“Azərsığorta”nın özünün SIĞORTAYA EHTİYACI VAR... - İTTİHAM
Tarix: 10-11-2022, 11:53 | Çap et
 Haqqında bəhs edəcəyimiz “Azərsığorta” şirkəti haqqında qısa məlumat verək. Azərsığorta Dövlət Sığorta Şirkəti ilk dəfə 1921-ci ilin oktyabrın 21-də Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb. Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini davam etdirən Dövlət Sığorta Şirkəti respublika üzrə geniş filial şəbəkəsinə malikdir. 9 milyon manat nizamnamə kapitalına malikdir. İcbari Sığorta Bürosunun və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və aktiv iştirakçısıdır. Şirkətin saytında yazılanlardan bəlli olur ki, qurumun 15 departamenti, sədri, müşavirləri, rayonlarda filialları və s var. Biz bir mətbu orqan olaraq həmişə qeyd edirik ki, idarəetmə optimal, mobil olmalıdır ki, qurumun xərci minimallaşsın. Çünki xərc çox olanda xidmət haqqı artır, bu da müştərilər üçün ziyandır. Amma biz deyirik, yazırıq, ancaq əməl edən yoxdur. Uzun illər şirkətin rəhbəri Məmməd Əhməd oğlu Məmmədov olub və 2020-ci ilin mart ayında vəzifəsindən uzaqlaşdırılıb. Və Fərhad Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib. Və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Sığorta Kommersiya Şirkətinin yeni təyin olunmuş sədri Fərhad Adıgözəlovu təntənəli şəkildə şirkətin kollektivinə təqdim edib. İclasda Natiq Əmirov bildirib ki, Dövlət Sığorta Kommersiya Şirkəti bütün respublika ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir. Dövlət Sığorta Kommersiya Şirkətinin yeni təyin olunmuş sədri Fərhad Adıgözəlov isə Azərbaycan Respublikası Prezidentinin etimadını doğruldacağını bildirib. İndi görək, Fərhad Adıgözəlov Prezidentin etimadını doğrulda bilirmi..? Onu da qeyd edək ki, Fərhad Adıgözəlov gözünü “Azərsığorta”da açıb, yəni əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. Sonra maliyyə nazirinin köməkçisi olub və s. Bəli, mediada yazılanlardan, vətəndaşların şikayətlərindən bəlli olur ki, sığorta şirkəti bir qrup işbilməzlərin əlində korrupsiya şəbəkəsinə çevrilib. Bunu biz demirik ee, vətəndaşlar deyir, ay Adıgözəlov. Vətəndaşlar yazır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürmçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir, sanki bu sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib. Şikayətçilər yazır: “Bu şikayəti imza edən şəxslər bir neçə aydır avtomobil qəzası nəticəsində bizə dəymiş zərərin əvəzi olaraq sığorta pulumuzu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirik. Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar. Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik. Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar. Bu sığorta şirkətinin özbaşınalığından insanlar cana doyublar”. Şirkətdə nəinki süründürməçilik, hətta cinayət halları da baş verir. Belə ki, xeyli sayda vətəndaş yazır ki, qəza nəticəsində avtomobilimə 4500 ziyan dəyib, şirkət 2000 təklif edir, başqa birisi yazır ki, qəza nəticəsində 1200 ziyana düşmüşəm, sığorta şirkəti 400 manat təklif edir...və s. Vətəndaşlar yazır ki, dəfələrlə sədr Fərhad Adıgözəlova müraciət etmişik, ancaq şikayətə baxan yoxdur. Biz bir media olaraq şirkətlə bağlı ən təzə şikayəti də təqdim edirik. Qarabağ müharibəsi veteranı, qazi olan avtomobil sahibi deyir ki, Yasamalda qəzaya məruz qalan avtomobilim üçün təkcə bir detala 2500 manat pul vermişəm, şirkət isə mənə 90 manat təklif edir. Belə haqsızlıq olmaz. Belə olan halda sabah hansı bir vətəndaş bu şirkətə müraciət edər..? Bəli, daxil olan məlumata görə, son illər şirkətdə ciddi neqativ hallar baş verir. Belə ki, şirkətin 90-dan artıq şöbələri birləşdirilir və boşalmış sahələr kimlərəsə satılır. Hələ bu harasıdır..? Son bir ildə sığorta şirkətinə məxsus maşınlar özəlləşdirilir və kimlərəsə satılır. Sözün qısası, “Azərsığorta” şirkəti sanki kolxoz bazarına çevrilib. Qarabağ veteranı olan şikayətçi Fərhad Adıgözəlovdan onu şəxsən qəbul etməsini və problemin həll olunmasını tələb edir. Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
|