Biri-birini təkzib edən açıqlamalar: .....                     "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, .....                     Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı .....                     Sülh olmasa, müharibə başlaya bilərmi? .....                     Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir .....                     Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR .....                     Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü .....                     İki ölkəni hədəf alan plan Bakıda məhv edildi .....                     “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib .....                     Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir .....                     Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib .....                     Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir .....                     Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı .....                     Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər .....                     Moskvanın “ölüm səssizliyi”... .....                     "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." .....                     Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib .....                     İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? .....                     Türkiyə 2 min km mənzilli raket istehsal edib .....                     Bu şirkət icarə xidmətindən 1,5 milyon manat .....                     Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... .....                     Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir .....                     Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? .....                     Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi .....                     Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... .....                     Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb .....                     "Mən ailəmin çörəyindən kəsib, odun alıram" .....                     “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" .....                     AYNA-dan qulaqardı YANAŞMA .....                     Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? .....                     Vüqar Qurbanov onu baş həkim təyin etdi .....                     ABŞ-dan Bakıya gözlənilən məktub: .....                     Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu .....                     Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? .....                     “Veysəloğlu”da yeni təyinat .....                     Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı .....                     Azərbaycanda DƏHŞƏT: .....                     MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər .....                     AQTA-da hansı ölkənin qanunları işləyir? .....                     Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib .....                 

“Muğanbank” özünü “qara zolağa” saldı - GƏLİŞMƏ
Tarix: 24-06-2018, 18:27 | Çap et
“Muğanbank” özünü “qara zolağa” saldı
“S&P Global Ratings” - beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "SSS+/S"-dən "V-/V"-yə artırıb. Agentliyin açıqlamasına əsasən bankın reytinqinin proqnozu “sabit”dir:

“Fikrimizcə, 2017-ci ildə Muğanbank”ın cari və hesablaşma hesablarına korporativ fondlar cəlb etməklə likvidlik göstəricilərini yaxşılaşdırması, həmçinin, pərakəndə portfelinin satışı və amortizasiyasından əlavə likvidlik formalaşdırması bankın reytinq artımını şərtləndirən amildir”.

2017-ci il dekabrın 31-nə olan vəziyyətə bankın geniş likvid aktivləri (istifadə hüququ məhdud olan pul vəsaitləri istisna olmaqla) əvvəlki ilin göstəricisindən (11 milyon manat) 63 milyon manatadək (təqribən 37 milyon dollar) artıb və hazırda bankın cəmi müştəri depozitlərinin təxminən 25 faizini əhatə edir.

Agentliyin məlumatında o da qeyd olunub ki, bankın demək olar ki, bütün fondlaşma və likvidlik əmsalları yaxşılaşmış və hazırda likvidlik göstəriciləri “adekvat” qiymətləndirilən regionun analoji banklarının göstəriciləri ilə müqayisəyə gələndir.

“Muğanbank”ın Mərkəzi Bankdan cəlb olunan fondlardan asılılığı azalaraq, əvvəlki ilin göstəricisi (15 faiz) ilə müqayisədə 5 faizədək kiçilib. Bununla bağlı S&P analitikləri hesab edirlər ki, bank, müştəri depozitlərinin bankdan axını ilə əlaqədar əməliyyat şərtlərinin mümkün pisləşməsinə qarşı əvvəlki ilə nisbətən böyük dərəcədə müqavimət göstərə biləcək: “Bankın likvidlik göstəriciləri ilə bağlı verdiyimiz qiyməti “orta”-dan “adekvat”-a dəyişdik. İndi, bu göstərici, neytral reytinq faktorudur”.

Agentliyin qiymətləndirmələrinə əsasən, “Muğanbank”ın kapitallaşma göstəriciləri yüksək deyil. Bunun təsdiqi kimi, 2017-ci ilin sonuna olan vəziyyətə 5 faiz təşkil edən risklər nəzərə alınaraq yenidən hesablanan kapital əmsalı (risk-adjusted capital - RAC) qeyd olunur. Eyni zamanda, agentliyin proqnozuna əsasən, kapitallaşma göstəriciləri daha da pisləşəcək və yaxın 12-18 ay ərzində təqribən 3,5-3,9 faiz təşkil edəcəkdir: “Hesab edirik ki, buna səbəb “Muğanbank”ın 2019-cu ilin sonunadək ötən iki ilə nisbətən az da olsa, xalis zərər nümayiş etdirəcəyidir. Biz, kreditlər üzrə zərərin həcminin kredit portfelinin təxminən 2,3-2,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyirik. Eyni zamanda, korporativ və ipoteka kreditləri kimi aşağı marjalı məhsulların payının artması və Azərbaycanın daha iri bankları tərəfindən rəqabətin davam etməsi səbəbindən xalis faiz marjasının pisləşməyə davam edəcəyini, bankın gəlirləri və rentabelliyinə mənfi təsir edəcəyini proqnozlaşdırırıq”.

Buna baxmayaraq, agentlik, “Muğanbank”ın minimum normativ əmsaldan yuxarı olan kapital ehtiyatının 2018-ci il martın 31-nə olan vəziyyətə 300 bazis punktunu keçdiyini qeyd edərək, növbəti 18 ay müddətində 200 bazis punktundan yuxarı qalacağını proqnozlaşdırır: “2015-2016-cı illərdə müşahidə olunan iqtisadi azalmadan sonra “Muğanbank”ın rentabelliyinin digər Azərbaycan banklarına nisbətən daha az templə bərpa olunduğunu qeyd edirik və artımını dəstəkləmək üçün bankın əlavə kapital formalaşdıra biləcəyini gözləmirik”.

Həmçinin, agentliyin analitikləri hesab edirlər ki, “Muğanbank”ın müştəri bazası volatil olaraq qalır və bu da 2016-cı ildə bankdan müştəri depozitlərinin əhəmiyyətli dərəcədə çıxarılmasının səbəblərindən biridir. Bununla əlaqədar, bankın biznes mövqeyi son iki il ərzində ümumilikdə pisləşərək reytinqlərə mənfi təsir göstərməyə davam edir: “Muğanbank”ın biznes modelinin zəif tərəfləri müəyyən dərəcədə bankın səhmdarının dəstəyi ilə kompensasiya olunur. Son iki il ərzində səhmdar tərəfindən 35 milyon manat məbləğində kapital inyeksiyası həyata keçirilmişdi. Bank, bu il 10-15 milyon həcmində əlavə vəsaitlər əldə edə bilər. Lakin, bu dəstəyi proqnozumuzda nəzərə almırıq. Çünki, hansı müddətə və hansı mənbələrdən cəlb olunacağı, fikrimizcə, qeyri-müəyyən olaraq qalır”.

2017-ci ildə kreditlər üzrə zərərin həcmi “Muğanbank”ın ümumi kredit portfelinin 5,4 faizədək azalsa da, agentliyin bank sektoru üzrə qiymətləndirdiyi orta göstəricilərdən yuxarı səviyyədə qalmaqdadır. Bununla yanaşı, bankın problemli aktivlərinin həcmi kredit portfelinin 19,5 faizni təşkil edir ki, bu da ümumilikdə sektor üzrə orta göstəricilərə uyğundur:

“Azərbaycan iqtisadiyyatının hazırda nəzərə çarpan bərpasını nəzərə alaraq, kreditlər üzrə yeni zərərlərin bankın ümumi portfelinin 250 b.p. səviyyəsində sabitləşəcəyini proqnozlaşdırırıq. Güman edirik ki, bankın öz istiqamətini təminatsız pərakəndə kreditlərin verilişindən ipoteka və korporativ kreditlərin verilişinə dəyişdirməsi aktivlərinin keyfiyyətinin artmasına, eləcə də kreditlər üzrə zərərin azalmasına kömək edəcəkdir. Lakin, yığılmış problemli borcların tənzimlənməsi müəyyən vaxt alacaq və problemli aktivlərin göstəricisi 2019-cu ilin sonunadək 15 faizdən yuxarı qalacaqdır”.

Agentlik hesab edir ki, maliyyə öhdəliklərini yerinə yetirmək üçün “Muğanbank” daha ölkədəki əlverişli biznes, maliyyə və iqtisadi şərtlərdən asılı deyildir. Agentlik, yaxın 12-18 ay ərzində defolt ssenariləri proqnozlaşdırmır. Bunu, bankın yetərli likvidlik və kapital ehtiyatına malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanda iqtisadi vəziyyətin sabitləşməsi ilə əsaslandırır. “Muğanbank”ın reytinqlərinə dair “sabit” proqnozu, agentliyin, bankın yetərli likvidlik buferinə malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanın bank sektorunda iqtisadi risklərin sabitləşməsi ilə əlaqədar bankın kredit portfelinin yaxın 12-18 ay ərzində nisbətən dəyişməz qalacağı fikrini əks etdirir.

S&P, müştəri vəsaitlərinin volatilliyinin artacağı və likvidlik göstəricilərinə təsir edəcəyi təqdirdə, yaxın 12 ay ərzində “Muğanbank”ın reytinqini aşağı sala bilər: “Problemli kreditlərin həcminin artması və məbləği sektor üzrə orta göstəriciləri keçən yüksək kredit zərəri fonunda bankın aktivlərinin keyfiyyətinin pisləşəcəyi təqdirdə, mənfi reytinq müəyyənləşdirə bilərik. Mənfi reytinqin digər bir səbəbi, biznesin bankın səhmdarı tərəfindən müvafiq kapital inyeksiyası ilə dəstəklənməyəcək və bankın kapital adekvatlığı göstəricisinə təzyiq göstərəcək aqressiv artımı ola bilər”.

Məqalədə qeyd olunur ki, hazırkı qiymətləndirmə üfüqündə müsbət reytinq ağlabatan deyil: “Lakin, bankın rentabelliyində əhəmiyyətli artım, habelə kreditlər üzrə zərər və problemli aktivlərin həcmində mühüm azalma nümayiş etdirəcəyi təqdirdə, müsbət reytinqin mümkünlüyünü nəzərdən keçirə bilərik”. “Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılmışdır və Azərbaycan banklarının birinci 15-liyinə daxildir. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə reytinq agentliyinin bank haqqında verdiyi rəyi şərh edib. O qeyd edib ki, reytinq agentliyinin bank haqqında verdiyi rəy birmənalı olaraq yaxşı deyil: “Qiymətləndirmədə bütün hallarda bankın bəzi problemlərinin qaldığı vurğulanır. Agentlik açıq şəkildə qeyd edib ki, səhmdarları banka 35 milyon əlavə pul qoyub. Bunun sayəsində də bankın vəziyyəti qismən düzəlib. Amma yenə də vurğulanır ki, bankdan əmanət axını var və bunun qarşısını ala bilib. Sadəcə, məqalədə bankın mövcud vəziyyətini bir qədər bəzəyib, düzəyiblər. Aydın məsələdir ki, maliyyə vəziyyəti pis olan istənilən şəxsə gətirib əlavə vəsait verirlərsə, əlbəttə, onun fiskal vəziyyəti düzəlir. Burada da buna bənzər hal baş verib. Təbii ki, bankın idarə edilməsində müsbət dəyişiklik olmayıb. Sadəcə, əlavə vəsait hesabına vəziyyət bir qədər yaxşılaşıb”.

Bu şərhdən sonra əmanətçilərin bankla necə davranmasına gəlincə, hüquqşünas öncədən hansısa qərarı verməyin çətin olduğunu qeyd edib: “Məlumdur ki, 2016-cı ilin martın 2-dən 2019-cu il martın 1-dək banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır. Martın 1-dən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz müəyyən edilib. O da bəllidir ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Qanununa müvafiq olaraq, əmanətlər üzrə tam sığorta müddəti 3 ildir. Bu müddətdən sonra həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcək. Əgər əmanətlər üzrə faiz dərəcəsi xarici valyutada 3 faizi ötmürsə və müddəti gələn ilin martın 1-nə qədərdirsə, orada təhlükə yoxdur. Amma müddət gələn ilin martından sonraya düşürsə, təhlükə var. Xüsusən də birinci dərəcəli olmayan banklarda təhlükə var, o cümlədən, “Muğanbank” da məhz belə banklardandır.

Agentliyin bank haqqında dərc etdiyi məqaləsində bir qədər şişirtməyə yol veriblər. Bu sahəni bilməyən adam olsa, elə zənn edər ki, “Muğanbank” Azərbaycanın ən yaxşı bankıdır. Amma qiymətləndirmədə bankın bəzi problemlərinin olduğu qeyd olunub”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Bu gün, 19:00
"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Bu gün, 18:58
Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Bu gün, 18:09
Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Bu gün, 18:08
Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Bu gün, 18:01
Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Bu gün, 17:56
Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Bu gün, 17:52
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Bu gün, 17:48
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Bu gün, 17:45
Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Bu gün, 17:36
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Bu gün, 17:35
Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Bu gün, 17:23
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 17:21
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Bu gün, 17:16
Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Bu gün, 17:10
"Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Bu gün, 17:06
Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Bu gün, 17:00
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:45
Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Bu gün, 16:40
Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Bu gün, 16:36
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Bu gün, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Bu gün, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Bu gün, 16:17
Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Bu gün, 16:13
Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Bu gün, 16:08
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Bu gün, 16:03
"Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Bu gün, 16:01
“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Bu gün, 15:55
AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Bu gün, 15:52
Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Bu gün, 15:49
Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Bu gün, 15:47
ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Bu gün, 15:28
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Bu gün, 15:26
Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:24
“Veysəloğlu”da yeni təyinat - ƏMR
Bu gün, 15:22
Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Bu gün, 15:22
Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Bu gün, 15:15
MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Bu gün, 15:13
AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:08
Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Bu gün, 15:02
BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Bu gün, 15:01
İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Bu gün, 14:02
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Bu gün, 14:00
“Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Bu gün, 13:58
Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Bu gün, 13:05
Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Bu gün, 13:02
Bu quruma yeni mətbuat katibi təyin edildi
Bu gün, 13:00
Qaziyə məxsus tikilidə uçqun: - Külli miqdarda zərər dəydi
Bu gün, 12:56
“Vecon Consultıng” illik hesabat açıqladı – Qiymətləndirmə şirkəti ötən ili uğurla başa vurub
Bu gün, 12:54
Mayora hücum edənlər bu maddə ilə ittiham edilir - Həbsləri istənilir
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru