bank isə Ekspertiza Mərkəzinə kreditin uçotunun aparıldığı 18-ci, faiz və cərimələrin uçotunun aparıldığı 24-34-cü, gecikdirmələr ilə bağlı aparılan əməliyyatların uçotlarının aparıldığı 19-cu hesablarından çıxarışların heç birini məhkəməyə təqdim edə bilməmiş, yalnız cari, 38-ci hesabdan çıxarış sənədini Məhkəməyə təqdim edə bilmişdir.

Məhkəmədə isə kreditin uçotunun aparıldığı 18-ci, 24-34-cü, 19-cu hesablardan çıxarışların nəyə görə məhkəməyə təqdim edə bilmədiklərini bankdan soruşanda isə bəhanələri belə olmuşdur ki, guya bank yeni ofis binasına köçərkən bu kreditin hesabdan çıxarış sənədlərinin “itdiyini” əsas gətirmişlər.
Ekspertiza Mərkəzi isə “YeloBank” ASC-nin cari hesabdan çıxarış sənədlərinin özündə də aparılan bank əməliyyatlarının saxtalaşdırıldığını; cari hesaba ödənilmiş və silinmiş vəsaitlərin təyinatlarının dəyişdirilərək mübahisələndirilən, kredit müqavilələri üzrə kredit əməliyyatlarının eyni cari hesabda aparılaraq, həmin cari hesabdan çıxarış sənədlərində müxbirləşmə hissəsində kassa, ssuda, faiz və cərimələrin hesabları çaşqınlıq yaratmaq məqsədi ilə göstərilməmiş, təqdim edilmiş ödənişlər üzrə qəbzlərdə müqavilələr üzrə qəsdən kredit ödənişlərinin hesablarının göstərilməməsinə görə, bankın iddia etdiyi məbləği sübut edən bank sənədlərinin (suda 18-ci, faizlərin uçotunun aparıldığı 24-cü, gecikən hesablarının aparıldığı 19-cu, cərimə və dəymiş zərərin uçotunun aparıldığı) müvafiq hesablardan çıxarışları əldə edə bilmədiklərindən bankın iddia məbləğini sübuta yetirən Rəyin verilməsinin mümkünsüz hesab edilməsi 2 dəfə Rəy verilmişdir. (Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin Rəyləri 2 ədəd iş materiallarında vardır.)

Lakin, Hakim Zaur Hümmətov öz qətnaməsində məhkəmə Ekspertiza Mərkəzinin verdiyi Rəylərin heç birinə hüquqi qiymət verməmiş əksinə xüsusi bilik tələb edilən bu rəylərin əhəmiyyətsiz olduğunu göstərmişdir.

Bütün yuxarıda göstərilən hallara baxmayaraq, eləcə də Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin son zamanlarda məhkəmə-hüquq sistemində apardığı uğurlu islahatlardan nəticə çıxarmayan Tovuz rayon Məhkəməsinin Hakimi Zaur Hümmətov qarşısında and içdiyi Azərbaycan Bayrağından və hakimin yüksək adından öz şəxsi marağını daha üstün tutaraq “YeloBank” ASC-nin təsirinə məruz qalaraq çıxardığı qərəzli və ziddiyyətlərlə dolu qətnaməsində “Məhkəmələr və Hakimlər” haqqında Azərbaycan Respublikasının Qanunun 111-1 maddəsinin, 6-cı bəndində göstərildiyi kimi Karrupsiyaya qarşı Mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində göstərilən hüquq pozuntuları törətdiyini hakimin yüksək adına ləkə gətirdiyinə yol verdiyinə görə onun haqqında Qanunlarımızın Aliliyi çərçivəsində Məhkəmə hüquq şurasında baxılaraq, hakimin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılıb, hər bir tərəfin layiq olduqları haqlarına çatdırılmasının ədalətlə həll ediləcəyinə əminik”.
//Reportyor.info//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru