Naxçıvanda daha bir BAHALAŞMA - Sahibkarlar ÇƏTİN DURUMDA
Tarix: 12-04-2023, 11:36 | Çap et
 Türkiyədən Naxçıvana mal daşıyan karqolar son 4 ayda ikinci dəfədir ki, qiymətləri qaldırıblar. Son bahalaşmadan sonra müştərilər karqo vasitəsi ilə gətirdikləri malın hər kilosuna 50 faiz artıq pul ödəməli olurlar. Qiymətlərin bahalaşmasına gömrük rüsumlarının qalxmasının səbəb olduğu bildirilir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a Türkiyədən mal daşıyan sahibkarlar məlumat verib. Bu ilin əvvəlində Naxçıvan Gömrük Komitəsi ləğv edilib, Azərbaycana birləşdirildikdən dərhal sonra Türkiyədən daşınan hər kilo üçün qiymət 4 manatdan 5 manata qaldırılmışdı. Aprel ayından bəri isə, bu qiymət 8 manat olub. Yəni, komitə ləğv edilib, idarəyə çevrildikdən sonra karqo qiymətləri iki dəfə bahalaşıb. Yerli sahibkarlar bildirir ki, daşıma qiymətlərinin qalxması bazarlarda da qiyməti bahalaşdırır. Bu isə, iqtisadi vəziyyəti ağır olan əhalinin vəziyyətini daha da pisləşdirir. Sahibkar Nağı Seyranov deyir ki, mart ayında karqo vasitəsi ilə Türkiyədən gətirəcəyi malın hər kilosu üçün 5 manata razılaşıb. Lakin, mal gəlib Naxçıvana çıxana kimi qiymət bahalanıb: “Kargo yükü gətirir, Naxçıvan Gömrük İdarəsində rüsumu ödəyir və malı bizə təhvil verir. Biz isə, hər kilo üçün pulu rüsumqarışıq karqoya ödəyirik. 10 gün əvvəl Türkiyədən mal vurdum. Qəbzdə 5 dollar yazılmışdı. Zəng etdilər ki, mallar gəlib. Malları təhvil almağa gedəndə dedilər gömrük qiyməti qaldırıb, 8 dollardan ödəməlisən. Onsuz da camaatda pul yoxdu deyə, alver zəifdi. Bundan sonra daha da pis olacaq”. Digər sahibkar Səfər Muradov deyir ki, bir neçə gün əvvəl İstanbuldan ona ayaqqabı göndəriblər. Malı götürmək üçün getdikdə isə, ona da daşınma qiymətlərinin qalxdığını bildiriblər: “Əvvəllər ayaqqabının hər kilosu üçün 4 dollar 30 sent alırdılar. Yeni ildə bir dollar bahalaşmışdı. Müştəriləri itirməmək üçün məcbur qalıb həmin qiymətlərlə malı qəbul etdim. İndi yenidən qiyməti 2-3 dollar qaldırıblar. Onlar qiyməti qaldırır, biz isə qaldıra bilmirik. Belə getsə işimizi dayandırmalı olacağıq. Naxçıvan gömrüyü Bakıya tabe olandan sonra, rüsumların endiriləcəyini düşünürdük, lakin əksinə olub. İndi, lap dərimizi soyurlar“. Naxçıvan Gömrük İdarəsindən sahibkarların şikayətlərinə münasibət bildirmək istəmədilər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19 |
|
|
|
• Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11 |
|
|
|
• "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08 |
|
|
|
• Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01 |
|
|
|
• Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59 |
|
|
|
• Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55 |
|
|
|
• Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50 |
|
|
|
• Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46 |
|
|
|
• Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44 |
|
|
|
• Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42 |
|
|
|
• "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01 |
|
|
|
• Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59 |
|
|
|
• İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00 |
|
|
|
• Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02 |
|
|
|
• Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57 |
|
|
|
• Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55 |
|
|
|
• "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53 |
|
|
|
• Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49 |
|
|
|
• Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36 |
|
|
|
• Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30 |
|
|
|
• Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28 |
|
|
|
• Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26 |
|
|
|
• "Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23 |
|
|
|
• Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15 |
|
|
|
• 350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16 |
|
|
|
• Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11 |
|
|
|
• Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02 |
|
|
|
• Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01 |
|
|
|
• Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53 |
|
|
|
• Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50 |
|
|
|
• Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47 |
|
|
|
• Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40 |
|
|
|
• Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22 |
|
|
|
• İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14 |
|
|
|
• "Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Dünən, 12:11 |
|
|
|
• Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Dünən, 12:10 |
|
|
|
• Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Dünən, 12:03 |
|
|
|
• Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Dünən, 12:00 |
|
|
|
• “Ədalət”i səngərdə çıxarmışam - 35 illik QƏZET
Dünən, 11:52 |
|
|
|
• Mənzil bazarında yeni fırıldaqçılar – ev alarkən diqqətli olun
Dünən, 11:49 |
|
|
|
• Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb - TƏDQİQAT DAVAM EDİR
Dünən, 11:45 |
|
|
|
• Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: - Ölən və yaralanan var
Dünən, 11:36 |
|
|
|
• Gümrü bazasında daha bir İNTİHAR: - əsgər özünü DOĞRADI
Dünən, 11:34 |
|
|
|
• İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Dünən, 11:30 |
|
|
|
• Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Dünən, 11:23 |
|
|
|
• Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Dünən, 11:15 |
|
|
|
• Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Dünən, 11:08 |
|
|
|
• Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Dünən, 11:04 |
|
|
|
|