Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                     "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır .....                     Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu .....                     Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI .....                     "Göyəzən" ASC-nin səhmdarları toplanır .....                     Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq .....                     Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI .....                     “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək .....                     İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU .....                     "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" .....                     "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..." .....                     Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? .....                     Türk dövlətləri arasında birlik güclənir .....                     Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... .....                     Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir .....                     Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar .....                     Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” .....                     "Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" .....                     Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... .....                     İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” .....                     “Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” .....                     Postsovet ölkələrinin SSRİ KABUSU .....                     Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... .....                     "Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar .....                     Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. .....                     Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya .....                     10 gün qalıb, bahalaşma qaçılmazdır .....                     Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... .....                     ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb .....                     70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum .....                     Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək .....                     Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' .....                     'Azərsu'nun qocaman işçisi narazıdır .....                     Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir .....                     "İki qarış ətəyi olan qızları aparırlar..." .....                     UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA .....                 

MTK-lar sakinləri necə aldadır: Kütləvi maxinasiya... - “Divarların pulunu da payçıdan alırlar”
Tarix: 20-08-2021, 08:37 | Çap et
MTK-lar sakinləri necə aldadır: Kütləvi maxinasiya...
Paytaxtda Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilən çoxmənzilli, çoxmərtəbəli binalarda payçılara satılan mənzillərin ümumi sahəsini hesablayan zaman aydın olur ki, müqavilələrdə göstərilən sahənin ölçüsü əslində müqavilədə göstəriləndən azdır. Həmin mənzillərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alan zaman məlum olur ki, MTK-lar mənzillərin sahəsini süni şəkildə şişirdib, payçılara baha satıb və uzun müddət ərzində onlardan bu ölçüyə müvafiq olaraq kommunal haqları toplayıblar.

AYNA-ya açıqlamasında “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tətbiq etdiyi ümumu qaydalar var: “Bu qaydalara görə, daxili sahələr ölçülür və ona uyğun olaraq vətəndaşa çıxarış təqdim olunur. Mənzilin ümumi otaqları çıxarışda hesablansa da, eyvan sahələri müəyyən əmsalla qiymətləndirilir. Yaşayış sahələri olmadığına və otaqlara çəkilən xərc qədər vəsait sərf olunmadığına görə, eyvanın sahəsi 0,3-ə vurulur. Lakin MTK-lər mənzili satan zaman həm eyvanları, həm daxili sahələri, həm də tikinti altında olan sahələri nəzərə alırlar. İstehlakçıya mənzilin daxilindəki sahə yox, həmin mənzilin tikinti altında olan hissəsi, divarları da satılır. Təbii ki, bu, düzgün deyil və Əmlak Məsələləri Dövlət Xidmətinin tətbiq etdiyi qaydalara ziddir”.

“Çıxarış verilərkən real sahə təsbit olunur və bu, daha ədalətlidir. Həm də beynəlxalq protokollara uyğundur. Eyvanların yan tərəfləri yoxdur, yalnız döşəmə hissəsi var və bu baxımdan onu otaq kimi alıcıya sırımaq olmaz. Məhz bu səbəbdən rəsmi sənədləşdirilmə zaman məlum olur ki, mənzilin ümumi sahəsi daha az imiş. Misal üçün, 126 kv.m ev alan istehlakçı çıxarış alan zaman ona aydın olur ki, evin ümumi sahəsi 105 kv.m imiş. Nəticədə ziyan çəkən vətəndaşlar olur. Bu isə yolverilməzdir və payçıların hüquqlarının kobud sürətdə pozulmasıdır. 1500 manata bir kv.m mənzil alan vətəndaş faktiki olaraq hər kv.m-ə görə 1700 manat vəsait ödəyir”, - deyə ekspert vurğulayıb.

V.Orucun fikrincə, bu məsələdə vahid mexanizmlərin tətbiqinə ehtiyac var: “MTK-lar buna görə məsuliyyət daşıyır. Düşünürəm ki, bununla bağlı inzibati tənbeh tədbirləri görülməlidir. Çıxarış alan zaman ümumi sahənin şişirdilməsi halları təsdiqini taparsa, bu zaman vətəndaşa dəyən ziyanın geri qaytarılması və cərimələr nəzərdə tutulmalıdır. Belə olarsa, tikinti şirkətləri payçıların hüquqlarını pozmaq ənənəsinə son qoymuş olar”.
Əmlak eksperti İradə Şükürova da AYNA-ya şərhində deyib ki, uzun illərdir tikinti şirkətləri payçıların hüquqlarını pozmaqda davam edir: “Bir zamanlar MTK-lar vətəndaşlara qarşı açıq şəkildə dələduzluq cinayətlərinə yol verir, bir mənzili iki və daha çox alıcıya satırdı. Şirkətlərin faktiki sahibləri “qurbanlıq” şəxsləri həmin şirkətlərə direktor təyin edir, problem yarandığı zaman həmin direktorlar hüquqi məsuliyyətə cəlb olunurdular. Bu məsələ kütləviləşdiyinə görə, sonradan qarşısı alındı və demək olar ki, son zamanlar belə hallara rast gəlmirik. Bəziləri isə vətəndaş şikayəti olduğu halda vəsaitləri geri qaytarırdılar. Onlar arada olan bir və ya bir neçə ildən istifadə etməklə həmin vəsaitlərdən öz qazanclarını artırmaq məqsədilə istifadə edirdilər”.

Həmsöhbətimiz mənzilin sahəsinin artıq göstərilməsini birbaşa qanun pozuntusu adlandırıb: “Payçıların hüquqları var ki, buna görə məhkəməyə müraciət etsinlər. Bununla bağlı ümumi qaydalar var. Mənzillərin yalnız yaşayışa yararlı hissəsi ümumi sahəyə aid edilə bilər. Eyvanlar isə qismən yaşayış sahəsidir. MTK-lar isə binaya aid yaşayış hissələrinin də pulunu payçılardan alır. Nəticədə çıxarış alan zaman vətəndaş 15 faizdən artıq sahəni itirmiş olur. Hansı ki, bu sahəyə görə, əlavə vəsait və uzun müddət artıq kommunal haqqı ödəyib”.

Şükürova əlavə edib ki, tikinti normativləri qəbul edilməlidir: “Daha bir ciddi problem binaların üz-üzə tikilməsidir. Halbuki, bu, qanunvericiliyə ziddir. Bəzən bu səbəbə görə binanı istismara qəbul etmirlər. Sakinlər illərlə çıxarış ala bilmirlər. Öz halal evlərinə qeydiyyata düşmək imkanından məhrum olurlar. Heç olmasa bundan sonra inşa ediləcək tikililərdə bu qaydaların tətbiq olunmasına ciddi ehtiyac var. Qanunvericilik bazasının təkmilləşdirilməsi, payçıların hüquqlarını pozan MTK-lərin məsuliyyət məsələsi də qanunda öz əksini tapmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16
Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07
Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05
Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58
Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55
Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51
"Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39
İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29
Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25
Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15
Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09
Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05
10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02
Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... - Başqa yolu yoxdur...
Bu gün, 08:50
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
Bu gün, 08:46
70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
"İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54
"Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" - FAKT BUDUR!
Bu gün, 05:46
Elariz 43 il əvvəl - FOTO
Bu gün, 05:43
“Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” - ARAŞDIRMA
Bu gün, 05:40
İranla İsrail toqquşacaqmı? - GƏLİŞMƏ
Bu gün, 05:36
Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? - BU NƏDİ BELƏ?
Bu gün, 01:08
Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55
"Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52
“Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub”
Bu gün, 00:47
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - İTTİHAM DOLU NARAZILIQ
Bu gün, 00:41
İlqar İsmayılov həbsdə qaldı
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru