Naxçıvanı kim savadsızlaşdırır: “xan”, yoxsa “boz kardinal”? - İLGİNC FAKTLAR
Tarix: 9-09-2022, 12:25 | Çap et
Naxçıvandan maraqlı bir məlumat əldə etmişik.
“Hürriyyət”ə göndərilən məlumatda son 8 ildə Muxtar Respublikada təhsilin səviyyəsi əks olunub.
Müəllif 2014-cü ildən indiyədək ali məktəblərə qəbul imtahalarında 500-dən artıq bal toplayan Naxçıvan abituriyentlərinin sayını göstərən cədvəl tutub və cədvəldən də aydın görünür ki, 8 il ərzində bu uğura imza atanların sayı 33%, ümumi göstəricilərdəki nisbəti isə 50%-ə yaxın azalıb.
Belə ki, 2014-cü ildə Muxtar Respublikada 500-dən çox bal toplayanların sayı 347 idi və bu da Azərbaycanın 5564 başarılı abituriyentlərinin 6.2%-ə bərabərdi. Bu il isə həmin rəqəm sayda 254-ə, nisbətdə 3.5%-ə düşüb.
Müəllifin fikrincə, hətta bu rəqəmlər belə, real mənzərəni tam əks etdirmir. Nədən ki, Muxtar Respublikada hətta 490 bal toplayanlar belə, 500-lük abituriyentlərin siyahısına salınır və belə saxta 500-lərin sayı az deyil. Bu da istər-istəməz uğur göstəricilərinin süni şəkildə şişirdilməsinə yol açır. Ən əsası isə, bu cür saxtakarlıqlar illərdir davam edir.
Muxtar Respublikanın təhsil sistemində hər il təkrarlanan digər saxtakarlıq Naxçıvan yetişdirməsi kimi göstərilən bir sıra abituriyentlərin əslində bu diyarla birbaşa əlaqəsinin olmamasıdır. “Məsələn, 2016-cı ildə guya Şahbuz kəndlərindən birində təhsil almış kimi göstərilən bir qız abituriyentin 695 bal topladığı barədə xəbər yayılmışdı. Hətta o vaxt bu məlumatı MR-in rəsmi orqanı “Naxçıvan xəbərləri” saytı “TQDK-nın qəbul imtahanında 695 bal toplayan Prezident təqaüdçüsü naxçıvanlı gənc” sərlövhəsi ilə təmtəraqlı şəkildə dərc etmişdi. Naxçıvanın “İstedad” kursu da həmin abituriyenti özünün ən başarılı yetişdirməsi kimi təqdim edir və onunla qürur duyduğunu gizlətmirdi. Lakin sonradan məlum oldu ki, bu abituriyent bir gün belə Naxçıvan məktəbinə getməyib, Bakıdakı kurslardan birində imtahanlara hazırlaşıb. Onu yetişdirən bir başqa hazırlıq kursunun ortaya çıxması Naxçıvan rəsmi mətbuatını dərhal tədbirlər görməyə vadar etdi. Həmin xəbəri öz səhifələrindən sildilər. “İstedad” kursu isə bu günə qədər bu saxta uğurunu özünün facebook səhifəsində reklam edir”.
Naxçıvan rəhbərliyi, bu xəbər niyə silinib?
Doğrusu, bizə göndərilən bu məlumatlara təəccüblənmədik. Əvvəla, Naxçıvan hakimiyyətinin ən çox etina ilə yanaşdığı ali məktəblərdən birinin – Naxçıvan Universitetinin rektoru belə, “Azərbaycan” sözünün necə yazılmasını bilmirsə, onun orta məktəblərində təhsilin səviyyəsindən danışmaq absurd olardı. Xatırladaq ki, sözügedən universitetin rektoru Nurlana Sabir qızı Əliyevanın rəhbərlik etdiyi ali təhsil ocağının reklamı üçün çəkdirdiyi şəkildəkı panoda ölkəmizin adı “Azarbaycan” kimi göstərilmişdi. Bu da azmış kimi, 2 həftəyə yaxın ölkənin bəzi mətbuat orqanları həmin rəzalət şəkildən davamlı bəhs etməyinə baxmayaraq, Nurlana xanımı Azərbaycanın adını necə yazıldığına inandıra bilməmişdi. Görünür, sonunda həmin təhsil ocağının daha savadlı müəllimləri özlərində cəsarət tapıb xanım rektoru medianın “hardasa haqlı olduğuna” inandıra bilmiş və məlum şəkil universitetin rəsmi səhifəsindən silinmişdi.
Açığı, biz bunun texniki səhv olduğunu düşünürdük. Amma bir neçə gün əvvəl Azərbaycan Elm və Təhsil və naziri Emin Əmirullayevin mətbuata verdiyi müsahibəsində ölkəmizdə “şaftalı” sözünü “şafdalı”, “anbar”ı “ambar” kimi yazan yüzlərlə müəllim olduğunu etiraf etməsindən sonra bu təsəvvürümüz büsbütün dəyişdi. Axı həmin müəllimlər də ölkəmizdəki ali təhsil ocaqlarının məhsullarıdır. “Mal yiyəsinə oxşayar” məntiqindən “məhsula bax, istehsalçısını tanı” nəticəsi ortaya çıxdığından Naxçıvan Universitetinin rektorunun təsadüfən belə bir xətaya yol vermədiyini düşünmək olar. Əks halda, onun günlərlə öz səhvini düzəltməməkdə israr etməsinin səbəbini başqa arqumentlə əsaslandırmaq mümkün deyil.
İkincisi, faktların başına itin oyununu gətirmək Naxçıvan Muxtar Respublikası rəhbərliyinin mayasındadır. Onun indiyədək dilə gətirdiyi heç bir fakt təhrif edilməmiş və ya şişirdilməmiş cəmiyyətə təqdim olunmur. Təbii ki, bu xüsusiyyət təhsil sistemindən də yan keçməyib.
Digər məlumat qaynağımızın bildirdiyinə inansaq, əslində Naxçıvanda təhsil sisteminin getdikcə tənəzzülə uğraması görüntüsünün yaranması da Muxtar Respublikanın digər saxtakarlığının ortaya çıxardığı nəticədir. Belə ki, Naxçıvan əhalisi rəsmi statistikada hardasa yarım milyon nəfər göstərilir. Azərbaycan əhalisinin 10 milyon olduğunu nəzərə alsaq, bu hardasa ümumi əhalinin 5%-i deməkdir. Naxçıvan abituriyentlərinin ümumi göstəricinin cəmi 3.5%-ni təşkil etməsi, təbii ki, Azərbaycanın ümumi ortalamasından xeyli aşağı nəticədir. Sözsüz ki, tarix boyu öz intellektual səviyyəsi ilə seçilən Muxtar Respublikada təhsil nə qədər tənəzzülə uğradılsa da, bu aşağı göstərici ortaya çıxmaz. Hətta ən müxtəlif saxta yollarla bu statistika şişirdilsə də…
Məsələ burasındadır ki, Naxçıvanın əhalisi də əslində olduğundan xeyli çox göstərilir. “Xan” rejiminin ağır istismarına məruz qalan naxçıvanlılar yurd-yuvalarından qaçıb xarici ölkələrə sığınırlar. Bu da istər-istəməz təhsil alanların, eyni zamanda yüksək bal toplayanların da sayına təsirsiz ötüşmür. Muxtar Respublikada ildən-ilə təhsilin çöküşü təəssüratını yaradan rəqəmlərin ortaya çıxmasında bu amillərin də rolu böyükdür.
Məktub müəllifinin iddiasına inansaq, Naxçıvanda təhsilin daha böyük problem var. Sən demə, Naxçıvan MR Təhsil naziri Rəhman Məmmədov, NDU-nun rektoru Elbrus İsayev, DİM rəhbəri Sabir Məmmədov da bölgədə təhsilin çökməsində az iş görmürlər. Hər halda bizə ünvanlanan məktubda belə deyilir: “Demək olar ki, 2014-cü ildə 500-dən yuxarı bal toplayan usaqların sayı Azərbaycan üzrə 6.2 faiz idisə, 2022-ci ildə bu rəqəm 3.5 faizə dusub . Hardasa 50 faiz zəifləmə var. Üstəlik, Azərbaycan üzrə 500 baldan yuxarıların statistikası tam doğrudur, amma Naxçıvanda her sey saxta oldugu kimi, 490 balları da bu siyahıya salıb 500 bal toplayanların sayını şişirdirlər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Təhsil naziri Rəhman Məmmədov, DİM rəhbəri Sabir Məmmədov bu saxta statiskita ilə Vasif müəllimi aldadırlar”.
Sözün düzü, müəllifin Vasif Talıbova bu qədər inamı bizi bir az təəccübləndirdi. Çünki bu zamanadək elə bilirdik ki, “qibleyi-aləm”in Naxçıvan üzərindən uçub isti və ya soyuq ölkələrə köçən quşlardan da xəbəri var. Bəs necə olur ki, köçəri quşların uçuş marşrutlarını belə nəzarətdə saxlamağı bacaran Naxçıvan rəhbərliyi təhsil ocaqlarında yaşanan tənəzzüldən xəbər tutmasın? Bəlkə Naxçıvanı cahilləşdirmək onun öz planıdır. Axı cahil insanları idarə etmək daha rahat olur.
Naxçıvanın cahilləşdirilməsində şəxsən Vasif Talıbov cənablarının marağının olub-olmadığını yoxlamaq üçün bizə göndərilən bu məktubu dərc etməyə qərar verdik. Ümidvarıq ki, məlumatı “qibleyi-aləm” də oxuyar və bilmədiyi həqiqətlərdən xəbər tutar. İşdir, şayət, gec xəbər tutarsa, biz də bu mövzunu qibleyi aləm xəbər tutana qədər gündəmdə saxlayacağıq.
Zənnimizcə, məktub müəllifi Naxçıvanın savadsızlaşdırma prosesində “xan” həzrətlərinin “boz kardinal”ının xidmətlərini unudub. Çünki mətbuatda dərc olunan məlumatlara görə, Muxtar Respublikda abiturtiyentlərin ali məktəblərə hazırlaşdırılması birbaşa Azər Zeynalovun inhisarındadır. “Boz kardinal”ın yaxınları, daha doğrusu, kürəkəni Naxçıvandakı yeganə hazırlıq kursu olan “İstedad kursaları” MMC-yə nəzarət edir. İndi Naxçıvanda övladını hazırlıq keçməyə qoyan ailələr ancaq bu kursalar müraciət edə bilərlər. Muxtar respublikada fərdi hazırlıqlar keçirilməsi isə demək olar ki, tam məhdudlaşdırılıb”, - Ovat.com-un bir müddət əvvəl dərc etdiyi məlumatda belə deyilirdi.
Ovqat.com-un bu iddialarına inansaq, belə çıxır ki, “boz kardinal” üçün də savadsız Naxçıvan MR daha rahat idarə olunan məmləkət mənasına gəlir. Elədirsə, Naxçıvanın daha rahat idarə olunması məqsədilə savadsızlaşdırması kimin strateji yol xəritəsidir – “xan”ın, yoxsa “boz kardınal”ın? Zənnimizcə, bu suala ən yaxşı cavabı Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbov öz əməli fəaliyyəti ilə cavab verə bilər.
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
|