Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                     Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... .....                     Ermənistan Aİ-yə üzv olmaq istəyir .....                     Səhər verilişlərini "reytinqsiz" adlandırdı .....                     Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir .....                     İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir .....                     ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? .....                     Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib .....                     Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib .....                     DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb .....                     Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... .....                     "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." .....                 

Bakıda qeydiyyatı olmayan şəxs işdən çıxarılacaq? - AKTUAL
Tarix: 26-01-2023, 11:05 | Çap et
Bakıda qeydiyyatı olmayan şəxs işdən çıxarılacaq?
Son günlər yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaşların qeydiyyat məsələsi müzakirə olunur.

Belə ki, yaşayış yerini dəyişən vətəndaşlar 60 gündən artıq yaşayacaqları haqda 7 iş günü ərzində müraciət edib qeydiyyata düşməlidirlər. Bu qaydaya əməl etməyən vətəndaşlara əvvəl xəbərdarlıq ediləcək, sonra isə onlar 30 manat məbləğində cərimə olunacaqlar.

Bu məsələ rayondan işləmək üçün paytaxta gələn vətəndaşları daha çox narahat edib. Çünki kirayə müqaviləsi bağlanmadığı üçün paytaxtda qeydiyyatsız yaşayıb işləyən çox sayda vətəndaş var.

Eyni zamanda, sənədsiz evlərdə yaşayanlar müvəqqəti qeydiyyatda olduqları polis idarələrindən qeydiyyatdan çıxarılıblar. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Həmçinin, qeyd olunur ki, bəzi iş yerlərində Bakı şəhərində qeydiyyatda olmayanlara xəbərdarlıq edilib. İş üçün rayondakı evini qoyub burada qohum və ya kirayə evlərdə yaşayanlar işlərini itirmək təhlükəsinin olduqlarından narahatdılar.

Cebhe.info məsələyə aydınlıq gətirmək üçün hüquqşünas Əsabəli Mustafayevlə söhbətləşib. Həmin müsahibəni təqdim edirik:

-Əsabəli bəy, bu qaydanın tətbiqi rayondan paytaxta işləmək üçün gələnləri daha çox narahat edir.

-Hansı yerdə yaşayırsansa, yaşadığın yerdə müvəqqəti qeydiyyata düşməlisən. Söhbət qonaq gəlməkdən getmir, söhbət 60 gün yaşayacağın müddətdən gedir. Bu məsələ işlə bağlı deyil. Bütün hüquqi dövlətlərdə belə bir tələb var. Avropa ölkələrində, ABŞ-da harasa müvəqqəti gedənlər getdikləri yerdə müvəqqəti qeydiyyata düşməlidir. Bu, həm də ona yönəlib ki, insan lazım olanda tapıla bilsin. Bu da vacib məsələdir. Kimsə hansısa cinayəti törədə bilər, müvəqqəti yerdə yaşaya, gizlənə bilər və heç kim də onun yerini bilməz.

-Qeydiyyatın olmaması hansı problemlərə yol açır?

-Müvəqqəti qeydiyyata düşmək həmin adamın özünə lazımdır. Çünki bir çox xidmətlərdən ancaq yaşayış yeri üzrə bəhrələnmək mümkündür. Məsələn, hansısa arayışın alınması, tibbi xidmət və digər xidmətlər. Əgər insan həmin yerdə qeydiyyatda deyilsə, bu xidmətlərdən istifadə eləyə bilmir. Məsələn, qanunda göstərilib ki, ölkədə keçirilən seçkilərdə insanlar faktiki olduğu yerdə səs verməlidir. Gərək vətəndaş bunu nəzərə alıb qeydiyyata alınsın. Bu kimi məsələlərdə tələb olunur ki, sənin hüquq və azadlıqlarını həyata keçirmək üçün faktiki yaşadığın yerdə müvəqqəti qeydiyyatın olmalıdır.

Digər məsələ isə məhkəmələrlə bağlıdır. Tələb olunur ki, sən yaşayış yeri üzrə müraciət edə bilərsən. Bu adam da tutaq ki, faktiki olaraq Bakıda yaşayır, amma qeydiyyatı hansısa rayonadır. Bizə vəkil kimi müraciət edirlər və biz həmin adamın adından kiməsə iddia qaldırırıq. Məhkəmələr də tələb edir ki, cavabdehin faktiki yaşadığı yeri təsdiq elətdirin. Böyük əksəriyyətin qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan müxtəlifdir. Sabah həmin adamı məhkəməyə çağıranda məlum olur ki, adam həmin ünvanda yaşamır, ya kirayə, ya da haradasa yaşayır. İddiaçı öz hüququnu reallaşdıra bilmir, çünki həmin adamın yaşadığı yerin haqqında faktiki olduğu heç kimdə məlumat yoxdur. Məhkəmələr də bundan yorulublar, məhkəmə bildirişləri şəxsin yalnız qeydiyyatda olduğu ünvana göndərir.

-Adamın özünə xəbərdarlıq etmədən daimi qeydiyyatda olduğu yerdən çıxarıla bilərmi?

-Şəxsi qeydyyatdan ancaq məhkəmə qərarı ilə çıxarmaq mümkündür. Məsələn, kimsə hansısa evdə qeydiyyatdadır, ancaq orada uzun müddət yaşamır, həmin evin yiyəsi məhkəmədə adamın evdən qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər. Özbaşına heç kim, polis belə kimisə qeydiyyatdan çıxara bilmir. Hətta məhkəmə də bunu böyük tərəddüdlə edir, çünki gərək bunu sübut edə biləsən. Uzun müddət orada yaşamadığın bəlli olduqda isə seçici siyahısından adın çıxarıla bilər. Çünki seçki komissiyanın üzvləri seçkidən öncə seçisi siyahısını dəqiqləşdirirlər.

-İnsan özü müraciət edərək qeydiyyatdan çıxa bilərmi?

-Özü müraciət edib qeydiyyatdan çıxa bilər. İnsan yeni yaşadığı ünvana qeydiyyata düşür və avtomatik olaraq digər yerdən qeydiyyatdan çıxmış olur. Yeni qeydiyyatda artıq şəxsiyyət vəsiqəsi dəyişilir, sistemdə də yeni ünvanda qeydiyyata alınır.

-Polis idarələrində müvəqqəti qeydiyyata alınmaq mümkündür. Bəs oradan necə insanları xəbərdar etmədən qeydiyyatdan çıxarmaq mümkündür?

-İndi onu ediblər. Əlavə tədbirlər görmədən polisin nəzdində olan inzibati binalardan birdən-birə hamını qeydiyyatdan çıxardılar və həmin şəxslərin şəxsiyyət vəsiqələri də qüvvədən düşdü. Bunu etdilər ki, insanlar məcbur qalıb gedib hardasa qeydiyyata düşsünlər. Amma elə adamlar var ki, onların nə qohumları var, nə qeydiyyata düşəcəkləri evləri.

-Yaşadığın yerdə müvəqqəti qeydiyyat üçün kirayə yaşadığın halda kirayə müqaviləsi lazımdır. Qohum evinə qeydiyyat və ya polisin tabeliyindəki inzibati binalara müvəqqəti qeydiyyat da mümkündür. Lakin mövcud vəziyyəti bildiyimiz üçün bunun bir çox çətinliklər yaradacağı da istisna deyil.

-Qeydiyyatla bağlı yeganə problem odur ki, həmin ev yiyələri kimisə öz evlərinə müvəqqəti də olsa qeydiyyata almaqdan qorxurlar, qaçırlar. Hesab edirlər ki, insan müvəqqəti qeydiyyata düşübsə, evlə bağlı müəyyən hüquqları yaranır.

Kirayə verən şəxs vergi verməlidir. Bununla bağlı hökumət ilkin tədbirlər görməlidir. Bir neçə illik kirayə müqaviləsindən tutulan vergiləri dayandıra bilər. İnsanlar asanlıqla kirayə müqaviləsi bağlayıb, həmin evlərə müvəqqəti qeydiyyata düşə bilsinlər. Vergidən qaçırlar, elə bilirlər evin kirayəsi rəsmiləşdisə, vəssalam, iş çətinləşdi.

Elə adamlar var ki, evi var, yaşayır, amma sənədsiz evdir. Sənədi olmadığı üçün qeydiyyata düşə bilmir. O sənədsiz evlər sənədləşdirilənə qədər uzun müddət keçə bilər. Ona görə də hökumət addım atmalı, faktiki yaşayış ünvanına qeydiyyata düşmək imkanı yaratmaq lazımdır.

-Sosial şəbəkələrdə qeyd edirlər ki, bir çox iş yerlərində işçilərə Bakıya qeydiyyata alınmaqla bağlı xəbərdarlıq edilib. Sizcə, bu, reydin bir forması ola bilərmi? İşçi buna görə işdən çıxarıla bilərmi?

-Xeyr. Ola bilsin ki, işə götürənlərə, sahibkarlara qeyri-rəsmi şəkildə deyilib. Yəni qanunda elə bir bənd yoxdur ki, məsələn, Salyanda qeydiyyatda olan şəxs Bakıda işləyə bilməz.

-Qanunun tətbiqi hansı problemləri həll edəcək? Cərimənin artırılması məsələsi nəyisə dəyişə biləcək?

-Müvəqqəti qeydiyyatla bağlı qanun çoxdan var. Söhbət təkcə cərimədən getmir. Az cərimə verməyən çoxu da verməyəcək. Cərimənin məbləği az da olanda, heç kim gedib müvəqqəti qeydiyyata düşmürdü.

-Bəs çıxış yolu nədir? Bunun daha da sadələşdirilməsi üçün nə etmək lazımdır?

-Bir çox problemlər yığılıb. Yenə deyirəm, polis orqanları, məhkəmə icraçıları kimisə tapmaq lazım olduqda tapa bilmirlər. Adamlar ildə 5 yer dəyişirlər, bu rayondan o şəhərə, bu şəhərdən o rayona köçürlər. Yəni burada bir nizamsızlıq var. Bu nizamsızlıq da aradan qaldırılmalıdır. Hüquqi dövlətdə yaşayırıqsa, qanun varsa, o icra olunmalıdır. Bunu başa düşməliyik. Sadəcə, vəziyyəti bildiyimizə görə hökumət bəzi addımlar atmalıdır.

Məsələn, əvvəldə dediyim kimi, kirayə müqaviləsindən tutulan vergilər dayanmalıdır ki, həmin müqavilə əsasında insanlar müvəqqəti qeydiyyata düşə bilsinlər. Mətbuatın borcudur ki, qanunun mahiyyətini insanlara izah eləsin. Yəni sən evini kirayə verirsənsə və həmin şəxsi evinə müvəqqəti qeydiyyata almaq heç bir təhlükə yaratmır. Bu adamın bir müddətdən sonra qeydiyyatı avtomatik ləğv olunacaq. Söhbət müvəqqəti qeydiyyatdan gedir. Həm ev yiyələrini, həm də müvəqqəti qeydiyyata düşənlərə izah etmək lazımdır ki, sən bir çox hüquq və azadlıqlarından məhrum olursan. Heç kirayə müqaviləsi də lazım deyil, sadəcə, ev yiyəsi razılıq verməlidir ki, bu adam hansısa müddətə qeydiyyata düşməlidir. Daha asan olmaq üçün ASAN Xidmətdə xüsusi xidmət növü olmalıdır.

-Hansısa ünvana qeydiyyat üçün rüsum tələb olunurmu?

-Heç bir rüsum tələb olunmur. Onlayn müraciət edirsən. Bəziləri çıxarışı yerləşdirməkdə çətinlik çəkə bilər. Çünki ev yiyəsi müraciəti öz adından edir. Ona görə də ASAN Xidmətlərdə xüsusi xidmət təşkil etmək olar. Bunun həll yolları var. Qanunların tətbiqini bizdən çox tənqid edən yoxdur. Amma bu məsələdə razıyam ki, qanun işləməlidir. Çünki biz vəkil kimi praktiki olaraq çox çətinliklə üzləşirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Dünən, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Dünən, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Dünən, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Dünən, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Dünən, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Dünən, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Dünən, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Dünən, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Dünən, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Dünən, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Dünən, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Dünən, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Dünən, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Dünən, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Dünən, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Dünən, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Dünən, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Dünən, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Dünən, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Dünən, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Dünən, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Dünən, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Dünən, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Dünən, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Dünən, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Dünən, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Dünən, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Dünən, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Dünən, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Dünən, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Dünən, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Dünən, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Dünən, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Dünən, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Dünən, 12:16
DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Dünən, 12:13
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Dünən, 12:11
“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Dünən, 12:09
Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Dünən, 12:05
“Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Dünən, 11:59
Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Dünən, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru