“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                 

Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Tarix: Bu gün, 13:21 | Çap et

Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə start verilib.

Artıq ABŞ nümayəndə heyəti də Ermənistana gedərək proseslə bağlı ilkin addımları atır. Yaxın perspekivdə dəhlizin açılaraq istifadəyə verilməsi gözlənilir. Azərbaycanın təhlükəsizliklə bağlı tələbi də öz həllini tapıb.

Belə ki, vətəndaşlarımız sözügedən dəhlizdən tam təhlükəsiz şəkildə keçə biləcəklər. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu barədə danışıb. Onun sözlərinə görə, Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milli, irqi, dini və vətəndaşlığına görə heç bir bölgü olmadan hər kəsə şamil edilir.

O, təhlükəsiz keçidlə bağlı bunları deyib:

“Ermənistan müasir texnologiyalar və mexanizmləri mənimsəməyə çalışır. Xüsusilə, sərhədləri keçmək məsələsində buna can atırıq. Ölkələrdə adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarəti təmin olunur. Yəni insanların iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edirlər”.

Görünən odur ki, vətəndaşlarımızın Zəngəzur dəhlizindən təhlükəsiz keçidinə təminatı ABŞ verib. Paşinyanın açıqlamalarından da bunu anlamaq olur. Nəzərə almaq lazımdır ki, Baş nazirin bəhs etdiyi müasir texnologiyalar Ermənistanda yoxdur. Həmin texnologiyaların ABŞ-yə məxsus olduğu bəllidir. Əslində, bu da Azərbaycanın daha bir tələbinin həyata keçməsi deməkdir.

Çünki Ermənistan təcavüzkar və işğalçı tərəf olduğu üçün onun deyil, başqa bir dövlətin təminat verməsi labüd idi. İndiki vəziyyətdə isə bu təminat ABŞ kimi supergüc tərəfindən verilir. Bu isə Bakının diplomatik qələbəsi kimi qiymətlənidirilməlidir. Milli Məclisin deputatı Elman Nəsirov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan sülh proseslərinin ən mürəkkəb aspektlərdən biri Zəngəzur dəhlizi ilə bağlı idi:

“Bu məsələ o qədər qəliz və mürəkkəb idi ki, hətta tərəflər sülh müqaviləsindən müvafiq bəndin çıxarılması ilə bağlı razılığa gəlmişdilər.

Çünki sülh müqaviləsinin imzalanmasına Zəngəzur dəhlizi ilə bağlı məsələ mane olurdu. Bu məsələyə daha sonra baxılması qərarlaşdırıldı. Hazırda sülh müqaviləsi mətninin 17 bəndi paraflanıb və orada bu məsələ öz əksini tapmayıb. Lakin 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Həmin görüşdə mühüm bir sənəd imzalandı.

Birgə bəyanatda artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi Bakının əsas tələbinə istinad edilir. Belə ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına quru əlaqəsi bərpa olunur. Həmin nəqliyyat dəhlizi ilə sərnişinlər və yüklərin hansısa əngəl olmadan hərəkəti təmin edilir. Yəni ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı razılıq əldə olunub”.

Millət vəkili xatırladıb ki, “Tramp marşrutu” adlanan nəqliyyat dəhlizinini qurulması və oradan keçən insanların təhlükəsizliyinin təmin edilməsini 99 il müddətində ABŞ şirkəti öz üzərinə götürüb:

“Bu, artıq təhlükəsizlik təminatı deməkdir. Çünki ABŞ-nin “Tramp marşrutu” adlanan Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməyi üzərinə götürməsi çox ciddi məsələdir. Söhbət dünyanın fövqəldövlətinin bu prosesdə iştirakından gedir. Nikol Paşinyan da bu faktı təsdiqləyir.

Beləliklə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması yolunda əsas əngəllərdən biri də aradan qalxdı. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləndən sonra Konstitusiyada dəyişiklik ola bilər. Artıq bu da bəllidir. Hesab edirəm ki, 2026-cı ildə həm Zəngəzur dəhlizinin açılması, həm də sülh müqaviləsinin imzalanması nöqteyi-nəzərdən həlledici il ola bilir. Hətta 2026-cı ili “sülh ili” də adlandırmaq mümkündür”.

Millət vəkili diqqətə çatdırıb ki, indiyə kimi ABŞ-nin iştirakı olmadan aparılan danışıqlarda Ermənistan təhlükəsizliklə bağlı məsələlərdə ciddi təminatlar verə bilmirdi:

“Həmçinin, Ermənistan yüksək səviyyəli təhlükəsizlik təminatları verə biləcək bir ölkə də deyil. Hətta bununla bağlı vədlər versə belə, onları icra edə bilməz.

Ona görə də burada fövqəldövlətin iştirakı və onun təmsilçiliyi çox ciddi faktordur. Təxminən 44 kilometrlik Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək ABŞ üçün elə də çətin məsələ deyil. Belə olan vəziyyətdə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyasının bərpası real məzmun almağa başlayacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru