“Baku Electronics” qanunlara NƏDƏN BOYUN ƏYMİR? - Bəs qanunları qoruyanlar NİYƏ SEYR EDİR?
Tarix: 2-06-2023, 11:38 | Çap et
 “Samsung” un rəsmi distribütoru olan “Baku Electronics” ticarət mərkəzindən olunan müştəri şikayətini dərc etmişdik. Bakı sakininin 6 ay əvvəl “Baku Electronics”dən aldığı qaz plitəsinin keyfiyyətsiz və nasaz çıxması, müştəri, eləcə də onun yaşadığı bina sakinləri üçün ciddi problemə çevrildiyini qeyd etmişdik.
Müştərinin dediyinə görə, məişət cihazı alınan gündən normal işləməyib. Evə gətirilib quraşdırılandan sonra ailə demək olar ki, hər gün partlayış səsindən dik atılır. Qaz plitəsindən çıxan partlayışın zərbəsi vətəndaşın yaşadığı binadakı işıq sistemini də sıradan çıxarır. Analoji hal isə hər dəfə plitə işə salınarkən baş verir. Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq müşkül məsələyə çevrilib. Ev sahibi qorxulu yuxuya çevrilən bu məsələnin çözülməməsindən və şirkətə şikayət etməkdən artıq təngə gəlib. Baxmayaraq ki, “Bakı Elektronics” iki aydan çoxdur ki, qaz plitəsini yenisi ilə əvəzləyəcəklərini vəd edir. Nə müştəri məmnuniyyəti təmin olunur, nə də yararsız və nasaz məhsul yenisi ilə əvəzlənir.
Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir
Növbəti dəfə saytımıza müraciət edən müştərinin dediyinə görə, şirkət servisindən qaz plitəsini təmir etmək üçün hər on gündən bir yeni əməkdaş göndərilir.
Servis əməkdaşlarının işi isə sadəcə məişət cihazına baxış keçirməkdən ibarət olur. Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir:
“6 aydır nasaz qaz plitəsini işlədirik. Aylardır gözlətdilər ki, anbarda məhsulumuz yoxdur, xaricdən gətirilsin, yenisi ilə dəyişərik. İndi də verdikləri vədi yerinə yetirmirlər. Nasaz detalı dəyişdirməyəcəklərini bildirirlər. 3 il zəmanətlə aldığım məhsul niyə yenisi ilə dəyişilməməlidir ki? Halbuki plitə aldığımız gündən normal işləmir. Anlamıram, bunların müştəri məmnuniyyəti, xidmətləri budur?”, - deyə müştəri əlavə edib.
“Bakı Electronics”ə aylar öncə ünvanladığımız sorğuya iaə cavab yoxdur. Baxmayaraq ki, Bizim.Media-ya araşdırma aparılandan sonra açıqlama verəcəkləri bildirilmişdi. Yəni, şirkətdən aylardır səs-səmir çıxmır.
“İstənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, “Bakı Elektronics”dən onlara da yağış kimi şikayətlər yağır:
“Dəfələrlə bu işlərə nəzarət edən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə bildirmişəm ki, bu şirkətləri toplayıb, onlarla konkret danışmaq lazımdır. Məsələ burasındadır ki, bu şirkətin işi məhsulu satana kimidir. Hansısa problem yarananda vətəndaşı qəbul etmirlər. Azərbaycanda hələ “Bakı Elektronics”in rəhbərinin qəbuluna düşən bir nəfər belə olsun istehlakçı olmayıb.
Bu şirkət “malını götür, itil cəhənnəmə” prinsipi ilə işləyir. Həftədə bizə 3-4 şikayət daxil olur. Bu şirkətin məhsullarının zavod qüsuru var. Qaldı ki, konkret o müştərinin şikayətinə, tək o deyil, istənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”.
Eyyub Hüseynovun sözlərinə görə, xoşagəlməz hallar ona görə artır ki, dövlətin istehlakçı hüququnu qoruyan qurum heç bir iş görmür:
“Aidiyyəti qurumun bu günədək müstəqil ekspertiza aparmasını görməmişik. Bu səbəbdən də biznes qurumları istehlakçıların başına istənilən oyunu aça bilirlər. Get-gedə ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar da zəifləyir. Adını çəkdiyim qanun 1995-ci ildə qəbul olunub. Necə dəfə dəyişiklik aparılıb və hamısı da istehlakçıların zərərinə olub.
Üstəlik, Nazirlər Kabinetinin 343-cü qərarı (təhlükəsizliyi təmin olunan malların sertifikatlaşdırılması) ləğv olunub. Yəni ölkəyə daxil olan bütün mallar əvvəlcədən yoxlanmalı, sonra qəbul olunmalıdır. Ona görə ölkənin əmtəə bazarında hər cür təhlükəli mallar tüğyan edir.
Aldadılan istehlakçılara tövsiyəm budur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər”.
Xatırladaq ki, bəhs etdiyimiz alıcı dekabrın 14-də “Baku Electronics”in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi alıb. Evə gətirib quraşdırandan bir neçə gün sonra cihazdan partlayış səsi gəlib və bu, hər istifadə zamanı təkrarlanıb. Dərhal şirkət servisinə məlumat verilib. Servis əməkdaşı plitəni yoxlayandan sonra məhsulun istifadəyə yararsız və dəyişdirilməli olduğunu bildirib. Şirkət isə məhsulu yenisi ilə əvəzləməkdən boyun qaçırır. //Bizim.Media//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54 |
|
|
|
| • "Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52 |
|
|
|
| • Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47 |
|
|
|
| • Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43 |
|
|
|
| • Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41 |
|
|
|
| • Göygölün icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 13:39 |
|
|
|
| • Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ - SƏRƏNCAM
Bu gün, 13:35 |
|
|
|
| • Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi - SƏRƏNCAM
Bu gün, 13:31 |
|
|
|
| • “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” - VİDEO
Bu gün, 13:27 |
|
|
|
| • Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... - İLGİNC İDDİALAR
Bu gün, 13:19 |
|
|
|
| • Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib
Bu gün, 13:11 |
|
|
|
| • Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb
Bu gün, 13:10 |
|
|
|
| • Ermənistan Moskvanı kənara itələyir - Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir
Bu gün, 13:06 |
|
|
|
| • Bu icra başçısı vəzifəsindən azad edildi - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 13:04 |
|
|
|
| • Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı - ÖZÜNÜ DOĞRULTMADI
Bu gün, 12:54 |
|
|
|
| • "BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." - NARAZILIQ VAR...
Bu gün, 12:49 |
|
|
|
| • DSMF 4 ədəd pikap tipli avtomobil alır – 227 min manat ödəniləcək
Bu gün, 12:44 |
|
|
|
| • Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42 |
|
|
|
| • Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39 |
|
|
|
| • Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36 |
|
|
|
| • Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35 |
|
|
|
| • Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33 |
|
|
|
| • “Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31 |
|
|
|
| • Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
| • 2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi - Paşinyan
Bu gün, 12:21 |
|
|
|
| • Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34 |
|
|
|
| • Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28 |
|
|
|
| • Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25 |
|
|
|
| • SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
| • Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20 |
|
|
|
| • ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19 |
|
|
|
| • "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18 |
|
|
|
| • Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14 |
|
|
|
| • Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04 |
|
|
|
| • Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03 |
|
|
|
| • Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53 |
|
|
|
| • SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47 |
|
|
|
| • Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39 |
|
|
|
| • İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37 |
|
|
|
| • Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28 |
|
|
|
| • Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22 |
|
|
|
| • UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18 |
|
|
|
| • Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15 |
|
|
|
| • Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13 |
|
|
|
| • Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11 |
|
|
|
| • Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08 |
|
|
|
|