Karate Federasiyasında qalmaqal: - maaşlar verilmir, işçilər işdən gedir
Tarix: 23-10-2017, 16:21 | Çap et
 Azərbaycanda idman federasiyaları ətrafında yaşanan qalmaqalların sırasına daha biri əlavə olunub. Boks, basketbol, güləş federasiyalarının ardınca, Azərbaycan Karate Federasiyasında da maddi problemlər yaşanır. Uzun zamandır sponsorsuz qalan federasiya, 6 aydan çoxdur ki, işçilərinə maaş ödəmir. Vəziyyət o həddə çatıb ki, federasiya maliyyə problemlər səbəbindən bir çox beynəlxalq yarışlara qatıla bilmir.
Faktı Sputnik Azərbaycan-a Azərbaycan Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmov da təsdiqləyib. O deyib ki, maaşların verilməsində, təxminən 6 aylıq gecikmə var: "Biz may ayında aprel ayının maaşını almışıq. Həmin aydan sonra bizə əməkhaqqı verilməyib". Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov da xəbəri təsdiqləyib. O bildirib ki, federasiyada çalışanlar 6 aydır maaş almırlar: "Beynəlxalq Bank maddi vəziyyətinin yaxşı olmadığı üçün, federasiyaya sponsorluq etməkdən imtina etdi. Ona görə də, federasiya sponsorsuz qaldığı üçün maddi problemlərlə üzləşib". "Amma zaman olub ki, biz 2 il əməkhaqqı almadan işləmişik. Düşünürəm ki, bu da müvəqqəti çətinlikdir. Gənclər və İdman Nazirliyi də bu məsələnin həlli üçün çalışır. Ümid edirəm, tezliklə bizi maliyyələşdirəcək sponsor tapılacaq" — R. Hətəmov bildirib. Vitse-prezident qatıldıqları yarışların maliyyəsinin nazirlik tərəfindən ayrıldığını qeyd edib: "Mətbuatda yazılır ki, karate millisi yarışlara getmir. Bu, doğru xəbər deyil. Gənclər və İdman Nazirliyi bizim yarışlara getməyimiz üçün maliyyə vəsaiti ayırır. Hazırda da yarışa hazırlaşırıq".
"Federasiyanın maliyyə sıxıntısına görə bəzi işçilər ərizə yazaraq işdən ayrılıblar. Çünki neçə aydır işçilərə maaş verə bilmirik. Onları işdə saxlamaq hüququmuz yoxdur. Həm də işçilərin vergi xərcləri də federasiyaya əlavə borc yaradır. Ona görə də, müvəqqəti olaraq işdən ərizə yazaraq ayrılıblar. Sponsor cəlb olunandan sonra, iş tapmayan və bizimlə işləmək istəyən əməkdaşlarımızı yenidən sıralarımıza dəvət edəcəyik" – deyə R.Hətəmov əlavə edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da yaranmış vəziyyətə münasibət bildirib. O, Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Gənclər və İdman Nazirliyi heç bir federasiyaya maaş vermir. "Nazirlik idmançıların təlim-məşq toplanışlarında iştirakına, beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmələrinə görə maliyyə vəsaiti ayırır. Bu da hər ilin əvvəlində təqdim olunan təqvim planına əsasən hazırlanır" — S. Məmmədova vurğulayıb. Onun sözlərinə görə, həmin təqvim planı federasiyalar tərəfindən verilən yarışların siyahısı əsasında hazırlanır: "Nazirlik də siyahını nəzərə alaraq federasiyaların təlim-məşq toplanışlarına və beynəlxalq yarışlarda iştirakına büdcə ayırır. Eyni zamanda, federasiyalar tibbi ləvazimatlarla təmin edilir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00 |
|
|
|
• İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58 |
|
|
|
• BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25 |
|
|
|
• Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42 |
|
|
|
• Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07 |
|
|
|
• Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04 |
|
|
|
• Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02 |
|
|
|
• DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58 |
|
|
|
• Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47 |
|
|
|
• İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45 |
|
|
|
• Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35 |
|
|
|
• Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27 |
|
|
|
• Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25 |
|
|
|
• Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15 |
|
|
|
• Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05 |
|
|
|
• Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03 |
|
|
|
• ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57 |
|
|
|
• İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53 |
|
|
|
• Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37 |
|
|
|
• Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
• Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32 |
|
|
|
• Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22 |
|
|
|
• Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19 |
|
|
|
• Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17 |
|
|
|
• Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13 |
|
|
|
• Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Dünən, 16:08 |
|
|
|
• Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Dünən, 16:04 |
|
|
|
• İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Dünən, 16:03 |
|
|
|
• Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Dünən, 15:59 |
|
|
|
• Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Dünən, 15:58 |
|
|
|
• Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Dünən, 15:55 |
|
|
|
• İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Dünən, 15:52 |
|
|
|
• Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Dünən, 15:36 |
|
|
|
• Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Dünən, 15:32 |
|
|
|
• Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Dünən, 15:30 |
|
|
|
• Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Dünən, 15:21 |
|
|
|
• “Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Dünən, 13:10 |
|
|
|
• Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Dünən, 13:07 |
|
|
|
• 17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Dünən, 13:04 |
|
|
|
• Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Dünən, 13:02 |
|
|
|
• “Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Dünən, 12:58 |
|
|
|
• “Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Dünən, 12:56 |
|
|
|
• Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Dünən, 12:49 |
|
|
|
• Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Dünən, 12:45 |
|
|
|
• Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Dünən, 12:42 |
|
|
|
• Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Dünən, 12:28 |
|
|
|
• Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Dünən, 12:24 |
|
|
|
• İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Dünən, 12:21 |
|
|
|
|