Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                 

Naxçıvanda qul üsyanları: Daha iki polis tətilə çıxdı - NƏ BAŞ VERİR?
Tarix: 2-09-2022, 07:28 | Çap et
Naxçıvanda qul üsyanları: Daha iki polis tətilə çıxdı
Yəqin bütün inqilabi dəyişikliklər ərəfəsinə qədəm qoyan ölkələrdə keçirilən etiraz aksiyalardan birinin tətil olduğu hamımıza bəllidir. Dövlət orqanlarında baş alıb gedən özbaşınalıqlara etiraz edən işçilər bütün etirazları fayda verməyəndə məcburən bu yola əl atır, nəticədə ölkə iqtisadiyyatı daha da çokür və rejimlərin süqutu qaçılmaz olur.

Acınacaqlıdır ki, normal iqtisadiyyatı olmayan, yalnız paytaxtdan aldığı dotasiyaya göz tikən, o arzusu belə MR rəhbərliyi tərəfindən qəsb edilən Naxçıvandan artıq tətil xəbərləri gəlməkdədir. Ən maraqlısı isə odur ki, Muxtar Respublikada adi şirkət işçiləri yox, qanunların və dərəbəylik rejiminin keşiyində dayanan polislər tətilə çıxmağa çalışırlar.

Artıq 4 gündür gündür ki, Naxçıvan MR-də 2 polis əməkdaşı işə çıxmamağa qərar verib.

DİA.AZ-ın məlumatına görə, ovqat.com Naxçıvan MR DİN-dəki etibarlı mənbəyə istinadən xəbər verir ki, hər iki polis əməkdaşının tətilə çıxmasının səbəbi əmək azadlıqlarının pozulması ilə əlaqədardır.

Məlimata görə, Azərbaycan Polis Akademiyasından məzun olduqları üçün Naxçıvan MR DİN-də qısnamaya məruz qalan həmin polis əməkdaşları bir ay bundan əvvəl öz istəkləri ilə işdən çıxmaq barədə rəislərinə ərizə yazıblar. Amma onların ərizəsi qəbul olunmayıb və diqqətlərinə çatdırılıb ki, Naxçıvanda DİN-də Azərbaycan Respublikasının yox, antik Roma dövlətinin quldarlıq qanunları keçərlidir. Yəni bu strukturda öz xoşunla işə girmə var, işdən çıxma yoxdur. Naxçıvan MR DİN-in antik Romadan yeganə fərqi ordadır ki, bu məmləkətin rəsmi sənədlərdə vətəndaş kimi görünən qulları işdən çıxmaqda israr edərlərsə şəxsi işləri qaralamaqla yola salınırlar. Bu isə o deməkdir ki, ömrünün sonuna qədər polis və ya hər hansı dövlət orqanlarında işləyə bilməzlər. Nəticədə ya Naxçıvanda işdən çıxarılan Polis Akademiyasının digər məzunları kimi, Bakıya köçüb “Uber” taksi şirkətində sürücülük edə, ya da qabağına qaşıq və digər xirdavatlar qoyub sata bilərlər.

Haqqında bəhs etdiyimiz polislər isə antik Romada yox, 21 əsrin demokratik və hüquqi dövlətində yaşadıqlarını düşünərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə söykənərək bir ay bundan əvvəl işdən çıxmaq barədə ərizə yazıblar. Ərizə yazmalarının üzərindən bir ay keçməsinə baxmayaraq, onların bu istəkləri qəbul olunmayıb. Polislər də qanunvericiliklə özlərini işdən çıxmış hesab etdiklərindən artıq neçə gündür işə getmirlər.

Qeyd edək ki, В«Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasıВ» Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi ilə təsbit olunub. Sözügedən maddəyə əsasən, istənilən işçinin bir təqvim ayı əvvəldən işəgötürəni yazılı ərizəsi ilə xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam vermək hüququ var. Maddədə işçinin bu hüququ onun əmək azadlığı kimi tövsif olunub. Yəni işçi istənilən vaxt əmək münasibətini dayandırmaq hüququna malikdir və bu prinsip istisnasız olaraq bütün işçilərə şamil olunur. Naxçıvan polisləri də qanunən işçi sayıldıqlarından bu hüquq onlar üçün də keçərlidir. Maddədə qeyd olunur ki, bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq hüququna malikdir və bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Görünür, Naxçıvan polisləri də məhz bu hüquqlarını əsas gətirib ərizə yazmalarının üzərində 1 ay keçdikdən sonra işə çıxmırlar.

Mənbəmizin bildirdiyinə görə, artıq 4 gündür tətil etmələrinə baxmayaraq, polislərin işdən çıxmaları barədə ərizələri qəbul olunmur və olunmayacaq. Onlar ən yaxşı halda iş rejimini pozduqları əsas gətirilərək polis xidmətinə yararsız fəaliyyətlərinə görə işdən qovalana bilərlər.

Naxçıvan MR DİN-də qul kimi işdən atılması gözlənilən polis əməkdaşlarının kimliyinə gəlincə, mənbəmizin bildirdiyinə görə, onlardan biri Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı İbrahim Abdullayev, digəri isə Kəngərli rayon polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Tuncay Əliyevdir. Maraqlıdır ki, hər iki sahə inspektoru polis ailəsində böyüyüb. Ataları polis təqaüdçüləridir. Təsəvvür edin ki, Naxçıvan polisində “qabıq qoyan” valideynlər belə, övladlarının maddəsiz işdən çıxmasına nail ola bilmirlər. Onlar özləri kimi övladlarının da heç bir perspektiv vəd etməyən, əksinə, kimlərinsə qanunsuz əmrlərini yerinə yetirə-yetirə məsuliyyət altına girən idarələrdə işləmələrini istəmirlər. Çünki bu vəzifələrdə işləmək təkcə qanun qarşısında hüquqi məsuliyyət yaratmır, həm də məzlumların ahını, qarğışlarını qazandırır və düşmən artırır. Təbii ki, ağlı başında olan heç bir valideyn öz övladını bu cür təhlükə altında yaşatmaq istəməz.

Mənbəmizin bildirdiyinə görə, Naxçıvanda tətilə çıxanlar təkcə haqqında danışdığımız bu iki polis əməkdaşı deyil. Bundan bir neçə ay əvvəl ən azı 25 polis əməkdaşı da işdən çıxmaq haqqında ərizə vermiş və 1 təqvim ayının tamamlanmasını gözləmişdilər. Həmin polislərin də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə təsbit olunan hüquqları tapdalanmış və onlar şəxsi işləri ləkələnərək işdən uzaqlaşdırılmışdılar.

Müasir Naxçıvanın Spartaklarından bəziləri:

Həmin polislərdən bəzilərinin siyahısı:

1. Cəhri polis bölməsindən bas-leytenant Samir (familiyasını dəqiqləşdirə bilmədik);

2. Sədərək rayon polis söbəsinin cinayət axtariş bölməsinin reisi polis kapitanı Səfa (familiyasını dəqiqləşdirə bilmədik);

3. Naxçıvan şəhər 1 nömrəli polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahmar Əliyev;

4. Şərur polis idarəsindən Çərkəz adlı əməkdaş

5. Yenə eyni bölmənin polis kapitanı Cəlil Agayev;

6. Culfa rayon polis idarəsindən baş leytenant Şirzad,

7. Babək rayon polis idarəsindən polis baş leytenantı Mətin (familiyasını dəqiqləşdirə bilmədik). Məlumata görə, Mətin bəyi yola gətirmək üçün ona yağlı vəzifə - təhqiqatçı işi və yüksək maaş təklif olunub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
13-09-2025, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
13-09-2025, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru