Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                 

BNA-da Ziya Məmmədov ab-havası... - “Deyəsən, Ziya Məmmədovun qoçuları təzədən peyda olub”
Tarix: 6-02-2019, 15:02 | Çap et
BNA-da Ziya Məmmədov ab-havası...
“Dayanma-durma qaydasının pozulması ilə bağlı səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra qarışıq vəziyyət yaradılıb. Bir var dayanma, bir var durma. Məsələn, bir adamı düşürmək üçün saxlayırsan, gəlib o dəqiqə cərimə yazırlar. Hansı ki, sərnişin dayanacağından 15 metr aralıda dayana bilərsən. Bu, qanunla tənzimlənir”.

Taksi sürücüsü Firdovsi Vəliyev bizimlə söhbətində belə deyir. Onun sözlərinə görə, BNA-nın nəqliyyat inspektorları narazılıq yaradır:

“Hazırda Qara Qarayev prospektində bəzi yerlərə kameralar quraşdırılıb. Bir gündə 2-3 dəfə eyni sürücüyə cərimə gəlir. Bu da narazılıq yaradır.

Əvvəl DYP yaxınlaşırdı, taksi şoferini ərazidən uzaqlaşdırırdı, daha cərimə yazmırdı, güzəştə gedirdi. Yeni nəqliyyat müfəttişləri isə elə deyəsən, Ziya Məmmədovun o vaxtkı qoçularıdır, təzədən peyda olublar. Biz taksi sürücüləriyik, çətinliklə işləyirik, hər gün çörək pulu çıxarmaq olmur, onlar da amansızcasına gəlib 20 manat cərimə yazırlar. Məsələn, bir saniyə aptekə girə bilmirsən. İndi nə dayanmaq, nə də durmaq olar. Taksi dayanacağını götürüblər, neçə dəfə müraciət elədik ki, dayanacaq qoyun. Amma qoymadılar, dedilər “hörmət” eləyin qoyaq".

Metronun “Neftçilər” stansiyası yaxınlığında işləyən taksi sürücüsü Elsevər də deyir ki, əvvəl taksi dayanacağı var idi: “Onu gecə ilə götürdülər. Dəfələrlə müraciət elədik, xeyri olmadı. Burda 50 maşın var, gecə-gündüz növbəli işləyirik. Dayanacağın götürülməsini Siqnal İdarəsi Nəqliyyat Agentliyinin üstünə, onlar da qarşı tərəfi üstünə yıxır.

Bizim eşitdiyimizə görə belə iddialar var ki, təzə nəqliyyat müfəttişləri bəzi ərazilərdə “şirinlik” alıb taksilərə dayanmağa icazə verirlər.

Ümumiyyətlə, çox ədabazdırlar, özlərindən razıdırlar. Əllərində imkan olsa, sürücünü döyərlər. Necə ki, o vaxt Ziya Məmmədovun quldurları belə edirdilər. İndi də hərəsinin əlində bir planşetdir, çəkib cəriməni göndərirlər. Məsələn, Qara Qarayev prospektindən “8-ci kilometr” bazarına gedən istiqamətdə bir-iki yerdə kameralar quraşdırılıb, qayıdan yolda isə bir kamera da yoxdur. Nə var ki, həmin tərəfdə mağazalar çoxdur, onların bazarına mane olmasınlar. Maşınlar harada istəyir saxlayırlar, müştəriləri mağazaların qabağında düşürürlər.

Yəni bu sahədə xaos var. Taksi dayanacağı yarat, sonra dayanma-durmanı pozmayaq. Deyirlər ki, “şirinlik” verin, sonra dayanacaq məsələsini həll edək".

Sürücülər deyirlər ki, 53 minə yaxın şofer cərimələnib: “Biz eşitmişik ki, bəzi yerlərdə taksilərdən "aylıq" yığmaq söhbətlərinə başlayıblar".

O da var ki, bəzi sürücülər dayanma ilə durmanın fərqini bilmirlər. Əgər adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilibsə, dayanma hesab olunur.

Amma maşınınızı qadağa nişanının altında saxlayıb kimi və ya nəyisə gözləyirsinizsə, bu artıq dayanma deyil, durma sayılır. Sürücülərin əksəriyyəti qaydalara riayət etmir, avtomobillərini istədikləri yerdə saxlayırlar. Dayanma-durmanın qadağan olunduğu yerlərdə, məhz qadağanedici nişanın altında avtomobilləri iki, hətta üç cərgədə park edirlər. Bu da ciddi tıxac yaradır. Çünki avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Ekspertlər isə bildirirlər ki, BNA əvvəlcə parklanma yerləri müəyyən etməli, bundan sonra dayanma-durmanı pozan sürücüləri cərimələməlidir. Şəhərdə isə parklanma ilə bağlı aləm bir-birinə dəyib.

BNA mətbuat xidməti rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, bu gün dayanma və durmanın qadağan edən nişanın təsir dairəsinə düşən ərazidə - birinci cərgədə saxlayıb sərnişin düşürən və ya iddia edildiyi kimi aptekə girib beş dəqiqəyə dərman alan sürücüyə qarşı inzibati tədbir görülmür: “Əgər sürücü aptekə girib çıxmaq bəhanəsi ilə nəqliyyat vasitəsini uzun müddət yolda saxlayırsa yolun ikinci, üçüncü cərgəsində saxlayıb hərəkətə maneə yaradırsa bu halda sürücüyə qarşı müvafiq tədbir görülür. Hətta şəhər mərkəzində sürücülərin müraciəti nəzərə alınaraq müəyyən yerlərdə dayanma və durmanı qadağan edən 3.27 nişanı durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edildi.

Eyni zamanda bir çox yerdə nişanların qüvvədə olması ilə bağlı vaxt müəyyənləşdi. Bu gün şəhər mərkəzində bir çox yerdə axşam saat 8-dən səhər 7:30-də birinci cərgədə parklanmaya icazə verilir. Yəni bildirmək istəyirəm ki, bizim əsas məqsədimiz yollarda hər hansı bir tənzimlənmə işləri apararkən belə elə addım atmalıyıq ki, bunun vətəndaşlara ola biləcək mənfi təsiri minimuma ensin".

BNA sözçüsü qeyd etdi ki, ümumiyyətlə kameraların işə düşməsi sayəsində böyük əhali kütləsi bundan müsbət mənada faydalana bilib: “Yəni kameraların əhatə etdiyi küçələrdən keçən 70-dən artıq marşrut xəttinin faəliyyətində stabilləşmə müşahidə edilir.

Eyni zamanda bu tədbirlər sayəsində artıq insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük verir. Bu isə daha az nəqliyyat vasitəsinin şəhərə çıxması deməkdir. Sonda bu şəhərin ekologiysına müsbət təsir edir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru