Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi .....                     "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür .....                     ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır .....                     "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir .....                     Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü .....                     Trampın oğlu Ermənistana səfərini ləğv edib .....                     Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI .....                     Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib .....                     SOCAR-ın başbilənləri üçün TAMPACA .....                     Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... .....                     “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır .....                     İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... .....                     Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... .....                     Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı .....                     UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam .....                     Xalq artisti xəstəxanadan evə buraxılıb .....                     Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… .....                     Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir .....                     Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... .....                     Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu .....                     Təyyarənin qəza səbəbi: kənar müdaxilə... .....                     12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı .....                     Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib .....                     Manatın hazırki kursunun qorunması... .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     Cəmi 27 dəqiqə çəkən uçuş... .....                     Elçin Şıxlı müavininin ölümündən yazdı .....                     Moskvanın ümidinə qalsa... .....                     Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib .....                     “Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                 

“Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara” - Göygöl Milli Parkından şikayət var...
Tarix: 1-07-2023, 09:43 | Çap et
“Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara”
14 il Göygöl Milli Parkında çalışmış Müşfiq Atayev deyir ki, onu qoruqda baş verən qanunsuzluqlara göz yummadığına görə cəzalandırıblar. O, hələ işlədiyi vaxtlarda qoruqda baş verənlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər edib. Şikayəti əsasında əraziyə yoxlama göndərilib, nöqsanlar aşkarlanıb.

“Müxtəlif fermerlərin mal-qarası Göygöl Mərkəzi Parkının ərazisinə buraxılır”

Müşfiq Atayev Göygöl Milli Parkında təsərrüfat müdiri olub. O iddia edir ki, çalışdığı müddətdə işinə həmişə məsuliyyətlə yanaşıb, nəticədə bir sıra mükafatlara layiq görülüb. Onun sözlərinə görə, bu quruma 2020-ci ildə İlham Məmmədov rəhbər təyin olunandan sonra vəziyyət dəyişib:

“O, əvvəl balıq zavodunun müdiri olmuşdu. Gələndən o əhval-ruhiyyədə idi ki, qoruqdakı işçiləri təmizləsin, öz adamlarını gətirsin. Deyirdi ki, “ərizənizi yazın, gedin”. Gah anbarı yoxlatdırdı, gah komissiya təşkil elətdirdi, heç nə tapmadı. Mənim vəzifəmi dəyişib, bələdçi elədilər. Yenə işimin öhdəsindən gəlirdim…”.

Müşfiq Atayevin sözlərinə görə, Göygöl Milli Parkının ərazisi 12 min 755 hektardır. Bunun da 6 min 755 hektarı qoruq hesab olunur.

Şikayətçi deyir ki, parkın ərazisində bir tərəfdə turistlər gəzdiyi halda, digər tərəfdə də tez-tez mal-qaraya rast gəlmək olur. Həmin mal-qara isə əraziyə özbaşına gedib çıxmır:

“İşlədiyim vaxtlarda bununla əlaqədar dəfələrlə şikayət elədim ki, tədbir görülsün, ayıbdır. Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara… Elə həmin şikayətlər də axırda işimin itirilməsi hesabına başa gəldi. Araşdırmalar zamanı məlum oldu ki, müxtəlif fermerlərin mal-qarasıdır, razılaşdırılmış qaydada ora buraxılır. Bu problemi İlham Məmmədovun da nəzərinə çatdırmışdım. Mənə deyirdilər ki, guya nazirliklə razılaşdırılıb”.

“Nazirə də problemi dedim, üç gün sonra özümü nazirliyə çağırdılar…”

Müşfiq Atayevin sözlərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Göygölə səfəri zamanı onunla görüşüb, parkın ərazisinə mal-qara buraxılması problemini onun da nəzərinə çatdırıb. Nazir ətrafda olan şəxslərdən birinə göstəriş verib ki, məsələ qeyd olunsun və araşdırılsın:

“Üç gün sonra məni Bakıya – nazirliyə çağırdılar. Orada sorğu-sual elədilər. Rayona qayıdandan sonra dedilər ki, nazirlikdə İlham Məmmədovun dostu var. Amma nazir mənim dediklərimin araşdırılması üçün göstəriş vermişdi, onun əsasında 10 saylı Regional İdarənin işçiləri gəlib Göygöl Milli Parkında yoxlama aparmışdı. Nəticədə xeyli qanunsuzluqlar aşkarlanmışdı”.

“Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?”

Müşfiq Atayev bir müddət öncə Əmək Məcəlləsinin 68.2 (b) maddəsilə (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunub. Lakin o hesab edir ki, qanunsuzluqlara göz yummadığına, korrupsiyanı dilə gətirdiyinə görə onunla müqaviləni uzatmayıblar. Deyiblər ki, işçiyə ehtiyac yoxdur, ixtisar gedir: “Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?”

Göygöl Milli Parkının rəhbərliyi isə Müşfiq Atayevin onlara böhtan atdığını iddia edir. Parkın işçiləri bu barədə akt da tərtib edib və imzalayıblar. Orada göstəriblər ki, Müşfiq Atayev böhtan atır, bu üzdən onunla birlikdə işləmək istəmirlər.

Müşfiq Atayev isə düşünür ki, keçmiş iş yoldaşları onun əleyhinə akta təzyiq altında imza atıblar.

O, Prezident Administrasiyası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Ombudsman da daxil olmaqla, müxtəlif dövlət strukturlarına şikayətlər göndərib. Gileylənir ki, dövlət orqanları şikayətlərini araşdırmaq əvəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndirir.

Bir neçə il öncə qoruqda ona xəsarət yetirmişdilər…

2016-cı ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxsin parkın işçisinə ağır xəsarət yetirməsi haqda rəsmi açıqlama yaymışdı. Həmin açıqlamada söhbət Müşfiq Atayevdən gedirdi.

Hadisə 2016-cı il iyulun 21-də səhər saat 07:30 radələrində baş verib. Bir neçə nəfər qoruğa girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub. Növbədə olan Müşfiq Atayev parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışıb. Lakin həmin şəxslər razılaşmayıb. Nəticədə ona ağır xəsarət yetiriblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
"Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24
Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20
ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18
Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14
Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04
Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53
SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47
Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41
“Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39
İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13
Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11
Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47
Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24
Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22
Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru