Yerdə min hoqqa verən İranın .....                     Zəngəzur həll edildi, növbədə oradır .....                     Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                     Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir .....                     Xaraba günə qalan ŞABRAN... .....                     Bu da generalın .....                     Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil .....                     “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR .....                     İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                     Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                     İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? .....                     İş adamı Süleyman Babayev həbs edilib .....                     Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq .....                     Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                     Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? .....                     Azərbaycanlı turist bir meyvəyə görə .....                     Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: .....                 

"Akif Çovdarov içərisində 1000000 manat olan çantaları nazirin köməkçisinə verməyi tapşırdı" - Təqsirləndirilən Akif Əliyev
Tarix: 10-11-2016, 10:51 | Çap et
"Akif Çovdarov içərisində 1000000 manat olan çantaları nazirin köməkçisinə verməyi tapşırdı"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovla birlikdə təqsirləndirilən Akif Əliyevin istintaqa ifadəsi məlum olub.

APA-nın məlumatına görə, ibtidai istintaq zamanı A. Əliyev özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, bir sıra epizodlar üzrə tabeliyində olduğu Akif Çovdarovun göstərişlərini yerinə yetirdiyini etiraf edib.

Əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılmış dövlət büdcə vəsaitlərinin mənimsənilməsi epizodu üzrə A. Əliyev bildirib ki, 2013-cü ildə nazirliyin 6-cı Baş İdarəsinin 3-cü idarəsinin rəis müavini vəzifəsində işləyərkən həmin Baş idarənin rəisi Akif Çovdarovun göstərişi və ona verdiyi vəkalətnamələr əsasında təxminən oktyabr-dekabr aylarında MTN-in maliyyə idarəsinin xəzinəsindən ümumilikdə həmin dövrdəki məzənnəyə uyğun olaraq 2.000.000 (iki milyon) manat məbləğində ABŞ dolları, avro və manatla pul vəsaitini şəxsən özü imza edib götürüb və həmin pulları Akif Çovdarova verib. Akif Çovdarov ona nazirin göstərişi ilə bir neçə şəxsə pul mükafatları verilməli olduğunu bildirib, bu məqsədlə müvafiq raportlar tərtib edib ona təqdim etməsini tapşırıb. O, təqribən 20-dən artıq şəxsin mükafatlandırılmasını nəzərdə tutan raportları Akif Çovdarovun adından tərtib edərək ona təqdim edib.

Bir neçə gündən sonra Akif Çovdarov əvvəlcə təxminən 10-a yaxın raportu, bir neçə gündən sonra isə digər raportları nazirə imzalatdırıb. Daha sonra isə həmin raportları maliyyə idarəsinə göndərməyinə dair ona göstəriş verdiyi üçün qeyd olunan raportları Baş İdarənin raportlar jurnalında Akif Çovdarovun adından qeydiyyata aldırdıqdan sonra onların Maliyyə idarəsinə göndərilməsini təmin edib: “Bir neçə gündən sonra Akif Çovdarov mənə raportlara əsasən alınmalı olan pul vəsaitlərini məlumat mənbələrinə şəxsən özünün təqdim edəcəyini söylədi. Lakin xəzinədarlıqdan pul götürməyi özünə sığışdırmadığına görə bu işi mənə həvalə etdi və bu məqsədlə vəkalətnamələr verdi. Mən vəkalətnamələr əsasında pulları kassadan qəbul edəndən sonra həmin pulları tam olaraq Akif Çovdarova verdim. 1 ay ərzində xəzinədarlıqdan üst-üstə ABŞ dolları, avro və manat məzənnələri ilə təxminən 1.000.000 manat miqdarında pul götürüb Akif Çovdarova verdikdən sonra o məni öz xidməti iş otağına çağırıb iki ədəd parça materialdan olan və içərisində 1.000.000 manat məbləğində pul vəsaitləri olan çantaları verdi. Çantaları aparıb nazirin köməkçisinə verməyi tapşırdı. Həmin vaxt mənə “bunların içində olan pullar mükafatlandırmaya dair alınmış vəsaitdir və həmin pul vəsaitləri mükafatı alacaq şəxslərə təqdim ediləcək” sözlərini söylədi. Mən də içərisində pul olan iki çantanı götürüb köməkçinin xidməti iş otağında ona verdim.

Bundan sonra təxminən 1 ay müddətində eyni qayda üzrə tərtib olunmuş raportlar əsasında 1.000.000 manata yaxın pul vəsaitini müvafiq vəkalətnamələr əsasında xəzinədarlıqdan yenə qəbul edərək Akif Çovdarova təqdim etdim. Qısa müddətdən sonra Akif Çovdarov xəzinədən alınmış vəsaitlərin məlumat mənbələrinə təqdim olunduğunu bildirərək, vəsaitlərin şəxsən özü tərəfindən məlumat mənbələrinə çatdırılmasına dair maliyyə idarəsinə təqdim edilməsi üçün nazirə ünvanlanmış yekun arayışları tərtib etmək barədə göstəriş verdi. Mən də arayışları tərtib etmək üçün pulun mənbə tərəfindən qəbul edilməsi haqqında qəbzləri verməsini Akif Çovdarovdan tələb etdim. O, vəsaiti qəbul edən məlumat mənbələri xüsusi dəyərli olduğundan onlardan qəbz alınmasının etik normalara uyğun hesab edilmədiyini və bu məsələnin nazirlə razılaşdırılaraq onlardan qəbz alınmadığını bildirdi. Mənə mənbələrdən qəbz alınmamasını yekun arayışlarda qeyd etməsini tapşırdı. Mən də yekun arayışlarda “etik normalara uyğun olmadığına görə qəbz alınması məqsədəuyğun hesab edilməmişdir” sözlərini qeyd edərək Akif Çovdarovun adından nazirə ünvanlanan yekun arayışları tərtib edərək imzalaması üçün Akif Çovdarova təqdim etdim. Arayışlar nazir tərəfindən imzalandıqdan sonra onları Akif Çovdarov tərəfindən təsdiq olunmuş avans hesabatlarla birlikdə nazirliyin maliyyə idarəsinə göndərdim. Avans-hesabatların hamısını maliyyə idarəsinə göndərəndən bir neçə gün sonra Akif Çovdarov mənə qalan pulların da hamısını köməkçiyə verdiyini söylədi. 2014-cü ilin əvvəllərində 2013-cü ilə dair maliyyə hesabatları aparılan zaman nazirin köməkçisi Vüqar Mahmudov zəng edərək maliyyə idarəsindən götürülən pullarla ona təqdim edilən pul arasında bir neçə min ABŞ dollar kəsir olduğunu söylədi. Sonradan isə onun səhv hesablama aparması müəyyən edildiyindən həmin narazılıq aradan qalxdı. Mən mükafatlandırma qaydasında verilməsi üçün nəzərdə tutulan təxminən 2.000.000 (iki milyon) manata yaxın pul vəsaitindən bir manat da olsun almamışam. Həmin işdə ümumiyyətlə heç bir maddi marağım olmayıb. Prosesdə yalnız sənədləri tərtib edən şəxs rolunu oynamışam və bunu şəxsən Akif Çovdarovun göstərişi ilə həyata keçirmişəm”.

O, sonradan apardığı analiz nəticəsində təqribən 2.000.000 manata yaxın pul vəsaitinin əslində məlumat mənbələrinə verilməyərək mənimsənildiyini başa düşüb. O, həmçinin onun adına verilmiş vəkalətnamələrdə, kassa məxaric orderlərində, avans-hesabatlardakı ona aid imzaların özü tərəfindən atıldığını göstərib.

Tağı Əhmədovun külli miqdarda pulunun ələ keçirilməsi ilə bağlı A. Əliyev bildirib ki, 2014-cü ildə MTN-in 3-cü idarəsinin rəis müavini işləyərkən metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı siqnal materialı və ya əməliyyat-qeydiyyat işi olub. O özü 3-cü idarədə işlədiyindən həmin materialın ona hər hansı aidiyyəti olmayıb. Tağı Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarova verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilərək əməliyyat-texniki tədbirlər davam etdirilib. Akif Çovdarov Rəsul Rəsulova Tağı Əhmədovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı ayrıca qüvvə ayrılmasını və neft idarəsindən də (3-cü idarə) əməkdaşların tədbirə cəlb olunmaları barədə göstəriş verib. Qeyd olunan tədbirlə əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektinin sahibləri, bir sıra metropoliten işçiləri MTN-in Komendaturasına çağırılaraq əməkdaşlar tərəfindən izahatları alınıb. Akif Çovdarovun tapşırığı ilə o, izahatların düzgün tərtib olunmasına nəzarət edib, amma izahat alınması prosesində iştirak etməyib. Bütün bu prosesə isə idarə rəisi Rəsul Rəsulov başçılıq etməklə proses barədə Akif Çovdarova məruzə edib.

Araşdırma zamanı alınmış izahatlardan məlum olub ki, metropolitendəki ticarət müəssisələrindən əldə olunmuş vəsait mənimsənilib. Akif Çovdarov ona da etibar etdiyi üçün ona aid olmayan məsələlər haqqında da danışıb. A. Çovdarovun danışığından bilib ki, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub məsuliyyətdən yaxa qurtarmaq üçün rəhbərliyə çıxış axtarıb, amma nazirlə əlaqə saxlaya bilmədiyi üçün MTN əməkdaşı Tural Rzayevə müraciət edib. T. Rzayev isə məsələnin həllinin onun səlahiyyətində olmadığını dediyi üçün Tağı Əhmədov Rəsul Rəsulova müraciət edib. Bundan sonra eşidib ki, Akif Çovdarov Tağı Əhmədovun oğlundan 1.000.000 (bir milyon) ABŞ dolları alıb və pul alınandan sonra Tağı Əhmədovla bağlı tədbirlər dayandırılıb. 2015-ci ilin oktyabr ayının 17-də nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov Rəsul Rəsulova zəng edərək pulunu tələb edib. Rəsul bu barədə onun yanında Akif Çovdarova məruzə edərkən A. Çovdarov “mənim Tağıya verməyə 3.000.000 dollarım yoxdur” sözlərini deyib. Bu zaman o, Akif Çovdarovun Tağı Əhmədovdan 1.000.000 dollar deyil, 3.000.000 dollar pul aldığını bilib. O, həmçinin göstərib ki, nə Orxan Osmanova, nə Tural Rzayevə, nə də başqa bir əməkdaşa Tağı Əhmədovla bağlı məsələ üzrə kimdənsə izahat almağa dair hər hansı göstəriş verməyib, kimdənsə izahat alınması prosesində iştirak etməyib. O cümlədən Tağı Əhmədovun metropolitendə ticarətlə məşğul olan qardaşı oğlu Əhmədov Şövqü Xeyrulla oğlu və tanışı Tağıyev Elşən Namiq oğluna metropolitendə olan ticarət obyektlərinin gəlirləri barədə suallar verməyib, amma o, nazirlikdə gedən ümumi söhbət zamanı eşidib ki, nazirliyə gətirilən Tağı Əhmədovun hansısa oğlunun tanışı və qardaşı oğlu döyülüb. Onların konkret kimin tərəfindən və kimin göstərişi ilə döyülməsini isə bilmir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09
Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Dünən, 15:12
Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Dünən, 15:08
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru