"Mən 190 manatı da ala bilmədim..." - GİLEY
Tarix: 11-07-2020, 09:25 | Çap et
 Göyçayın Mırtı kəndində yaşayan Məryəm Aslanova böyük bir ailənin yükünü tək çəkməli olur. DİA.AZ xəbər verir ki, altı il əvvəl həyat yoldaşını itirmiş qadın üç övlad böyüdür, üstəlik, 87 yaşlı qayınatasının da qayğısına qalmalıdır. Söhbətin ilk dəqiqələrindən hiss olunur ki, Məryəm Aslanova sıxıntılardan çox danışmaq istəmir. Hər şeyin öhdəsindən gəlməyə çalışdığını deyir. Amma üzərinə düşən məsuliyyət də böyükdür: “Böyük oğlum məktəbi bitirdi. Oxumasını istərdim. Müəllim yanına göndərirəm. Evə gələn 240 manatın 200 manatını müəllimlərə veririk. O 240 manat da uşaqlara ailə başçının itirilməsinə görə verilir. Hərəsinə 80 manat. Uşaqların 8 yaşına qədər mənə də onlara baxdığıma görə pul verirdilər. Amma ən kiçik uşağın – qızımın 8 yaşı tamam olandan sonra kəsdilər”.
Məryəm xanımdan başqa qayınatasına baxacaq adam yoxdur. Qadın yaşlı adamı idarə etməyin də ayrıca məsuliyyət istədiyini deyir: “Qayınanam rəhmətə gedəndən o kişiyə mən baxıram. Arvadın bir növ oğlunun ölümünə ürəyi dözmədi. Həyat yoldaşımın ilində canını tapşırdı”.
Həyat yükü qadının çiyinlərindən basır. Amma o, əlindən gələni edir ki, uşaqları acından ölməsin: “Çalışıram ki, qonşunun üstünə çörəyə getməyim”.
Məryəm Aslanova danışır ki, həyat yoldaşının sağlığında da çətinliklə dolanırdılar: “Heç bir yerdə işləmirdi. Təsərrüfatla məşğul olurduq. Amma onun ölümündən sonra vəziyyətimiz lap pisləşdi. Bütün yük mənim üzərimdə qaldı. İndi evin həm kişisiyəm, həm də qadını”.
Məryəm xanım həyat yoldaşını itirəndə uşaqlar çox kiçikmiş. Qızının heç üç yaşı tamam olmayıbmış. 41 yaşlı qadın indiyə qədər çox əziyyət çəkdiyini deyir: “Elə vaxtlar olub ki, uşaqlara məktəbə getmək üçün dayıları paltar, çanta alıb. Uşaqdılar, könüllərindən nəsə keçir. Məsələn, deyirlər ki, təzə televizorlardan istəyirik. Mənim gücüm çatmır amma. Qardaşım, qardaşımın uşaqları gəlib xəbər bilirlər bizdən. Amma maddi yükü tək çəkirəm”.
Qadın deməyə utanır, amma köməyə çox ehtiyac olduğu göz önündədir: “O qədər arzularım var ki…”
Məryəm xanım danışır ki, illər əvvəl evə əl gəzdirmək istəyiblər. Amma ardıcıl itkilər hər şeyi yarımçıq qoyub. Daha şəraiti yaxşılaşdırmaq da olmur: “Köhnə evdir. Çox şeyin təzələnməsinə ehtiyac var. Adi darvazamız da yoxdur”.
Məryəm xanım deyir ki, pandemiya günlərində kənddə xeyli adama ərzaq paylanıb. Alanlar arasında qohumu da var. Təəssüf ki, onun ailəsi diqqətdən kənarda qalıb: “Bir dəfə Ramazan bayramında ərzaq yardımı gəlmişdi. Amma kömək eləyən adının bilinməsini istəməmişdi”.
Mırtı kənd sakini sosial yardım üçün də müraciət edib. Müsbət cavab almayıb: “Vermək istəmirlər. Mən 190 manatı da ala bilmədim. Uşaqlara görə pul verilməsi bəhanə göstərildi”.
İndi Məryəm xanım sözün bütün mənalarında sabahı düşünür. Bu gün bağdan bir az alça yığıb, sabah bazara satmağa aparacaq…



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57 |
|
|
|
| • Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02 |
|
|
|
| • “Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59 |
|
|
|
| • “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54 |
|
|
|
| • Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52 |
|
|
|
| • Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43 |
|
|
|
| • Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41 |
|
|
|
| • ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38 |
|
|
|
| • “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24 |
|
|
|
| • Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Dünən, 17:19 |
|
|
|
| • Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Dünən, 17:17 |
|
|
|
| • Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Dünən, 17:03 |
|
|
|
| • Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Dünən, 17:00 |
|
|
|
| • İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Dünən, 16:55 |
|
|
|
| • Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
| • "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Dünən, 16:36 |
|
|
|
| • Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Dünən, 16:33 |
|
|
|
| • Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Dünən, 16:28 |
|
|
|
| • Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Dünən, 16:19 |
|
|
|
| • “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Dünən, 16:18 |
|
|
|
| • 14 il deputat olub, indi icra başçısıdır - FOTO
Dünən, 16:16 |
|
|
|
| • Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Dünən, 16:13 |
|
|
|
| • Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Dünən, 16:11 |
|
|
|
| • Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Dünən, 16:08 |
|
|
|
| • “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Dünən, 16:06 |
|
|
|
| • Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Dünən, 15:57 |
|
|
|
| • Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Dünən, 15:54 |
|
|
|
| • Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Dünən, 15:50 |
|
|
|
| • Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47 |
|
|
|
| • Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Dünən, 15:38 |
|
|
|
| • BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Dünən, 15:35 |
|
|
|
| • "İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:31 |
|
|
|
| • "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Dünən, 15:27 |
|
|
|
| • Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Dünən, 15:22 |
|
|
|
| • Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Dünən, 15:15 |
|
|
|
| • Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Dünən, 15:04 |
|
|
|
| • Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Dünən, 15:02 |
|
|
|
| • Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Dünən, 14:59 |
|
|
|
| • İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Dünən, 14:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Dünən, 14:56 |
|
|
|
| • ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Dünən, 13:08 |
|
|
|
| • “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Dünən, 13:03 |
|
|
|
| • Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Dünən, 12:59 |
|
|
|
| • “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Dünən, 12:54 |
|
|
|
| • Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Dünən, 12:51 |
|
|
|
| • "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Dünən, 12:49 |
|
|
|
| • Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Dünən, 12:45 |
|
|
|
| • “Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Dünən, 12:44 |
|
|
|
| • "Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Dünən, 12:38 |
|
|
|
| • Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Dünən, 12:37 |
|
|
|
|