Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                     Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək .....                     Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi .....                     Tərtərdə silahla insident törədən qazi həbs edilib .....                     Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                 

"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb.. - İmişlidə NARAZILIQ
Tarix: 21-12-2021, 11:30 | Çap et
"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb..
İmişli rayonunun Cavadxanlı kəndinin sakinləri son günlər kənd ərazisindəki "Axmaz" adlandırdıqları gölün ətrafına yığışırlar. 18 hektar ərazini əhatə edən bu göl illər öncə bir şəxsin icarəsinə verilib. O zaman da kənd sakinlərinin etirazları olmuşdu. Yerli bələdiyyə isə gölü icarədardan geri almaq üçün məhkəmədə iddia qaldırmışdı.

DİA.AZ bildirir ki, sakinlərin demələrinə görə, sonra öyrəniblər ki, məhkəmə onların xeyrinə qərar çıxarıb. Bundan sonra bir müddət sakitlik yaranıb. Onların sözlərinə görə, amma bir də görüblər ki, ərazidə texnika işləyir, gölün kənarı hasarlanır. Məlum olub ki, icarədar təbii sututardan təkbaşına istifadə ilə bağlı hüquqi sənədlər əldə edib.

"Gölü bir şəxsin istifadəsinə vermək ədalətsizlikdir"
Kənd sakini Qabil Xəlilov gölün kəndlilər üçün əvəzsiz sərvət olduğunu vurğulayır: "Bu göl 1936-cı ildə Araz çayının yatağının dəyişməsi nəticəsində yaranıb. O vaxtdan bəri su anbarı kimi istifadə edilir. Yayda Araz çayında suyun səviyyəsi düşəndə 200 hektaradək sahədəki əkinlərimiz bu göl hesabına suvarılır. Arxlar quruyanda heyvanlarımız buradan su içir. Göldən balıq tutulur, quş ovlanır. Bunu bir şəxsin istifadəsinə vermək, kənarına hasar çəkmək özbaşınalıqdır, ədalətsizlikdir".

"Əsaslı şübhə var ki, bələdiyyə sədrimiz..."
Cavadxanlı kəndinin başqa bir sakini Səhliyar Fətullayev də deyir ki, gölün icarəyə verilməsi qanunsuz olub: "Bu göl vaxtilə Sədi Əzimov ad-soyadlı bir şəxsin icarəsinə verilib. Sonradan həmin qərar ləğv edilib. Üstündən üç il keçəndən sonra bu adamlar gedib ləğv edilmiş qərar əsasında həmin yeri dövlət qeydiyyatından keçiriblər. Bələdiyyəmiz onları məhkəməyə verdi. İnzibati-iqtisadi məhkəməsi camaatın xeyrinə qərar çıxardı. Biz bu yaxında xəbər tutmuşuq ki, bu qərarı iki il əvvəl apellyasiya məhkəməsi ləğv edibmiş. Bizdə əsaslı şübhə var ki, bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb".

Onların deməsinə görə, bu işdə tərəf olmadıqlarından məhkəmə qərarlarını da ala bilmirlər. Sakinlər bildirirlər ki, qapısını döymədikləri dövlət orqanı qalmayıb. Onlar Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş, hazırda prezidentin köməkçisi işləyən Kərəm Həsənovun qəbulunda da olduqlarını, onun da gölə çıxarış verilməsinə təəccüb etdiyini deyirlər. Məhkəmə qərarını ədalətsiz hesab etdiklərindən yığışıb bir dəstə Ədliyyə Nazirliyinə gedəcəklərini də vurğulayırlar.

"Mən yorulub dayandım"
Amma Qaralar bələdiyyəsinin (Qaralar və Cavadxanlı kəndləri daxildir) sədri Şıxalı Gülməmmədov ona yönəlik ittihamları qəbul etmir: "Bu göl mən bələdiyyə üzvü olmazdan əvvəl icarəyə verilib. Onu əhalinin ümumi istifadəsinə qaytarılmasının ilk təşəbbüskarı da mən olmuşam. Hələ 2015-ci ildə gölün icarəyə verilməsinə dair müqaviləni ləğv etdik. Məhkəməyə müraciət edəndə də sakinlərin etibar etdiyi şəxsi vəkil tutduq. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tələbimizi təmin etdi. Amma apellyasiya məhkəməsində həmin qərar ləğv olunub təkrar məhkəmə baxışına qaytarıldı. Daha bundan sonra yorulub dayandım".

Bələdiyyə sədri dediklərinə onu da əlavə edir ki, ehtiyac yarandığı halda göldən əkinlərin suvarılmasına imkan verilməsi ilə bağlı icarədarla razılaşma əldə olunub. O, tez-tez sakinlərlə görüşdüyünü, mübahisənin danışıq yolu ilə həll etməyə çalışdığını söylədi.

"Deyirəm gəlin əl-ələ verib işləyək..."
Hazırda icarədar olduğu bildirilən Tofiq Hüseynov da narazıdır. O, icarə haqqı ödədiyi halda illərdir mülkiyyətindən istifadə edə bilmədiyini söyləyir. Onun vurğulamasına görə, dövlətin qayda-qanunu, icarə müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirir. Əlavə etməsinə görə, təkcə bu il 900 manat icarə haqqı ödəyib: "Amma üç ildir ki, göldən istifadəmə imkan verilmir. Burada quşçuluq təsərrüfatı yaratmaq, qaz və ördək saxlamaq istəyirəm. Bu, həm kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətin proqramına uyğundur, həm də kəndin bir neçə sakini üçün iş yeri ola bilər. Camaata deyirəm gəlin əl-ələ verib işləyək. Amma arada iki-üç qızışdırıcı adam var, qohumlarını da ətrafına yığıb maneçilik törədirlər. Burada qanunsuz ov edilir. Ona görə gölü dəmir torla əhatələmək istəyirəm".

İcra hakimiyyətindən deyilənlər...
İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev də deyir ki, Cavadxanlı kəndinin bir qrup sakinini icra başçısı qəbul edib, onların şikayətləri araşdırılıb: "Biz baxdıq, icarədarın əlində göldən istifadə ilə bağlı qanuni sənədlər var. Onları ləğv etməyə səlahiyyətimiz çatmır. Amma camaatı da başa düşürük. Onlar göldən əkinlərini, heyvanlarını suvarmaq istəyirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
2-08-2025, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru