Tramp və Putin bunu anlayır .....                     Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... .....                     Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir .....                     Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... .....                     Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... .....                     Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər .....                     Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil .....                     Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi .....                     Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? .....                     Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib .....                     Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... .....                     “Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” .....                     Zəngəzurda konsulluq "savaşı" qızışır: .....                     Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək .....                     "Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                 

Kimin belə deputatı var?.. - Azər Kərimli haqqında iddialar...
Tarix: 22-01-2020, 09:39 | Çap et
Kimin belə deputatı var?..
Dövrü mətbuatda fevralın 9-da Milli Məclisə keçiriləcək deputat seçkilər ətrafında uzun zamandı müzakirəılər gedir və səngimək bilmir. Deputatlığa namizədlər artıq təbliğat kompaniyasına da başlayıblar, seçiciləri ilə görüşlər keçirir, vədlər verirlər. Sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələrərdən biri də yaşlı deputatların seçkilərə qatılıb-qatılmamsı idi. Zaman göstərdi ki, bir neçə dəfə deputat seçilmiş yaşlı nəslin nümayəndələri hələ də yerlərini tərk etmək niyyətində deyillər. 20 ildir deputatlıq edən,lakin xalq və ya dövlət üçün heç bir xidmət göstərməyən deputatların əksəriyyətini ictimaiyyət çox yaxşı tanıyır. Onlar heç bir iş görməsələr də boş və mənasız çıxışları ilə arada bir gündəmə gəlirlər. Amma eləsi də var heç gündəmə də gəlmir.

Aktualinfo.org hələ bir neçə ay əvvəl 112 saylı Qax seçki dairəsindən namizədliyini vermiş, artıq 20 ildir ki bu dairədən deputat seçilmiş Azər Kərimlinin biznes fəaliyyəti ilə bağlı geniş məqalə dərc etmişdi. Qeyd edək ki “Vikipedia”da belə barəsində məlumat olmayan bu deputat 1962-ci il təvəllüdlüdür. Şəklinin altına sadəcə siyasətçi yazılmış bu siyasi xadimin 58 yaşı var. 112 saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 2000-2005, 2005-2010, 2010-2015 və 2015-2020-ci illərdə də Milli Məclisin üzvü olub. Millət vəkili olduğu 20 il ərzində Azər Kərimlinin deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin son illər ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Ömrünün demək olar ki, yarısını Milli Məclisin divarları arasında,yaxud da yumşaq kreslolarında keçirən bu siyasətçinin hansısa siyası bir fəaliyyətinin olduğunu heç kim deyə bilməz. Lakin onun biznes fəaliyyəti barədə Qax rayonunda nə qədər desən məlumat əldə etmək olar. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Amma parlamentin əksər üzvləri kimi Azər Kərimli də biznes fəaliyyətini yüksək səviyyədə quranlardandır. Onun həm ölkə daxilində, həm də xaricində bir sıra biznes şəbəkələrinin olduğu bildirilir.

Qax rayonunda meşə zolaqlarına qənim kəsilmiş bu deputat sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun çox yaxın münasibətlərdə olduğunu qeyd edən rayondakı mənbəmizin verdiyi məlumatlara görə Qax meşələrinin son 20 ildə necə amansızlıqla məhv edilməsini ancaq rayonun kənd sakinləri yaxşı bilir. Xatırladaq ki, rayonun meşə zolaqlarında çox qiymətli ağac növləri bitir və onların əksər hissəsi də kəsilərək, mebel istehsal etmək üçün qonşu Rusiya və Gürcüstan dövlətlərinə göndərilir. Kəsilmiş ağaclardan bəziləri müxtəlif növ mebellər düzəltmək üçün yararsız olduğundan, onlardan yanacaq kimi də istifadə olunur.

Qaxda meşə zolaqlarının məhvi təqribən 15-20 ildir ki, mütəmadi olaraq davam edib və sabiq nazir tərəfindən bununla bağlı hər hansı bir tədbir də görülməyib. Rayonda deputat Azər Kərimliyə məxsus bir neçə taxta-şalban sexlərinə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər növ qiymətli ağaclar gətirilir, ilkin emaldan sonra müxtəlif ünvanlara daşınır. Məlumatlara görə vaxtı ilə meşə təsərrüfatının “İlisu Dövlət Qoruğu” ərazilərindəki meşə zolaqlarına da rəhm olunmayıb. Bu səbəblər üzündən adıçəkilən qoruq ərazisində nadir ağac növlərinin nəsli kəsilmək üzrədir. Verilən məlumatlardan belə məlum olur ki, Qaxda ağac qətliyamı ilə məşğul olan və ağac biznesinin önündə gedən əsas fiqurlardan biri 20 ilin passiv deputatı kimi tanınmış Azər Kərimli və onun rayon mərkəzində biznes işlərində yaxından köməklik göstərən qohumları və dostlarıdır.

Geniş ictimaiyyətə məlum olan Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimlinin bir deputat kimi 2012-ci ildə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni almasıdır. Bu ordenin ona təqdim olunmasını da ictimaiyyət birmənalı qarşılamayıb. Belə ki, apardığımız araşdırmalar zamanı A.Kərimlinin məhz qoz ağacı biznesini bu ölkəyə daşıması və burada mebel sənayesində istifadə edildiyi məlum oldu. Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. İtaliya dövlətinin В«cəngəvarВ» ordeni verilməsinin arxasında isə Azər Kərimlinin deputat xətt ilə İtaliyaya gedib gəldiyi zaman dövlətin mənafeyini yaddan çıxarıb öz biznes maraqlarından çıxış edərək mebel alış verişi üzrə müqavilələr bağladığı dayanır.

Məlumata görə Azər Kərimli qohum və dostlarını da bu işə cəlb edərək rayondakı qoz və palıd ağaclarının ilkin emalı üçün özünəməxsus böyük sexdə emal işlərilə məşğul etmişdir. Belə ki, Qax şəhərinin Şərq istiqamətindən dəmir “Nikolay körpüsü”nü keçib 150 metr şimal istiqamətnə getdikdən sonra çay kənarında inşa edilən böyük mebel fabriki mövcuddur. İnşaası 1 milyon manata başa gələn nəhəng fabrik strateji bir obyekt kimi hər tərəfdən müşahidə kameraları və ciddi rejimli mühafizə dəstəsinin nəzarəti altında qorunur. Əsasən yerli əhalidən əldə etdiyi ağac materiallarını yarımfabrikat halına salaraq birbaşa Xırdalan şəhərində yerləşən və deputat A.Kərimliyə məxsus mebel sexlərinə gətirilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş bu sexlərdə qoz və şabalıd ağacları yüksək texnoloji üsullarla emal edilərək standart formada hazırlanmış detallar mebel istehsalı üçün birbaşa İtaliyaya göndərilir. Əvəzində isə pul və sifarişə uyğun avanqard modelli hazır mebelləri Azərbaycana gətirib satmaqla məşğuldurlar.

Millət vəkiliyi dövründə qazandığı milyonlar sayəsində A.Kərimli Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Məsələn, bir zamanlar Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” nın yanında Azər Kərimlinin tikdirdiyi imarət ucalır. Məlumatda həmçinin qeyd olunur ki, Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir.

Deyilənlərə görə, ötən seçkilərdə deputatlığa namizəd olmuş Azər Kərimli bir neçə yerdə mandat alması üçün xərci çoxdan çəkdiyini iddia edib, bir müddət əvvəl təmir edilmiş Milli Məclisin iclas zalının bütün mebelini məhz o verdirdiyini bildirib.

Qeyd edək ki, Milli Məclisin iclas zalı yüksək səviyyədə təmir olunub. Təmirdən sonra isə deputatların əyləşməsi üçün yeni mebellər quraşdırılıb. Göründüyü kimi bu mebellər heç də ucuz qiymətə deyil. Eyni zamanda, zövqlə seçiliblər. Əgər həqiqətən də bu mebelləri deputat Azər Kərimli alıbsa, o zaman sual meydana çıxır ki, dəyəri milyonlarla manatla ölçülən bu qədər yumuşaq mebel dəstlərini o hansı pulla alıb. Hər halda deputat maaşı ilə bu qədər bahalı əşyaları almaq mümkün deyilsə də fakt ondan ibarətdir ki, Milli Məclisin mebelləri xammalı Qax rayonun qoz və şabalıd ağaclarından hazırlanmış təmiz İtalyan mebelləridir. Belə çıxır ki, A.Kərimli daimi toxunulmazlığını təmin etmək və ağac biznesini davam etdirmək üçün əvvəlcədən Milli Məclisin mebel sisteminin müasir dizaynda yığılması və hazırlanması üçün İtaliyadan gətirəcəyi mebellə təchiz etməyi öhdəsinə götürübmüş.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp və Putin bunu anlayır - Yeni sistem
Bu gün, 09:06
Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... - ETİRAZ VAR!
Bu gün, 08:51
Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir - FAKT BUDUR!
Bu gün, 08:28
Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... - NYT
Bu gün, 08:25
Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... - Borcu ödəsən də borclusan...
Bu gün, 08:22
Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər – Daimi yaşamaq üçün…
Bu gün, 07:40
Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil - ÇÜNKİ...
Bu gün, 07:36
Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır - GƏLİŞMƏ
Bu gün, 07:29
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - NARAZILIQ VAR...
Bu gün, 07:26
Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi - DETALLAR
Bu gün, 07:16
Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? - Bakıda istintaq qurulacaqmı?
Bu gün, 07:10
Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib - KİV
Bu gün, 06:56
Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir - Ərdoğanın İrana Zəngəzur mesajı
Bu gün, 06:53
Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... - Ermənistan ciddi siyasi və iqtisadi itki yaşaya bilər
Bu gün, 06:51
“Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Zəngəzurda konsulluq "savaşı" qızışır: - İran artıq oradadır, Fransa və Rusiya da açıq mübarizəyə keçib
Bu gün, 06:45
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİQQƏT
Bu gün, 06:21
"Mənim niyə bahalı maşınım olmasın?"
Bu gün, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Dünən, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Dünən, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Dünən, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Dünən, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Dünən, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Dünən, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Dünən, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru