“Ramiz Mehdiyevin həbsi və istintaqı haqda yayılan informasiyalardan və ümumi gedişatdan belə qənaətə gəlirəm ki, indiyədək bu xalqın, ölkənin, bu dövlətin varını, sərvətini talayan heç bir kəs taladıqlarını axıracan yeyə bilməyib. Bu həm də ilahi ədalətin qanunudur. Hesab edirəm ki, Ramiz Mehdiyevin də bu günədək əldə etdiyi maddi sərvətlərin hamısı əlindən çıxacaq. Və təbii ki, o sərvətlərin daha çox dövlətin ümumi mənafeyinə xərclənəcəyinə ümid edirəm.”
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Pərviz Səmədov ifadə edib.
“Prezident Administrasiyasının keçmiş rəhbərinin həbsi və istintaqı haqda rəsmi məlumat və açıqlamaların artıq bir ay müddətində ləngiməsinə gəldikdə, belə düşünürəm ki, bu, cəmiyyətdə törədilmiş ağır dövləti cinayətlər barədə daha çox rəy formalaşdırmaq, toplanan materiallar vasitəsilə onun və aparıcı komanda üzvlərinin cəzasının daha da ağırlaşdırmaq və sərvətlərinin qısa zamanda əlindən alınmasına xidmət edir. Kənardan baxışım və araşdırmalarım məni bu qənaətə gətirir”, -deyə davamında Pərviz Səmədov diqqətə çatdırıb.








