"Bildim də kim idi bunu edən, amma demərəm..." .....                     Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır... .....                     BU NƏDİ BELƏ: Səhiyyə nazirliyi bu prosesi durdurmalıdır... .....                     Müştərisi az qala zəhərlənəcəkdi... .....                     Cavid Qurbanov yenidən gündəmdədir... .....                     "Mənə qanunsuz olaraq imtina cavabı verilib..." .....                     İşçilər bəzən bilmirlər ki... .....                     Meğri planı ilə bağlı yeni detallar .....                     Azərbaycanlılara qarşı KQB planı .....                     Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib .....                     AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq .....                     Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? .....                     Sanksiya Rusiyaya tətbiq olunur, amma... .....                     Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır .....                     “Əlimi qaldırmağa gücüm yoxdur” .....                     Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? .....                     Kəmaləddin Heydərov onları təltif etdi .....                     "Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır" .....                     Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində .....                     Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! .....                     Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu .....                     Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər .....                     "Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." .....                     Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir .....                     Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” .....                     Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər .....                     Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş .....                     Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR .....                     Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır .....                     "Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..." .....                     Orduya əmr verildi: .....                     Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi .....                     "Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" .....                     Tiran Xaçatryan nədə ittiham olunur? .....                     Putini qəzəbləndirən qərar geri “oxundu” .....                     Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? .....                     “Heç vaxt deməzdi ki, məndə bu problem var” .....                     Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş .....                     Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... .....                     “Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” .....                 

Kartlar başçının müavininin seyfindən çıxdı - GİLEY
Tarix: 31-08-2018, 15:21 | Çap et
Kartlar başçının müavininin seyfindən çıxdı
Ölkə mətbuatı naftalanlı Aslanov qardaşlarından və onların yeznələri Bədəl Bədəlovdan çox yazıb.

Məsələn, mətbuatda gedən yazıların birində yazılıb ki, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Aslanovların və SOCAR-ın vitse-prezidenti B.Bədəlovun nəzarətindədir: “ Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov B.Bədəlovun qaynıdır. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Aslanov isə Natiq Aslanovun əmisi oğludur.

Bildirilir ki, İcra başçısının vaxtilə çalışdığı “Kəpəz” firması M.Aslanova məxsusdur. N.Aslanovun rəsmi tərcümeyi-halında hərbi qulluqla bağlı heç nə yazılmayıb. İcra başçısının tərcümeyi-halından bəlli olur ki, bu şəxs 34 yaşında icra başçısı təyin olunub. Bu fakt az qala Ginnesin rekordlar kitabına düşə bilər. Görəsən, Natiq Aslanovun vətən və millət qarşısında hansı xidmətləri olub ki, gənc yaşında mühüm bir şəhərə rəhbər təyin olunub..? Doğrudan da heç bir xidməti olmayan şəxs birdən-birə necə icra başçısı kreslosuna sahib olub..?

Ölkə mətbuatının yazdığına görə, Aslanovun icra başçısı təyin olunmağında ARDNŞ-in vitse-prezidenti B.Bədəlovun əsas rolu olub. B.Bədəlov özü kim olub və onun neft sahəsində hansı nailiyyətlərinə görə onu SOCAR kimi böyük strateji şirkətə vitse-prezident təyin ediblər?! B.Bədəlov da qaynından geri qalmayıb. Yəni, o özü də hərbidə olmayıb və güman edilir ki, o da hərbi xidmətdən “neqodnı” adı ilə yayınıb. SOCAR-ın vitse-prezidentinin ilk fəaliyyəti Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində eşşək arabasında su daşıyıb satmaq olub. Bu yerdə lap məşhur “Əlibaba və qırx quldur” kinosu yadıma düşdü. Həmin kinofilimdə Əlibaba səhranı dolaşaraq 40 quldurun mağarasına rast gəlir. Mağaraya “sim-sim, açıl” deyən kimi, onun qarşısında mağaranın qapısı açılır və o 40 quldurun karvanlardan qarət etdikləri qızıl-zinət əşyalarını tapır.

Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndindən, B.Bədəlovun tikdirdiyi imarətdə işləyən fəhlələr 365İNFO saytına çox maraqlı məlumat göndəriblər. Məlumatda qeyd olunur ki, tikilən imarətin bünövrəsinə və divarlarına saxsı küplərdə qızıl-zinət əşyaları B.Bədəlov tərəfindən hördürülərək gizlədilib. Doğrudanmı B.Bədəlov “Əlibaba və 40 quldur” kinofilmindəki kimi qızıl-zinət əşyaları gizlədilən mağaraya rast gəlib və SOCAR -ın vitse-prezidenti təyin olunandan sonra tez-tez həmin mağaraya baş çəkir?!”, Sonuncu yazılarımızdan sonra Naftalanın icra başçısı Natiq Aslanov tutduğu vəzifədən azad olundu, yeni icra başçısı təyin olundu. Ancaq naftalanlılar yenə o fikirdədirlər ki:“Quzunu qurda tapşırıblar, həmin “QURDUN” adı da Bədəl Bədəlovdur”.

Nə qədər ki, Naftalan rayonunun kurasiyası B.Bədəlova tapşırılıb, Naftalanda talançılıq davam edəcək. Bu qənaətə Naftalan şəhərindən redaksiyamıza daxil olan məktubu oxuyandan sonra gəlmək olar.

Həmin şikayət məktubunu oxucularımıza olduğu kimi təqdim edirik: “25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətimizdə ölkə Başçısı və əksər vətəndaşlar maksimum qüvvə ilə çalışırlar ki, əhalinin sosial problemləri həll olunsun, dövlətimizin hərbi qüvvəsi daha da güclənsin, işğal olunmuş torpaqları geri qaytaraq. Lakin, 2010-cu ildə Naftalana İcra Başçısı təyin olunmuş Natiq Aslanov yuxarıda qeyd olunan hədəflərin pozulması üçün əlindən gələni əsirgəməmişdir. N.Aslanov özü kimi savadsız, qabiliyyətsiz, fərari adamları başına yığaraq talançılığa fasiləsiz start verdi. Üstünlük verildi Qaşaltı Qaraqoyunlu kəndindən olanlara. Şəhərin torpaq fondu ehtiyat fondu ilə birlikdə topdan satış formasında satıldı. Amma 10 illərlə torpaq sahəsi almaq üçün növbədə duran şəhid ailələri,müharibə veteranları, çoxuşaqlı ailələr, Çernobıl əlilləri və sairələr bu günədək növbədədirlər. Kurort rüsumları, dotasiyalar mənimsənildi, bələdiyyə əraziləri bərbad vəziyyətə salındı. Ümumiyyətlə şəhərə ayrılan milyonlar illər ərzində icra başçıları tərəfindən çox rahat mənimsənilmişdir. Sabiq icra başçıları Füzuli Sadıqov, Musa Musayev burada milyonçu olublar. 2010-cu ildə cənab Prezidentin tapşırığı ilə SOCAR-ın maliyyə dəstəyi ilə şəhərdə yenidənqurma və abadlıq işləri başlandı. Deyilənə görə bu işlərə 650 milyon manat pul xərclənib.Çox təəssüf ki, qoyunu qurda tapşırıblar. Bunun nəticəsidir ki, işlər keyfiyyətsiz və şişirdilmiş qaydada görüldü.

Məsələn, şəhərdə 6 saylı panel ev 1964-65-ci illərdə inşa edilmişdi.Yararsız olduğuna görə həmin ev sökülməli idi, lakin onu sadəcə yenilədilər. İndi Allah eləməsin 4-5 ballıq zəlzələ olarsa 50 ailənin taleyi təhlükə altına düşəcək. Naftalanda görülən işlər və hökm sürən vəziyyət haqda bunları demək olar: -Binaların ətrafına tökülən beton heç bir əhəmiyyət kəsb etmir.Çünki betonun içindən 1,2 sm uzunluğunda “Z obraznı” ankerlər buraxılmalı idi, buraxılmayıb. Bu səbəbdən tökülən dəmir beton divarlardakı aqlay daşlarının yükünü saxlaya bilmir. -Divarda toxunan setkaların diametri norma üzrə 20 mm olmalıdır, amma 8-10 mm-dir. -Binanın mansard hissəsində döşəmələrin mailliyini düzəltmək üçün əvvəlcədən tökülmüş keramziti daşıyıb götürüblər, yerini təxminən 0,60 sm-1,0 m mailiyi olan beton vasitəsi ilə düzəldiblər . -Binanın sıradan çıxmış eyvanlarını təhlükəli formada bərpa etmişlər. Əgər kiçik bir təkan olarsa, eyvan öz yükünü saxlaya bilməz, çünki dayaq sütunlar qoyulmayıb. -Üzlük plitələri olan ağ laylar yapışdırılan vaxt divarla üzlük arasındakı məsafə (15 sm-20 sm) beton məhlulu ilə düzlənib ki, bu da texniki normaların kobud şəkildə pozulması, binanın həddindən artıq yüklənməsi deməkdir. Boş yerlərə sement torbaları-kağızla doldurulub deyə həmin yerlərdə qarışqa yuvaları əmələ gəlib, bütün evləri qarışqa götürüb. -“Podyez”lərdə açılmayan pəncərələr qoyulub ki,bu texniki normalara ziddir. -Küçə sularının ötürülməsi metodu səhvdir deyə zirzəmiyə su dolur. -Yollara döşənən asfalt keyfiyyətsizdir. – Şəhərdə tikinti işlərini aparan mütəxəssis yoxdur, İcra Hakimiyyətinin Baş memarı aqranomdur. Fövqəladə Hallar Nazirliyi üçün böyük iş var: -Yeraltı kommunikasiyaların dəyişdirilməsi və binalarda aparılan montaj işləri əvvəlcə 15-20% keyfiyyətli “FİRAT” məhsulları ilə, sonra keyfiyyətsiz materiallarla aparılıb. Qiymət fərqi-milyonlarla. (Hamımıza 2015-ci ilin mayında Binəqədi rayonunda yaşayış binasında baş verən yanğının acı nəticələri məlumdur) -Bütün işlərin maliyyə məsələlərini Bədəlin həkim qardaşı Ümidvar həyata keçirib. O, şəhərin avtovağzalını alıb, yerində dəyəri 30-40 milyon manat olan sanatoriya tikib. -Şəhərdə işləri həyata keçirən 8 iş icraçısının 3-ü traktorçu, 1-i keçmiş polis mayoru (təqaüdçü), 2-si sürücü, 1-i çoban idi. Naftalanda bu işlər aparılarkən Bədəl və Natiq oğurluq pulların hesabına Mərdəkanda villalar, Bakıda, Naftalanda mənzillər, obyektlər aldılar. Başçı şəhər hamamını aldı və 100 min manata satdı, şəhər hamamsız qaldı. -Hər ay saxta sənədlərlə idman, səhiyyə və kommunal təsərrüfatı xərcləri adı ilə böyük məbləğlər mənimsənirdi. –“Muğan” bağçılıq ərazisindən Goranboy sakini Ramilə 3,5 ha torpağı 300 min manata satıblar, camaatı isə torpaqsız qoyublar. -Gəncədə sökülmüş işıq dirəklərini (metallom) təzə adı ilə hər birini 1200 manata sənədləşdiriblər. Cari ilin aprel-may aylarında Gəncə 12 saylı Vergi İdarəsi tərəfindən Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyində yoxlama aparıldı. Məlum olub ki, 170 nəfər ştatı olan idarənin cəmi 30-35 nəfər işçisi varmış, qalan əmək haqqı kartlarını -140 ədədi başçı hər ay (10 ilə yaxındır) özü götürürmüş. Kartlar başçının müavininin seyfindən çıxdı. İdarədə olan Kamaz, Hundai, ağır tonnajlı su maşınlarını Naftalan camaatı görməyib. İdarə rəhbərliyi bu maşınlar ilə kəndlərdə pul qazanırlar. Bu hadisədən 4-5 ay qabaq müavinin qardaşı Rauf (peşə məktəbinin direktoru) axşam saat 23-24 radələrində çoxsaylı kartları Kapital Bank-dan götürəndə polis tərəfindən yaxalanıb ,sonradan 5 min alıb onu buraxıblar. Bütün qəssablardan, digər obyektlərdən aylıq alınır.

NƏTİCƏ:
1. Bədəl Bədəlovun və onun kadrlarının, ələlxüsus Natiq Aslanovun fəaliyyəti dövlət siyasətinin əksinə olan fəaliyyətdir.
2. Köçəri Əhmədov Qaz idarəsinin müdiri işləyəndə əmək haqqı kartlarını özündə saxlayıb.
3. Şəhərə xərclənən vəsaitə 4-5 təzə şəhər tikmək olardı. Vəsaitin 60-70% mənimsənilib.Tikinti zamanı SOCAR-ın kuratoru, Naftalanın indiki başçısı Rövşən İbrahimov olub.
4. Əhalinin böyük əksəriyyəti işsizdir.
5. Şəhər əhalisi qədər də Naftalanda məmur nomenkulaturası var.
6. Şəhərdən gedən şikayətlərə baxılmır.Şəhərdə görülən işlər haqda hesabatlar məmurlar tərəfindən formal qaydada verilir.
7. Bədəl Bədəlov tərəfindən, onun kadrı olan yeni başçının təyinatına nail olmaq maxinasiyaları ört-basdır etmək üçündür.

“Yuxarıda təqdim etdiyimiz şikayət məktubundakı məlumatlar haqda yalnız onu deyə bilərik ki, yetərincə ciddi faktlara söykənən bu iddiaların aidiyyatı qurumlar tərəfindən yoxlanılması üçün kifayət qədər əsas var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bildim də kim idi bunu edən, amma demərəm..." - VİDEO
Bu gün, 09:32
Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır... - "Protez ayaqla yüz kiloluq boru çevrələrini daşıyır..."
Bu gün, 09:27
BU NƏDİ BELƏ: Səhiyyə nazirliyi bu prosesi durdurmalıdır... - ŞOK FAKTLAR
Bu gün, 09:20
Müştərisi az qala zəhərlənəcəkdi... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:13
Cavid Qurbanov yenidən gündəmdədir... - Onun təkrar olaraq...
Bu gün, 09:03
"Mənə qanunsuz olaraq imtina cavabı verilib..." - MÜRACİƏT
Bu gün, 08:57
İşçilər bəzən bilmirlər ki... - Ekspert danışır...
Bu gün, 08:55
Meğri planı ilə bağlı yeni detallar - Bakıdan cavab: Danışıqlar olub, amma…
Bu gün, 07:27
Azərbaycanlılara qarşı KQB planı - DETALLAR
Bu gün, 07:22
Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib
Bu gün, 06:11
AK sədri korrupsiyada ittiham olunur, məhkəmə onun toxunulmazlığını yoxlayacaq - TASS
Bu gün, 06:09
Petrosyanın etirafı İŞİMİZƏ YARAYA BİLƏRMİ? - AKTUAL
Bu gün, 00:06
Sanksiya Rusiyaya tətbiq olunur, amma... zərəri Avropa görür...
Bu gün, 00:03
Artıq bu ərazidə də Rusiya bayrağı dalğalanır
Dünən, 23:17
“Əlimi qaldırmağa gücüm yoxdur”
Dünən, 23:14
Rusiya niyə döyüşlərdə zirehli texnikadan az istifadə edir? – İLGİNC SƏBƏB
Dünən, 21:40
Kəmaləddin Heydərov onları təltif etdi - SİYAHI
Dünən, 21:37
"Türkiyə Rusiya turistləri üçün ölkəyə giriş qaydalarını dəyişdirməyə hazırlaşır"
Dünən, 19:32
Ramal bir vaxtlar küsülü olduğu Elzanın evində - VİDEO
Dünən, 19:27
Biz dini icmayıq, millət deyilik: baxın, bu da sübutu! – Erməni tarixçi
Dünən, 19:24
Bakıda idmançıların kütləvi davasına görə daha bir nəfər tutuldu - TƏFƏRRÜAT
Dünən, 19:22
Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
Dünən, 19:16
"Gedəcəyəm yanına, könlümüz açılsın deyə..." - FOTO
Dünən, 18:23
Ter-Petrosyanın açıqlaması onun cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir - AKTUAL
Dünən, 18:18
Paşinyan “özü” ilə mesajlaşdı, bunları yazı: “Gecə saat 3-də…” - FOTO
Dünən, 18:15
Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Dünən, 18:11
Azər Baxşəliyevin ölüm səbəbi başqa imiş - AÇIQLAMA
Dünən, 17:16
Fuad Poladovun adı bu küçəyə verildi: Sakinlərsə NARAZIDIR - BUNA GÖRƏ
Dünən, 17:13
Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır - Kreml
Dünən, 17:09
"Mənim ən yaxşı dostum, tərəf müqabilimdir..."
Dünən, 16:35
Orduya əmr verildi: - Yüksək döyüş hazırlığı
Dünən, 16:33
Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi - ŞƏRH
Dünən, 16:32
"Ermənistan tarixi üzrə dərslik Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb" - Paşinyan
Dünən, 16:29
Tiran Xaçatryan nədə ittiham olunur? - DETALLAR
Dünən, 16:14
Putini qəzəbləndirən qərar geri “oxundu” - “Bloomberg”
Dünən, 16:12
Dünya müharibəsi Azərbaycan sərhədlərini aşdı: Bizi qarşıda nələr gözləyir? - İNCƏLƏMƏ
Dünən, 16:09
“Heç vaxt deməzdi ki, məndə bu problem var” - VİDEO
Dünən, 16:07
Cəmi 7 km qalıb: Müharibədə gözlənilməz dönüş - NƏ BAŞ VERİR?
Dünən, 15:35
Maşinist Həsənovun dələduzluq əməlləri: 1800 manat maaşa fəhlə... - TƏFƏRRÜAT
Dünən, 15:32
“Azərbaycan təyyarəsində pilotların səsləri olan qara qutu…” - Braziliya açıqladı
Dünən, 15:29
Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:24
Qərb Rusiyanı ərəb qazı ilə “boğur” – Putinin əsas silahı əlindən alınır
Dünən, 15:21
“Qardaşımın 3 oğlunu da öldürəcəkdim” - 2 nəfəri öldürən Ziyanın MÜƏMMALI İFADƏSİ
Dünən, 13:41
YAP Mərkəzi Aparatı bələdiyyə seçkiləri ilə bağlı proqramını təqdim edib - FOTO
Dünən, 13:38
"Fərqi insan idi..."
Dünən, 11:41
1047-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 11:00
“Nüvə bəyanatlarının” xronologiyasına nəzər salsaq... - Moskva “uduzmuş” vəziyyətdə olacaq
Dünən, 10:46
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - Saatda 150…
Dünən, 10:43
Ukrayna 2024-cü ildə nə qədər ərazi itirib? - FOTO
Dünən, 10:34
Bakıda insident törədən idmançılar həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru