İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                     Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI .....                     Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır .....                     Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF .....                     Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? .....                     Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz .....                     Qonşuda müharibə və Azərbaycan reallığı .....                     İran İsraillə münaqişədə qalib gələcək .....                     Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var .....                     Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib .....                     Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu .....                     İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi .....                     Dövlət Komitəsinin 226 min manatlıq tenderi .....                     Şah oğlunun müraciəti və xalqların arzusu: .....                     Vaşinqton Tehrandan nə istəyir? .....                     Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? .....                     “Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb .....                     Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? .....                     17 ildə büdcəni belə talayıblar... .....                 

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” – Təhsil ekspertindən şok ittihamlar
Tarix: 6-11-2017, 11:05 | Çap et
“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır”
Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, təhsil üzrə ekspert Elşən Qafarov Unikal.org-un qonağı olub. Müsahibimizlə söhbət zamanı təhsildə olan neqativ hallar, yanlış kadr siyasəti, korrupsiya şəbəkəsi, dərslik qalmaqalı və digər məsələlərlə bağlı qaranlıq məqamlara aydınlıq gətirildi.

-Elşən müəllim, son illər Azərbaycanının təhsil sistemində kifayət qədər ciddi problemlər ortalığa çıxır. Sizcə, bunun kökündə nə dayanır?

-Bu gün ölkəmizdə sosial-iqtisadi sahədə inkişaf gedir. Bu siyasətin arxasında ilk növbədə insan kapitalı durur. İnsan kapitalının yetişdirilməsi isə təhsilin üzərində dayanır. Bu gün ölkədə bir sıra sahələrdə, o cümlədən təhsildə də islahatlar gedir. Məsələ burasındadır ki, bu islahatlar fonunda son 5 ildə təhsildə çox maraqlı bir tendensiya hökm sürür. Bu tendensiya 2013-cü il aprel ayının 19-da Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra başlayıb. Bu təyinatdan sonra cəmiyyət təhsildə böyük ümidlə dəyişiklik gözləyirdi. Bu 5 ilin iki ili ərzində bir sıra kadr islahatları və müəyyən bir sıra sənədlərin qəbul edilməsini gözləyirdi. Hesab edilirdi ki, təhsildə böyük dəyişiklik ediləcək. Amma çox təəssüf ki, 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindən başlayaraq gözləntilərin əksi olaraq təhsildə bir çaşqınlıq yarandı, proseslər xaosa doğru getməyə başladı. Həmin xaoitik vəziyyət bu gündə açıq-aşkar görünməkdədir.

-Yəqin ki, buna səbəb kimi ciddi əsaslar var?

-Bunun kökündə sistem problemi var. Bu gün ölkənin təhsil sistemi yoxdur. Baxmayaraq ki, müstəqilliyimizin 26 illiyi tamam olur, hələ də normal təhsil sistemimiz yoxdur. Təhsil alanlar, təhsil verənlər, valideynlər, idarəetmə orqanları və eyni zamanda, ictimai təşkilatlar var. Amma konkret olaraq Azərbaycanın təhsil sistemi yoxdur. Son 5 ildə böyük ümid var idi ki, yeni nazir bunu qura biləcək, amma çox təəssüf ki, bunu qura bilmədilər.

-Burada nazirin bacarıqsız olması əsas faktordur, yoxsa Mikayıl Cabbarovun təhsildən kənar adam olmasından irəli gəlir?

-Dünyanın bütün ölkələrində aparılan islahatların əsas faktoru kadr seçimidir. Ən ideal islahat modelləri ilə səriştəsiz kadrlarla gedib hansısa nəticə əldə etmək mümkün deyil. Amma orta səviyyəli hansısa bir islahat modeli daha güclü və səriştəli kadrlarla müəyyən mərhələyə qədər aparmaq olar. Bu gün hər bir sadə Azərbaycan vətəndaşı çox gözəl bilir ki, hazırda Təhsil Nazirliyində oturanların təhsillə heç bir bağlılığı yoxdur. Eyni zamanda, orada şəxsi marağı milli mənafeydən daha üstün tutanlar oturur. Bu da xaosu yaradan əsas səbəblərdəndir.

-Bir müddət öncə müxtəlif media qurumlarında Təhsil Nazirliyində "paket” sisteminin yaradılması ilə bağlı iddialr yer aldı. Bəs, hazırda necə həmin o "paket” sistemi varmı?

-Bəli, hazırda bu var. 2014-cü ildən təhsil sistemində "paket” sistemi tətbiq olunmağa başlayıb. Bu da yeni nazirin fəaliyyətə başlaması dövrünə düşür. Hesab edirəm ki, təhsil sektoruna "paket” sisteminin tətbiq olunması Mikayıl Cabbarovun ən böyük yanlışlığıdır. İlk olaraq yeni təyin olunan məktəb rəhbərlərinə, o cümlədən, təhsildə rəhbər işçilərə "paket” açıq şəkildə onların kartlarına otuzdurulmaqla ödənilirdi. Bu çox qaranlıq bir məqamlardan xəbər verirdi. Son 1 ildə, yəni, 2016-ci ilin aprel ayından bu yana, artıq kartlara otuzdurulmur. Çünki son iki ildə təhsil sistemində aparılan mailiyyə yoxlamaları zamanı korrupsiya və neqativ halların aşkar olunması Təhsil Nazirliyində oturanları daha ehtiyatlı davranmağa məcbur elədi.
Mənbələrimə istinad edərək deyə bilərəm ki, bu vəsaitlər 2016-ci ilin aprelin 1-dən başlayaraq nağd şəkildə ödənilməyə başlanılıb.

-Maraqlıdır, "paket” sistemi hansı mənbələr hesabına formalaşırdı?

-Azərbaycanda ordudan sonra, ən çox maliyyə ayrılan ikinci sahə təhsildir. Paket sistemini maliyyələşdirən mənbənin özü də qeyri-qanuni mənbələrdən qaynaqlanır. Bu gün Təhsil Nazirliyi təchizat sektoru vasitəsilə ölkə təhsilinə ayrılan milyonlarla manatı mənimsəyirlər. Bu faktır. Bunun sübut edən sənədlər də var. Məsələn, 2015-ci ildən başlayarq təchizat sektorunda böyük "inqilab” etməyə başladılar. "Divan-kreslo” deyilən bir "əməliyat” var. Bu divan-kreslonun pərakəndə qiyməti 250 manatdan artıq deyil. Çox keyfiyətsiz hazırlanmış bir məhsuldur. Amma sənəddə 1750 manat göstərilir. Məkbətəblərə zorla sırınır. Yəni, məktəb direktorunun ixtiyarı yoxdur ki, buna etiraz eləsin. Onlara deyildisə, 5 dənə yaz o da onu yazmalıdır. Orta hesbla elə məktəb var 5 dəst verilib. Elə məktəb var, 10 dəst verilib. Təsəvvür edin ki, bu divan kreslonu məktəblərdə qoymağa yer yoxdur. Bir sklad yaradılıb qoyulub ora. Onların 1 dəstindən 1500 manat xalis gəlir göstürürlər. Bakıda 317 məktəb var. Orta hesabla göstürsək hər məktəbə 5 verilərsə, görün bu məbləğ nə qədər olur! Digər tərəfdən pərakəndə satış qiyməti 500-600 manata olan 40-50 kvadrat metrilik kondisionerlərin qiyməti göstərilir ki, 2700-2800 manat. Bunlar faktlardır. Elektron lövhələr 1000 manatdan baha deyil. Lap olsun, təzə çıxanları 1200 manat. Amma sənəddə 3800-3900 manat qeyd edilir.

-Bəs büdcə bullarının bu şəkildə göyə sovurulmasını hesabı sorulmurmu, hər hansı bir yoxlama aparılmırmı?

- Aldığım məlumata görə, Maliyyə Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq təhsil sistemində böyük yoxlamalar keçirildi. Bildiyim qədər böyük məbləğdə korrpusiya halları aşkar olundu. Onu da qeyd edim ki, məktəblərdə bufetlərin fəaliyyəti ilə bağlə qanuna əlavə və dəyişikliklər olub. Bu sənədə əsasən bütün normativ sənədlər təhsil qanuna əsaslanır. Ordan kənara çıxa bilməssən. O cümlədən Nazirlər Kabinetinin müvafiq qərarı var. Qərarda göstərilir ki, məktəblərdə iaşə xidmətinin təşkili məktəb rəhbərinin iaşə xidmətini həyata keçirən fiziki və hüquqi şəxslər arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir. Hər hansı fiziki və hüquqi şəxs məktəb direktoru ilə müqavilə bağlayır. Bufeti icarəyə götürür və ordan məktəbin özünə pul ödəyir. Bakı məktəblərində 550 mindən yuxarı məktəbli təhsil alır. Təhsil Nazirliyi ilk olaraq 2015-ci ildə iaşə xidmətlərini həyata keçirən MMC-lər yaratdılar. "Rels” firması var ki, təhsil nazirinin bacanağınındır. Başqa bir MMC var ki, o da Mikayıl Cabbarovun yaxın dostunundur. Bunlar nə edirlər? Bir başa qeyri-qanuni olaraq ancaq Təhsil Nazirliyi ilə müqavilə bağlayırlar. Uşaq bufetə gəldi-gəlmədi hər uşağa görə pul yığılır. 2013-2014-cü ildə 1 manat idi. Hazırda isə adam başına gündəlik 40 qəpik toplanır nazirliyə ödəyirlər.
Olimpik və yaxud Rels firması hər ay bufetlərdən gələn pulu bir başa təhsil nazirliyinə köçürür. 550 min şagirdə görə yığılan pulu vurun 40 qəpiyə. Bu da gündəlik 200 min manat pul deməkdir.

-Həmin vəsait rəsimləşdirilmirmi?

-Bəli, rəsmi şəkildə ödəyirlər. Bu da təqribən aya 4 milyon deməkdir. İndiyənə kimi də bu pulların hara, nəyə xərclənməsi barədə dəqiq məlumat yoxdur. Bir dəfədə olsun, bununla bağlı nə yazılı, nə də ki, şifahi məlumat verilmir.

-Qeyd etdiniz ki, Mikayıl Cabbarov gələndən bəri yanlış kadr siyasəti yürüdür. Bu barədə fikirlərinizi bilmək istərdik.

-Hazırda Bakı şəhər Təhsil İdarəsinin idarəçiliyi Mikayıl Cabbarovun xalası oğlu Elnur Əliyevə həvalə olunub. Düzdür, idarənin rəhbəri var, amma bu adam hazırda nazirliyin əsas fiqurlarından biri kimi söz sahibidir. O eyni zamanda, informasiya şöbəsinin müdiridir. Orada Təhsil Nazirliyinin rəhbərliyini əvəz edən şəxsdir. Onu da nəzərə çatdırım ki, Təhsil Nazirliyinin daxilində bir neçə qruplaşma var. Onların içində ən böyük söz sahibi Elnur Əliyevdir. Bakı təhsili də Elnur Əliyevin şəxsən əlinin altındadır. Bufet pulları da bir başa Elnur Əliyevin nəzarətindədir. Paket sisteminin əsas maliyyə mənbəyi bu pullardır. Məsələn, Təhsil Nazirliyinin şöbə müdirləri 10 min manat paket alırlar. Bakı şəhər təhsil İdarəsində mən də olan məlumata görə, müdr 5 min, amma Elnur Əliyevin himayəsi altında olan Rəşad Tağıyev 7 min manat paket alır. Məktəb direktorlarına əvvəllər 630 manat, sonra 560 manat verirdilər. Hazırda məktəb direktorları 380 manat paket alır. Onu da son 3-4 ayda vermirlər. Çünki əldə etdikləri pulu həm Azərbaycanda, həm də ölkə xaricində yaratdıqları çox böyük biznes şəbəkəsinə verirlər.

-Paketləri daha hansı qurmlara verilir?

-Məsələn, Təhsil Nazirliyinin 15 ərazi hesablama mərkəzləri var. Onların rəhbərlərinə 3 min manat verirdilər. Daha sonra Elnur Əliyev hər bir rayonda özünün casus şəbəkəsini formalaşdırıb. İnformasiya şöbəsi yaradıb və bu şöbələrə təhsilə aid olmayan çox cavan kadrları təyin ediblər. Aylıq vəzifə maaşları 250 manata yaxın olduğu halda, əlavə olaraq, onlara 500 manat civarında paket verir. Eyni zamanda, Elnur Əliyevin sosial media layihəsi var. Bu layihə nədir? Demək sosial şəbəkədə aktiv olan müəllimlər bu layihəyə cəlb olunur və onların arasından rəhbərlər qoyulur. Təşkilatlanma qururlar. Bu şəbəkələrinin rəhbərlərinə 200 manatdan 500 manatadək paketlər verilir.

-Onların fəaliyyəti nədən ibarətdir?

-Təshil Nazirliyinin hər hansı bir neqativ fəaliyyətini ifşa edən olsa, bu adamlar dərhal dəstə ilə düşürlər bir nəfərin üzərinə. Başlayırlar Mikayıl Cabbarovu tərifləməyə. Belə bir görüntü yaratmaq istəyirlər ki, guya, Təhsil Nazirliyi və təhsil sektorunda hər iş yüksək səviyədə qurulub.

-Son günlərin əsas məsələlərindən biri də məlum dərslik qalmaqalı oldu. Bu qədər etirazlar oldu, ittihamlar səsləndi Təhsil Nazirliyindən hər hansı bir arqumentli reaksiya verilmədi. Bu barədə nə deyə bilərsiz?

-Dərsliyin hazırlanması sıradan məsələ deyil. Dərsliyin haırlanması üçün 1 il əvvəl oktyabr-noyabr ayında tender elan olunur. Bir dəsrliyin çap olunub gəlib məktəbə çatması üçün 10 ay iş gedir. İlk olaraq tender elan olunandan sonra müəlliflər komandası tərəfindən dərsliklər yazılır. Bu müxtəlif seminnarlarda müzakirə olunur və sonra ekspertlərə göndərilir. Daha sonra dərslik şöbələrində xüsusi komissiyalar var. Bu komissiyalar bu dəsrliyin dövlətin təhsil standartına uyğun olub-olmaması yoxlanılır. Yəni, dərsliklər təqribən 40-50 nəfərin nəzarətindən keçir və son nəticədə nazirin qarşısına gedir və imza atdıqdan sonra çap olunur. Mən bir şeyi də deyim ki, problem təkcə tarix dərsliklərinə deyil. Hazırda çox az dərsliklər tapmaq olar ki, orada bu və ya başqa nöqsan olmasın. Yəni, bu qədər problemin olması onu göstərir ki, bu adamlar dərslik siyasətini ya anlamır, ya da ki bilərəkdən dərslik siyasətinə ciddi problemlər yaradırlar. Konkret xəritə məsələsinə gəldikdə isə, məsələ bundandır ki, bu dərslikləri yazan böyük bir hissəsi orta ümumtəhsil məktəblərində işləməyiblər. Sual yaranır ki, bu səhv 40-50 nəfərin nəzarətindən necə olub yayınıb? Məsələ Azərbaycanının haqq mübarizəsindən gedir. Torpaqlarımız ermənilər tərəfindən zaman-zaman təcavüzə məruz qalmışıq. Bu gün də bizim 20 faiz torpağımız işğal altındadır. 30 mindən artıq şəhid, minlərlə qarabağ əlilimiz, 1 milyondan artıq məcburi köçkünlərimiz var. Ölkədə elə bir insan olmasın ki, erməni vandalizimi ona təsir etməsin. Bunun fonunda Azərbaycan torpaqlarını "Böyük Ermənistan” xəritəsinə salınması böyük təxribatdır. Naziri tərəfindən imzalanan sənəd əsasında çap olunan dərslikdə belə bir məqamın olması biabırçılıqdır. Bu, artıq sıradan bir səhv ola bilməz.

-Belə çıxır ki, bu məsələdə birinci dərəcəli cavabdeh şəxs Mikayıl Cabbarovun özüdür?

-Təbii... Birinci növbədə deyək ki, dərsliyin çapı ilə bağlı yekun sənədi o imzalayır. Onun imzası olmadan dərslik çapa getmir. İkinci bir tərəfdən, bu məqam nəyə görə gözə dəyməyib? Necə olub bu şəkildə çapa gedib? Deməli, ya məsuliyyətsizlik olub, ya da təxribat. Hər ikisi qəbuledilməzdir. Ona görə də xəritə məsələsi xəyanətin pik həddidir. Təhsil Nazirliyinin oynadığı ucuz oyunlardan biri də odur ki, Kamran Əsədovu qabağa verdilər. Kamran Əsədov kimdir? Yaxşı bu kitabın ərsəyə gəlməsində 9 müəllif və 9 redaktor var. Amma nə olsun? Məndə çox şey yazıb verə bilərəm. Dərslik sıradan bir kitab deyil. Bir sözlə tarix dərsliyində xəritə probleminin məsuliyyətini bir başa Təhsil Nazirliyi və onun rəhbərliyi daşıyır. Bununla bağlı bizə xaricdən yazanlarda oldu. Bu hadisəni ən çox alqışlayan Ermənistan oldu. Ermənistan dərsliyin ərsəyə gəlməsinə görə, Mikayıl Cabbarovu alqışladılar. O əgər doğurdan da Azərbaycan adına hörmət edirdisə, istefa verib vəzifəsindən getməli idi.

-Bəs, dərsliklərin hazırlanmasında korrupsiya halı müşahidə edilirmi?

-Əlbəttə, özü də çox. Təsəvvür edin ki, bir kitabın maya dəyəri 2.50 qəpikdən 3 manat 50 qəpiyə qədər. Amma sənədə 6 manat 50 qəpikdən 8 manat 50 qəpiyə qədər qeyd edilir. Azərbaycanda 1 milyon 500 min şagird var. Hər sinif üzrə orta hesabla 100-120 min şagird oxuyur. Hər il 200 adda kitab nəşr olunur. Təsəvvür edirsiz, bu nə deməkdir? Hər bir kitabdan 5 manat xalis gəlir götürürlər. Artıq 4 ildir hər adda dərslikləri guya dəyişirlər. Ortalama hər il bir dərslikdən 100 milyon manatdan artıq xalis gəlir götürülür. Təsəvvür edin, AMEA-nın Tarix İnstitunun direktorunun imzası ilə tarix dərsliklərində problemlə bağlı 28 səhifəlik məktub gedib. Onlar bu məktubu atırlar bir kənara. Yəni, bu insanlar varlandıqca heç kimi tanımırlar. Sadəcə, bunların məqsədi çox böyük gəlir əldə etməkdir. Bu gəlirlə yanaşı, çox böyük kobud səhvlərin arxasında bir siyasi məqamda var.

-Bu, nə siyasi məqamdır ki?

-Heç kimə sirr deyil ki, ölkədə 125 dairə var. Bunların da 4500 dən artıq məntəqəsi var. Bu məntəqələrin 90-95 faizi müəllimlərdir. Seşkidən qabaq müəllimləri ayağa qaldırmaq istədiyirlər. Bir sözlə, baş verənlərin hər nə ilə desəz, əlaqəsi var bircə təhsildən başqa. Məqsəd ziyalı təbəqəsini qızışdırıb dövlətə və prezidentə qarşı qaldırmaqdır. Bu sıradan bir məsələ deyil. Təsəvvür edin, 2015-ci ilin yanvarın 15-də sərəncam verilir, 994 nömrəli sərəncamla müəlimin həftəlik dərs yükünü 18 saat müəyyən edilib. Mikayıl Cabbarov bunun əleyhinə gedir. Eşqin Bağırov Elnur Əliyevin imzası ilə rayon təhsil şöbələrinə təlimat gedir ki, diaqnostik qiymətləndirmədə 10 baldan aşağı nəticə toplayan şəxslərə dərs verməyin. Təsəvvür edirsiz ki, 10 minlərlə adamın narazılığı qalxır. Digər tərəfdən, biz dərs bölgüsünü diaqnostik qiymətləndirmənin nəticələrinə görə aparırıq. Bununla bağlı nazirin əmri var və göstərilir ki, diaqnostik qiymətləndirmədə 10 baldan aşağı bal toplayanlar bu qiymətləndirmədən keçirilməmiş sayılır. Onlar təlimlərə cəlb olunacaq və yenidən qiymətləndirməyə gedəcəklər.
Azərbaycanda cəmi 150 min müəllim var. Bunun cəmi 30 faizi yüksək bal toplayıb. 70 faizi (95 min) az bal toplayıb. Qeyri-rəsmi olaraq az bal toplayan müəllimlərin dərs saatları aşağı salınıb. Məktəblərə 3000-3500 müəllim götürülüb. 2017-2018-ci tədris ili üçün 12 min yeni müəllim məktəblərə götürülüb. Ona görə də dərs saatları da çox aşağı vəziyətdədir.

-Nazirliyin burada marağı nədir?

-Əlimizdə də faktlar var ki, regionlara gedib deyirlər ki, bu məsələ cənab prezidentin tapşırığıdır. Məqsədləri yerli müəllimləri cənab prezidentə qarşı qaldırmaqdır. 2018-ci prezident seçkiləri ərəfəsində insanları narazı salmaqdır.

Bununla belə son korrpusiya hallarının hər gün üzə çıxması davam edir. Hesab edirəm ki, Mikayıl Cabbarov və onun komandası həbs olunmalıdır. Son 5 ildə təhsil sisteminə vurduqları zərbələrə görə cavab verməlidirlər. Hesab edirəm ki, həm prezident İlham Əliyevə, həm Birinci Vitse-prezident Mehriban Əliyevaya davamlı olaraq müraciətlər etmək lazımdır. Real vəziyyəti ictimailəşdirmək lazımdər. Hələlik Prezident son sözünü deməyib. İnanırıq ki. təhsilimizi bu vəziyyətə salanlar buna görə cavab verəcəklər.

P.S: Səsləndirilən ittihamlarla bağlı Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Dünən, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Dünən, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Dünən, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Dünən, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Dünən, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Dünən, 15:55
İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Dünən, 15:52
Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Dünən, 15:36
Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Dünən, 15:32
Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Dünən, 15:30
Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Dünən, 15:21
“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Dünən, 13:10
Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Dünən, 13:07
17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Dünən, 13:04
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Dünən, 13:02
“Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Dünən, 12:58
“Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Dünən, 12:56
Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Dünən, 12:49
Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Dünən, 12:45
Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Dünən, 12:43
Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Dünən, 12:42
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Dünən, 12:28
Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Dünən, 12:24
İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru