“Deyirlər ki, Mikayıl müəllim bizə nə deyir, onu edirik…” - Lənkərandan Şikayət
Tarix: 4-05-2023, 16:19 |
Çap et
Lənkəran rayonu, Cil kəndinin sakini Tağızadə Namiq Fərahim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 3 illik əmək haqqını Bələdiyyədən tələb edir:
“Mən, Tağızadə Namiq Fərahim oğlu, sizdən xahiş edirəm ki, mənim şikayətimi işıqlandırasınız.
3il Lənkəran rayon Bələdiyyəsində işləmişəm, hələ bu günə kimi maaşımı ala bilməmişəm.
Bələdiyyə hər il vergi yığır, hal-hazırda işləyənlərin əmək haqlarını verir, mənim əmək haqqım isə verilmir. Bələdiyyədən deyirlər ki, “İcra Hakimiyyətində Mikayıl müəllim bizə nə deyir, onu edirik. O, nə vaxt desə ki, verin, biz sənin əmək haqqını verəcəyik”.
Kənd camaatının hesabına pul qazanırlar. Yolları kənd camaatı özü təmir edir. Bələdiyyənin balansında qalan 7 hektar torpaq sahəsini sahibkardan alırlar. Bir sözlə, özbaşınalıqlarla məşğuldurlar.
Sizdən xahiş edirəm ki, əmək haqqımın alınmasında mənə köməklik göstərəsiniz”.
Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.