Tovuzda RƏSMİ TALAN... - ARAŞDIRMA
Tarix: 16-06-2023, 10:52 | Çap et
 Tovuz Rayon İcra Hakimiyyətinin 2022-2023-cü illərdə keçirdiyi tenderlər araşdırma yazısını təqdim etmişdik. Həmin yazıda qeyd edilirdi ki, 2022-2023-cü illərdə Tovuzun yollarına 2 milyon manata yaxın vəsait xərclənsə də, reallıq bunun əksini göstərir. Tovuz sakinləri yolların bərbad olduğunu, heç bir təmir işlərinin aparılmadığını bildirmişdi.
Reportyor.info bu dəfə Tovuz Rayon İcra Hakimiyyətinin 2021-ci ildə keçirdiyi tenderləri araşdırıb. Araşdırma nəticəsində aydın olub ki, qurumun müqavilə imzaladığı şirkətlər tender oyunlarında ad çıxarmış biznes subyektləridir. Məsələn, icra hakimiyyəti rayonda abadlıq işlərinin görülməsi ilə bağlı 2021-ci “Raul-2014” MMC ilə maliyyə dəyəri 169 336, 48 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
“Raul-2014” MMC 12 oktyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Qovlar şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Məhəmmədəli Fərhad oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumata rast gəlinmir. Dövlət satınalmalarının elektron portalında yerləşən məlumatlardan aydın olur ki, bu şirkət əsasən Tovuz Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. Yeri gəlmişkən, “Raul-2014” MMC ilə satınalma müqaviləsi imzalayanda şirkətin yaranmasında 1 il ötüb. “Dövlət satınalmaları haqqında” Qanunda satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 1 ilin şirkətinin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.
Tovuz Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindən biri də “Günay-88” MMC-dir. Qurum Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində yağan leysan yağışların, dolu və sel sularının sakinlərin kəndli təsərrüfatlarına və məişət əşyalarına vurduğu ziyanın aradan qaldırılması işlərinin satın alınması ilə bağlı şirkətlə 41.092 manatlıq müqavilə imzalayıb. Bu şirkət 13 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonu Qovlar şəhəri, vağzal, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur. Göründüyü kimi 2021-ci ildə yaranan şirkət elə həmin ildə də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Bu arada qeyd edək ki, icra hakimiyyəti bu şirkətlər Şəhidlər Xiyabanında təmir işləri ilə bağlı da satınalma müqaviləsi imzalayıb. Müqavilədən aydın olur ki, təmir işlərinə 106.227,28 AZN xərclənib. Tovuz sakinləri isə iddia edir ki. təmir işləri icra nümayəndələrinin hesabına həyata keçirilib. Özü də vəsait xeyli şişirdilib.
“Günay-88” MMC-nin şübhəli şirkət olduğuna dair daha bir fakt onun qanuni təmsilçisi Rasim Əliyev başqa bir MMC-nin də qanuni təmsilçisi olması ilə bağlıdır. Söhbət “Taleh-RT” Un Sənayesi Birgə Müəssisəsindən gedir. Bu şirkət 1998-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı barədə bəlumat yoxdur. “Taleh-RT” MMC “Günay-88” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Bu şirkət də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Qurum Bozalqanlı, Düz Qırıqlı, Abulbəyli və Aşağı Quşçu kəndlərində tikintisi nəzərdə tutulan uşaq bağçası-körpələr evinin layihə-smeta sənədlərinin hazırlanması işlərini “Taleh-RT” MMC-yə sifariş edib. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 61.065,24 AZN-dir. Beləliklə, göründüyü kimi “Raul-2014” MMC, “Günay-88” MMC və “Taleh-RT” MMC-nin hüquqi ünvanı Tovuzun Qovlar şəhərində yerləşir. Bu şirkətlərin yerli məmurlara, yaxud icra başçısı Məmməd Məmmədova yaxın şəxslərə məxsus olması barədə şübhələr var. //Reportyor.info//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42 |
|
|
|
| • Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39 |
|
|
|
| • Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36 |
|
|
|
| • Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35 |
|
|
|
| • Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33 |
|
|
|
| • “Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31 |
|
|
|
| • Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
| • 2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi - Paşinyan
Bu gün, 12:21 |
|
|
|
| • Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34 |
|
|
|
| • Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28 |
|
|
|
| • Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25 |
|
|
|
| • SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
| • Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20 |
|
|
|
| • ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19 |
|
|
|
| • "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18 |
|
|
|
| • Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14 |
|
|
|
| • Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04 |
|
|
|
| • Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03 |
|
|
|
| • Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53 |
|
|
|
| • SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47 |
|
|
|
| • Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39 |
|
|
|
| • İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37 |
|
|
|
| • Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28 |
|
|
|
| • Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22 |
|
|
|
| • UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18 |
|
|
|
| • Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15 |
|
|
|
| • Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13 |
|
|
|
| • Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11 |
|
|
|
| • Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08 |
|
|
|
| • Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47 |
|
|
|
| • Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34 |
|
|
|
| • 12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24 |
|
|
|
| • Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22 |
|
|
|
| • Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
| • “Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14 |
|
|
|
| • Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05 |
|
|
|
| • Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01 |
|
|
|
| • Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00 |
|
|
|
| • Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50 |
|
|
|
| • “Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57 |
|
|
|
| • Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45 |
|
|
|
| • Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25 |
|
|
|
| • "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16 |
|
|
|
| • Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13 |
|
|
|
| • Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59 |
|
|
|
| • "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53 |
|
|
|
|