Tramp və Putin bunu anlayır .....                     Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... .....                     Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir .....                     Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... .....                     Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... .....                     Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər .....                     Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil .....                     Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi .....                     Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? .....                     Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib .....                     Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... .....                     “Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” .....                     Zəngəzurda konsulluq "savaşı" qızışır: .....                     Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək .....                     "Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                 

Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır - TƏHLİL
Tarix: 9-09-2021, 14:30 | Çap et
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır
İqtisadiyyatda bərpa prosesi ilə yanaşı, istehlak bazarında bahalaşmanın davam etməsi xüsusi diqqət və izahat tələb edir. Çünki bir var, iqtisadi canlanmanın təsiri nəticəsində yaranan, başqa sözlə desəm, iqtisadi aktivliyin arxasında gələn bahalaşma, bir də var, mövcud iqtisadi canlanma üçün buxova çevrilə bilən, yəni iqtisadi aktivliyin qabağında gedən bahalaşma. Ölkədəki real bahalaşma təəssüf ki, sonuncudandır.
Hökumətin cari ilə dair infliyasiya proqnozu 4 faiz ətrafındadır və israrla vurğulanır ki, bu, özünü doğruldacaq. İstehlak qiymətlərinin real artım səviyyəsi isə belə deməyə əsas vermir. İlin ilk 7 ayının nəticəsinə görə ölkədə istehlak qiymətlər indeksi 4,5 faiz təşkil edib. Artıq payız mövsümü yetişdiyindən tələbin bir az da artacağını nəzərə alsaq, rəqəmin daha çox yüksələcəyi gözlənilir.

Bəs, buna səbəb nədir? Ümumiyyətlə, qiymətlərin yüksəlməsinin qarşısını necə almaq olar? Bahalaşmadan sığortalanmaq üçün hansı tədbirlər görülməlidir?

Ölkədə bahalaşmanın əsas hərəkətverici qüvvəsi xidmət və ərzaq məhsullarıdır. Bunu Mərkəzi Bank (AMB) da təsdiq edir. Belə ki, ilin əvvəlindən bəri xüsusən, ərzağın qiymətinin yüksəlməsi ümumi inflyasiya həddinin formalaşmasında başlıca rol oynayır ki, qeyri-ərzaq və xidmətlərin qiymət artımının buna təsiri demək olar, hər ay artan tendensiya üzrə inkişaf edir. Cari ilin iyununda illik ərzaq inflyasiyası 5,3 faiz olub və qeyri-ərzaq məhsulları, xidmətlər üzrə isə illik bahalaşma templəri müvafiq olaraq, 4,6 və 4 faiz təşkil edib.

İstehlak səbətinə daxil 520 adda mal və xidmətdən 245-nin və ya 47 faizinin qiyməti illik olaraq 0-4 faiz aralığında artıb. Bahalaşma dalğası qeyd olunan rəqəmləri getdikcə şişdirir ki, bu da, ümumi inflyasiya rəqəmini artırmaqda davam edir.

Ölkədə mövcud bahalaşmanın iqtisadi aktivlik dərəcəsindən qabaqda getdiyini təsdiqləyən həm də bunun ilin əvvəlindən başlaması faktorudur. Xatırladıram ki, iqtisadiyyat may ayında pandemiyanın təsir və təzyiqindən çıxaraq, bərpa olunmağa başlayıb. May ərzində qiymətlərin artım sürəti daha yüksək tempdə oldu ki, bu, tənəzzülün qarşısının alınması və yaxud səngiməsi ilə üst-üstə düşdüyündən, işgüzar fəallığın dirçəlməsi ilə əlaqədar baş verdiyi təəsüratı yarandı. Ancaq belə deyildi.

Bahalaşma yanvardan başlayıb. Və bunun da iki səbəbi var idi. Birincisi, ən çox işlənilən enerjidaşıyıcısı olan “Aİ-92” benzin ilə dizel yanacağının yanvardan bahalaşması və fevralın 1-dən də suyun tarifinin artırılması; ikincisi isə ilin əvvəlindən dünya üzrə də eyni tendensiyanın start götürməsi.

Hazırda bütövlükdə dünya iqtisadiyyatında da bərpa meyilləri müşahidə olunur. Ancaq pandemiya şəraiti hələ tam sovuşmayıb. Odur ki, yenə məhdudiyyətlərin tədbiq olunacağı ehtimalı var. Və bu qorxu hissi və risk vəziyyəti də bərpa prosesinə kövrək xarakter qazandırır. Bunu bir sıra strateji məhsulların dünya bazar qiymətlərinin aşağı və yuxarıya doğru oynaması faktoru da təsdiqləyir.

Buradan hansı nəticələr çıxır? Ölkəmizdəki bahalaşma həm daxili, həm də xarici səbəblərlə əlaqədardır. Başqa sözlə desəm, Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır. Tənzimlənən məhsulların - yanacağın və suyun qiymətlərinin artırılması istehsalın maya dəyərini yüksəldib. Üstəlik, qaz tariflərinə də iyulun 1-dən dəyişiklik edilib, elektrik enerjisinə də baxılacağı gözlənilir. Bu gözləntilərin yaratdığı risklər istehsal olunan məhsulların maya dəyərinə mərhələli şəkildə oturmaqda davam edir. Özü də, enerji daşıyıcılarının tarif dəyişiklikləri istehsal dəyərinə birinci dəfədən deyil, mərhələlərlə bütün il boyu ərzində daxil olur.

İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur. Məsələn, kütləvi tədbir və şənliklərə qoyulan məhdudiyyət aradan qaldırıldıqdan sonra xeyli növdə və sayda ərzaq, o cümlədən, qeyri-ərzaq məhsullarına tələbat artıb. İstehlak tələbini artıran digər səbəblər də var ki, bunları qoyuram kənara. Pandemiyadan dərhal sonra isə nə yerli istehsal, nə də idxal imkanları bu tələbi qarşılayacaq səviyyədə deyil. İdxal inflyasiyası belə yaranır. Buna görə də, qiymətlər istər-istəməz artır.

Sözün qısası, bu gün bazarda baş verən təbii bahalaşmadır. Hökumət bunun qarşısını inzibati yolla ala bilməz. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Əməkhaqları, pensiya, sosial müavinət və ödənişlər yüksəldilməlidir. Başqa çıxış yolu yoxdur.
Pərviz Heydərov
Azvision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp və Putin bunu anlayır - Yeni sistem
Bu gün, 09:06
Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... - ETİRAZ VAR!
Bu gün, 08:51
Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir - FAKT BUDUR!
Bu gün, 08:28
Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... - NYT
Bu gün, 08:25
Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... - Borcu ödəsən də borclusan...
Bu gün, 08:22
Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər – Daimi yaşamaq üçün…
Bu gün, 07:40
Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil - ÇÜNKİ...
Bu gün, 07:36
Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır - GƏLİŞMƏ
Bu gün, 07:29
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - NARAZILIQ VAR...
Bu gün, 07:26
Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi - DETALLAR
Bu gün, 07:16
Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? - Bakıda istintaq qurulacaqmı?
Bu gün, 07:10
Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib - KİV
Bu gün, 06:56
Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir - Ərdoğanın İrana Zəngəzur mesajı
Bu gün, 06:53
Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... - Ermənistan ciddi siyasi və iqtisadi itki yaşaya bilər
Bu gün, 06:51
“Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Zəngəzurda konsulluq "savaşı" qızışır: - İran artıq oradadır, Fransa və Rusiya da açıq mübarizəyə keçib
Bu gün, 06:45
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİQQƏT
Bu gün, 06:21
"Mənim niyə bahalı maşınım olmasın?"
Bu gün, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Dünən, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Dünən, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Dünən, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Dünən, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Dünən, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Dünən, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Dünən, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru