Narazı işçi SOCAR şefinə ÜZ TUTDU .....                     “Vahid Qafqaz evi” layihəsi... .....                     Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" .....                     Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                     “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” .....                     Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, .....                     Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                 

MƏRKƏZİ BANK əhali ilə banklar arasında "Ərəbzəngi" rolunu oynayır - GƏLİŞMƏ
Tarix: 5-06-2020, 12:08 | Çap et
MƏRKƏZİ BANK əhali ilə banklar arasında "Ərəbzəngi" rolunu oynayır
COVİD-19 getdikcə səngiməyə başlayır. Lakin son 5 ayda bu pandemiyanın gətirdiyi sosial-iqtisadi bəlalar isə qalmaqda davam edir. Koronivurusun səngiməsini fürsət bilən bir çox dövlətlər isə dəyən ziyanların qısa zamanda aradan qaldırılması üçün hərəkətə keçiblər. Bu məsələdə yaxından izlədiyim qonşu ölkələr arasında qardaş Türkiyənin müəyyən etdiyi yol xəritəsi sözün həqiqi mənasında məni qürurlandırdı.Və hətta bir anlığa Türkiyədə yaşamaq kimi bir istək keçdi qəlbimdən. Niyə? Ona görə ki, pandemiyanın yaratdığı iqdisadi böhrandan çıxışın bundan yaxşı başqa yolunu təsəvvür etmək belə çətindir…

Məlumdur ki, iqtisadiyyatın güzgüsü bankdır. Əgər bir ölkənin iqtisadiyyatını sağlamlaşdırmaq və inkişaf etdirməki istəyirsənsə, onda ilk işə bankdan başlamalısan. Elə türk qardaşlarımız da bu cür edirlər. Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayraq bir neçə gün öncə ölkənin sosial-iqisadi həyatını əhatə edən 4 sahə üzrə kredit paketinin qüvvəyə mindiyini rəsmən elan etdi. 180 aya qədər uzun müddətli bu kredit paketləri əminəm ki, Türkiyəni əvvəlki dönəmlərdən daha sürətli inkişafını təmin edəcək. Çünki təklif olunan imkanlar faizli kreditdən daha çox dövriyyə vəsaiti funksiyasını yerinə yetirir. Təklif olunan kreditlərin aylıq faizi çox aşağıdır. Maraqlı məqamlardan biri isə dövlətin dəsdəklədiyi bu kampaniyada müvəkkil bankların çox məhdud sayda iştirakıdır. Hansıdır bu banklar? Ziraat Bankası, Halkbank, Vakıfbank və Ziraat Katılım və Vakıf Katılım bankları. Vəssalam…

Türkiyə turizm ölkəsidir. Hər il bu ölkəyə yüz milyonlarla turist gəlir. Eyni zamanda, yerli əhalinin də istirahəti dövlət üçün hər zaman prioritet olub. Ona görə də kredit paketində ən çox yer ayrılan sahələrdən birinin turizm sektorunun olması təsadüfi deyil. Belə ki, konkret gəliri olan hər bir vətəndaş müvəkkil banklara müraciət etməklə təklif olunan imkanlardan yararlana bilər.

Təklif olunan kredit paketində istehlak kreditlərinin tutumu xüsusi çəkiyə malikdir. Bura avtomobildən tutmuş, elektrik avadanlıqlarına qədər çox şey daxildir. Bu sektora təklif olunan kreditlərin müddəti 180 aya, həcmi isə 1 milyon lirəyə qədərdir. Faizlər isə aylıq 0,49-dan 0,79-a qədər dəyişir. Hökümətin əhali tərəfindən alqışla qarşılanan bu addımı sahibkarları da hərəkətə keçirib.

İstehlak bazarını canlandırmaq istəyən iş adamları əhaliyə müxtəlif güzəştlərlə alış-veriş təklifi edirlər. Məsələn,”Hürriyyet” qəzeti yazır ki, ölkənin mənzil bazarında yeni aksiyalara start verilib. Belə ki, bu gün ipoteka kreditilə mənzil alan vətəndaşa yalnız 2 ildən sonar ödəniş etmək imkanı verilir. Eləcə də müştəriyə real qiymətdən 10 faiz aşağı müqavilə təklif olunur.

Mən qardaş ölkədə pandemiya dövründə maddi sıxıntı çəkən əhaliyə təklif olunan bu kimi imkanların siyahısını bir qədər də uzada bilərdim. Amma mənim məqsədim Türkiyəni tərifləmək yox, belə təşəbbüsləri təşviq etməkdir.

Yəni bu imkanları bizim ölkəmizdə də yaratmaq olar. Bu hesabla da əhalinin vəziyyəti qısa zamanda stabilləşər və iqtisadiyyat dirçələr. Çox təəssüf ki, ölkəmizin maliyyə bazarında susqunluq və durğunluq hələ ki, davam etməkdədir. İstər Maliyyə Nazirliyindən, istərsə də Mərkəzi Bank tərəfindən hansısa təşəbbüsün olacağını da gözləmirəm. Çünki bizim cəmiyyətdə proseslərə cərrahi müdaxilə daha məqbul sayılır. Baxmayaraq ki, terapiya ucuz başa gələn müalicə üsuludur.

Cərrahiyyə isə müalicədən daha çox nəticəni aradan qaldıran bir yöntəmdir. Amma bəzi həkimlər üçün bu üsul daha sərfəlidir (xəstələr üçün yox). Bu gün bank-maliyyə sektorunda da Mərkəzi Bank cərrahiyyə üsuluna daha çox üstünlük verir. Son 5 ildə 20 bankın ləğv edilməsi (öldürülməsi) fikrimin əyani sübutudur. Ən pisi də odur ki, Mərkəzi Bank xəstə düşən bankı müalicə yolu (yəni maddi və hüquqi yardım yolu ilə) ilə sağaltmaq imkanı olan zamanlarda dayanıb, durur. Elə bil bankların qəsdən ölümcül vəziyyətə düşməsini istəyir. Gecikən müdaxilə isə heç də hər zaman uğurlu olmur. Çünki cərrahiyyə yolu çox zaman son ümid kimi qəbul edilir.

Üstəlik gecikmiş müdaxilə digər orqanlara da sıradan çıxarır. Necə ki, bağlanan banklar əhaliyə və sahibkarlara yüz milyonlarla manat ziyan vurdu. Nəticədə Milli Bankın bank-maliyyə sektoruna qarşı tutduğu cərrah mövqeyi həm ölkə iqtisadiyyatını çökdürür, həm də əhalini çətin duruma salır. Burda bir xatırlatma etmək istəyirəm. 2016-cı ildə baş verən 2 devalvasiya nəticəsində ölkə iqtisadiyyatının və əhalinin itirdiklərini bu günədək bərpa etmək mümkün olmayıb. Bunun da ən böyük günahkarlarından biri Mərkəzi Bankdır. Devalvasiyalardan sonra ekspertlər, mütəxəssislər həyəcan təbili çaldılar, Mərkəzi Bankı hadisələrə seyirçi olmamağa çağırdılar. Lakin Elman Rüstəmovun idarəsi deyilənlərin heç birinə reaksiya vermədi.

Nəticə nə oldu? Dollarla verilən kreditlərin (bunun qanunazidd olduğunu hələ demirik) qaytarılmasında çox ciddi problemlər yarandı. Banklarda likvidilik minuma endi. Əhalinin banka ödənişləri kəskin aşağı düşdü. Nəticədə, 2019-cu ildə Dövlər Başçısı bu məsələyə şəxsən müdaxilə etmək məcburiyyətində qaldı. Amma bank maliyyə sektoruna 2016-cı ildə dəyən ziyanın acısı bu günki iqtisadiyyatımızda açıq şəkildə görsənməkdədir. Əhali ilə banklar arasında dərin bir uçurum yaranıb.

Mərkəzi Bank özü üçün “qara” siyahı hazırlayıb. 2016-cı ildən adı bu “qara” siyahıya düşən müştərini isə Mərkəzi Bankın qorxusundan heç bir bank yaxın buraxmır. Mən əminliklə deyə bilərəm ki. 2010-2015-ci illər Azərbaycan iqtisadiyyatının ən çiçəklənən dövrü idi. Əhalinin həyat şəraiti ən yüksək səviyyəyə qalxmışdı. Orta hesabla bir ailənin büdcəsinə ayda min manatdan artıq vəsait daxil olurdu. Əhalinin sosial problemləri minimuma enmişdi. Əhali ilə banklar arasında gözəl etimad yaranmışdı. Əhaliyə təklif olunan faizlərin yüksək olması belə heç kimi qorxutmurdu. Kreditin əlçatanlığı yüksək faiz söhbətini unutdurmuşdu. Lakin Mərkəzi Bankın səbatsız siyasəti hesabına 2016-2019-cu illərdə maliyyə bazarı çökdü. Bağlanan banklar yüzlərlə insanı da müflis etdi…

Çox təəssüf ki, Mərkəzi Bank hələ də olanlardan nəticə çıxarmaq fikrində deyil. Bank-maliyyə sektorunu Türkiyədəki kimi dirçəltmək əvəzinə əhali ilə bank arasında Ərəbzəngi kimi dayanıb. Bu gün bankın qarşısına şərt qoymaq ki, sən ancaq biznes krediti ver, bu, düzgün deyil.

Çünki istehlak krediti banklar üçün daha cəlbedicidir. Biznes kreditləri isə risklidir. Çünki biznes kreditinin faizinin aşağı, müddətinin uzun olmasına rəğmən istehlak kreditlərinin müddətinin qısa, faizi isə yüksək olur.

Ona görə də Mərkəzi Bankın bu məsələdəki mühafizəkarlığı maliyyə bazarını dalana dirəyib. Vəziyyət kritik olsa da, çıxış yolları var.

Birinci yol yuxarıda təşviq etdiyim Türkiyə variantıdır.

İkinci yol Mərkəzi Bankın amnistiya qərarı vermə yoludur. Əhalinin və sahibkarların çox böyük qismini əhatə edən “qara siyahı” yox edilməlidir. Banklarla əhali arasında itirilmiş etimad bərpa olunmalıdır. Əks təqdirdə hələ çox banklar bağlanacaq, çox əmanətlər batacaq…Ölkə iqtisadiyyatı da öz növbəsində daha çox geriliyəcək….
KONKRET.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Dünən, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Dünən, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Dünən, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Dünən, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Dünən, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Dünən, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Dünən, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Dünən, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Dünən, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Dünən, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Dünən, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Dünən, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Dünən, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Dünən, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Dünən, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Dünən, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Dünən, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Dünən, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Dünən, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Dünən, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Dünən, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Dünən, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Dünən, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Dünən, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Dünən, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Dünən, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Dünən, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Dünən, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Dünən, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Dünən, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Dünən, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Dünən, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Dünən, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Dünən, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Dünən, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Dünən, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru