Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? .....                     Masallıda daha bir EKOVƏHŞİLİK... .....                     İdarə rəisi və işçilərinə yekun ittiham verildi .....                     “Birbank” arayışların qiymətini artırıb .....                     “MİDA”nın FÜZULİ FIRILDAĞI... .....                     Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... .....                     Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... .....                     Əmrullayev 20 milyonluq tenderi .....                     Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib .....                     Qabil Məmmədovla bağlı istintaq başa çatdı .....                     Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? .....                     Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var .....                     “Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi .....                     Qardaşlığının və həmrəyliyin əsl nümunəsi .....                     Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü .....                     Avstriya şirkəti Azərbaycan bazarından gedir .....                     Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb .....                     Əmək Müqaviləsinə xitam verilərkən... .....                     Partlayan bombalar Azərbaycanı da “vurdu” .....                     Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... .....                     Əlilliyi olan işçilərin bu hüquqları var imiş... .....                     İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu .....                     Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... .....                     Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb .....                     Xamenei ÖLSÜNMÜ, QALSINMI? .....                     Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb .....                     Rəfail Abdullayevin şirkəti xalqa qarşı .....                     “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır .....                     "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" .....                     "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" .....                     Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib .....                     Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü .....                     “Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...” .....                     Paşinyan Rusiyaya meydan oxuyur .....                     İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək .....                     İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir .....                     Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi .....                     “Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib .....                     Göyçayın bu məmuru narazılıq yaradır .....                     Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub .....                 

2 milyardlıq ittiham: - Səlim Müslümovun hökmü verilib?
Tarix: 30-04-2018, 15:40 | Çap et
2 milyardlıq ittiham:
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun irihəcmli korrupsiyaya görə cəzalandırılacağı bildirilir.

Yenicag.az xəbər verir ki, 11 aprel prezident seçkilərindən sonra nazir postunu itirən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova yönəlik ittihamlar intensivləşməkdədir.

Nazirlər Kabinetinin yeni tərkibinə daxil edilməməsi ilə “vurulan” Səlim Müslümov növbəti və daha sarsıdıcı zərbəyə tuş gəlib. İlk olaraq, “Yeni Müsavat” qəzetində yayımlanan məlumata əsasən, keçmiş nazir fəaliyyətdə olduğu müddət ərzində 2 milyard manat civarında dövlət vəsaitini mənimsəyib:

“Uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb.

Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir”.

Azərbaycan təcrübəsini nəzərə alsaq, sabiq nazir barəsində belə ciddi ittihamın mətbuata sızdırılması məsələnin ciddiliyini və Müslümovun cəzalandırılma ərəfəsində olduğunu söyləməyə əsas verir.

Səlim Müslümova yönəlik 2 milyardlıq ittihamın reallıq dərəcəsini Yenicag.az-a dəyərləndirən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamda irihəcmli dövlət vəsaitlərinin olmasına baxmayaraq, bu məsələ haqqında konkret faktlar əsasında danışmaq daha doğru olardı:

“Öncə onu deyim ki, bizdə nədənsə, milyardı kiçik məbləğ kimi təqdim edirlər. Əslində isə milyard çox nəhəng puldur. Nazirin iki milyard məbləğində dövlət vəsaitini mənimsəməsi çox ciddi ittihamdır və hesab edirəm ki, bu, real faktlara, auditin nəticələrinə, cinayət işinin istintaqına əsaslanmalıdır.

Eyni zamanda, mənbələr göstərilməlidir ki, hansı təyinat üzrə ayrılmış vəsaitlərdən nə qədəri mənimsənilib. O baxımdan, belə bir ittiham irəli sürərkən, ehtiyatlı olmağı təklif edirəm.
O ki qaldı həmin nazirliyin idarə etdiyi vəsaitlərə, bəli, burada söhbət çox böyük məbləğdən gedir. Məsələn, ünvanlı sosial yardımlara yüz milyonlarla manat vəsait ayrılır.

Bundan başqa, Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edir. Həmçinin, əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitlər var. Yəni nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub.

Mətbuatda belə fikirlərə rast gəldim ki, nazirliyin aparatının saxlanılmasına ayrılmış vəsaitlər – yəni maaşlar və cari xərclər mənimsənilib. Yaxud da, qurumun nəzdində Özünüməşğulluq proqramı və onun da həcmi bu il təqribən beş-altı dəfə artırılıb.

Yəni nazirlik böyük vəsaitləri idarə etsə də, orada 2 milyard manat mənimsəməyə yol verilməsinə dair iddiaları şəxsən mən ciddi qəbul edə bilmirəm. Yenə deyirəm, belə ciddi ittiham konkret fakta söykənməlidir. Ehtimallar üzərində fikir bildirmək doğru deyil.

Mediada hər hansı dövlət qurumunun fəaliyyətinə dair ciddi faktlar dərc olunursa, bu, müvafiq qurumların diqqətini cəlb etməlidir. Ancaq indi dövriyyəyə buraxılan 2 milyardlıq ittihamda konkretlik yoxdur. Ona görə də, hüquq-mühafizə orqanlarının bu məlumatlara necə yanaşacağını deməyə çətinlik çəkirəm.

Qeyd edim ki, mən özüm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə tənqidi yanaşırdım, keçmiş nazir iş başında olanda da qurumun fəaliyyətindəki neqativ məqamlar haqqında danışırdım.

Yəni o nazirliyin fəaliyyətində nöqsanlar olub və onların bir çoxu olduqca ciddidir. Ancaq 2 milyard ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. İstənilən halda, mən bu rəqəmi real görmürəm”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, Səlim Müslümova yönəlik məlum ittihamın mediada dövr etdirilməsi sabiq nazir barəsində “hökm verilməsi” kimi başa düşülə bilər:

“Azərbaycanda heç bir nazirlikdə kimlərləsə razılaşdırmadan, birgə əməliyyatlar aparmadan belə iri məbləğin mənimsənilməsi mümkün deyil. Çünki Beynəlxalq Bankla bağlı işdə də gördük, yoxa çıxarılan vəsaitin həcmi o qədər böyük idi ki, həmin mənimsəmə hakimiyyətdəki bir neçə yüksək ranqlı məmurun iştirakı ilə mümkün olmuşdu. Yəni bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır.

Bu nöqsanlar barəsində biz illərdir ki, danışırdıq. Əsas mənimsəmələr necə baş verib? Burada ilk növbədə ünvanlı sosial yardımların verilməsində tətbiq olunan “qayda”nı qeyd edə bilərik.
Hər kəsə məlumdur ki, vətəndaşa ünvanlı sosial yardım təyin ediləndə, ilk üç, bəzən də altı ay ərzində həmin vəsait insanlardan tutulurdu. Bu, əlbəttə ki, ciddi korrupsiya faktı idi. Belə hallar olub. Ancaq bunun milyardlarla vəsaiti əhatə etməsi ehtimalı aşağı görünür. Fikrimcə, bu ittihamla bağlı rəsmi açıqlama veriləcək və yəqin ki, hər hansı formada istintaq hərəkətləri də olacaq.

Mənə belə gəlir, Səlim Müslümovun ən böyük səhvi onun Sosial Müdafiə Fondunun 2013-cü ildə özünü maliyyələşdirəcəyini vəd etməsi, lakin bunu yerinə yetirə bilməməsi oldu. Aradan beş il keçsə də, Sosial Müdafiə Fondu dövlətdən dotasiya almaqdadır və son ildə bu məbləğ 1,5 milyard manat olub. Konkret desək, Səlim Müslümov son beş il ərzində Fondu özünümaliyyələşdirmə sisteminə keçirə bilmədi. Sabiq nazirin indi hədəfə çıxarılmasının əsas səbəbi bəlkə də budur.

Açığı, dediyimiz məsələ medianın gündəminə oturubsa, bunun nəticə verəcəyinə əminəm. İnanıram ki, Müslümovu cəzalandırmaq niyyətləri olmasaydı, bu ittiham mediaya çıxmazdı. Ancaq ehtimal olunan cəza Müslümovun həbsi, yaxud yeni işdənçıxarma dalğası ilə nəticələnəcək, bunu hələlik bilmirik. Məsələnin mediaya çıxması onu göstərir ki, hakimiyyətdaxili bəzi qüvvələrin Müslümovun cəzalandırılmasına qərar verdiklərini söyləməyə əsas yaradır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
Masallıda daha bir EKOVƏHŞİLİK... - FOTOFAKT
Bu gün, 10:13
İdarə rəisi və işçilərinə yekun ittiham verildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Birbank” arayışların qiymətini artırıb
Bu gün, 10:00
“MİDA”nın FÜZULİ FIRILDAĞI... - vətəndaş İFŞA EDİR...
Bu gün, 09:55
Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43
Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38
Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33
Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28
Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26
Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23
“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19
Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü - NİZAMNAMƏ KAPİTALI KƏSKİN AZALDI
Bu gün, 09:12
Avstriya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 09:10
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:07
Əmək Müqaviləsinə xitam verilərkən... - DİQQƏT!
Bu gün, 09:05
Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49
Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... - HƏLƏ DƏ DAVAM EDİR...
Bu gün, 08:47
Əlilliyi olan işçilərin bu hüquqları var imiş... - Ekspert danışır...
Bu gün, 08:40
İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu - Xəsarət alanlar var
Bu gün, 08:36
Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... - FAKT BUDUR!
Bu gün, 08:33
Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - QALMAQAL
Bu gün, 08:30
Xamenei ÖLSÜNMÜ, QALSINMI? - SUAL BUDUR, BU!..
Bu gün, 08:28
Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38
"Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35
"Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26
Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18
Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16
“Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13
Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09
İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05
İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02
Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59
“Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54
Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50
Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41
Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09
Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06
ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Dünən, 18:04
Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Dünən, 18:01
Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Dünən, 17:59
"Sən demə, əri fanatımdır"
Dünən, 17:57
"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Dünən, 17:55
Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Dünən, 17:53
Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Dünən, 17:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru