Fətullah Gülənin Bakıdakı "obyekti" hədəfdə - Bakı Beynəlxalq Dəniz Ticarət Limanında əndişə
Tarix: 12-10-2016, 11:33 |
Çap et
DİA.AZ: - Adı qardaş Türkiyəni yer üzündən silməyə qalxan FETÖ-çularla birgə çəkilən Azərbaycandakı bəzi ünvanlar artıq müəyyən olunub. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya verilib. Xatırladaq ki, keçən günlərdə diaaz.space olaraq Türkiyə KİV-lərinə istinadən rəsmi Ankaranın Azərbaycana Gülən tərəfdarları ilə bağlı Bakıya DOSYA göndərdiyi barədə informasiya vermişdik.
Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Fətullah Gülənin Azərbaycandakı adamlarından hesab olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəhbərliyi bu dosya göndərişinin ardından bərk əndişə keçirib.
Qaynağın diaaz.space-a soylədikləri: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəhbərliyinin narahatçılığı əbəs deyil. Çünki yaxın günlərdə şok olaylar yaşanacaq. Taleh Ziyadov, Məftun Abbasov və İlham Mehrəliyev üçlüyü ilə bağlı ilginc sənədlər, sübutlar var".
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...