“AzerGold” “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb
Tarix: 14-02-2023, 11:29 | Çap et
 DİA.AZ: - “AzerGold” QSC Göygöl rayonunun inzibati ərazisində yerləşən “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.
DİA.AZ-ın “AzerGold”a istinadən verdiyi məlumata görə, qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə baş tutub.
Qeyd edək ki, “Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, 2017-ci ildən QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilərək, 2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənərək, dövlət balansına alınıb. Hazırda istismar müddəti 3 il nəzərdə tutulan qızıl yatağında hasilat işləri ilə paralel ehtiyatların artırılaraq, istismar müddətinin uzadılması üçün mədənin yaxın və uzaq cinahlarında, Göygöl-Daşkəsən inzibati rayonlarının ərazisinə təsadüf edən sahələrdə intensiv geoloji axtarış-qiymətləndirmə, ilkin geoloji-kəşfiyyat işləri davam etdirilir və artıq bir sıra minerallaşma zonaları aşkar edilib. Perspektivli minerallaşma sahələrinin 2023-cü il ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata keçiriləcəkdir. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması əsas gözləntilər sırasındadır. Ümumilikdə, mədənin istismara verilməsi bölgədə yeni iş yerlərinin yaradılması ilə məşğulluğun artırılması və beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafına, Daşkəsən və Göygöl rayonlarının əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına müsbət təsirlərini göstərəcək.
Xatırladaq ki, “Tülallar” hasilat sahələrinin genişləndirilməsi, respublikanın malik olduğu zəngin mineral-xammal potensialının dayanıqlı inkişafa çevrilməsi, ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsini qarşıya məqsəd qoyan “AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır. Səhmdar Cəmiyyətin Daşkəsən rayonunda mövcud olan maddi-texniki bazasından mərkəzləşdirilmiş qaydada istifadə edilməsi, yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi üçün daha öncə istismara verilən “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” qızıl yataqları ilə yanaşı, “Tülallar” qızıl yatağının resurslarının istehsalı prosesi də Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES), inşası cari il ərzində yekunlaşdırılacaq CIL (Carbon in Leach) zavodunda çən aşındırma metodu ilə həyata keçiriləcəkdir. Sözügedən yatağın ÇİRES-in əsas komponenti olduğunu nəzərə alaraq, görülən işlər ümumilikdə regional emal sahəsinin istismar dövrünün də artırılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-iqtisadi tərəqqisinin davamlılığının təmin olunmasına əlavə töhfə verəcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 19:02 |
|
|
|
• ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Bu gün, 19:00 |
|
|
|
• Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Bu gün, 18:03 |
|
|
|
• “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• Peskov DEYİR Kİ...
Bu gün, 17:52 |
|
|
|
• "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Bu gün, 17:47 |
|
|
|
• İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:40 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Bu gün, 17:30 |
|
|
|
• 244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Bu gün, 15:44 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:42 |
|
|
|
• Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37 |
|
|
|
• Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32 |
|
|
|
• Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23 |
|
|
|
• Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04 |
|
|
|
• 12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58 |
|
|
|
• Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
• "Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51 |
|
|
|
• Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17 |
|
|
|
• BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13 |
|
|
|
• Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06 |
|
|
|
• “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03 |
|
|
|
• “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55 |
|
|
|
• Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50 |
|
|
|
• "Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40 |
|
|
|
• Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29 |
|
|
|
• 9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15 |
|
|
|
• Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06 |
|
|
|
• İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00 |
|
|
|
• Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57 |
|
|
|
• Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53 |
|
|
|
• Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51 |
|
|
|
• Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48 |
|
|
|
• "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38 |
|
|
|
• Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26 |
|
|
|
• Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18 |
|
|
|
• “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14 |
|
|
|
• Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53 |
|
|
|
• Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47 |
|
|
|
• 15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• "Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41 |
|
|
|
• “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33 |
|
|
|
• Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31 |
|
|
|
• Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18 |
|
|
|
• Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
|