Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib? .....                     Ermənistandan sülh mesajı: .....                     Müəllimlər üçün gizlədilən vakant yerlər .....                     “Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” .....                     Bakının küçələrində təmizlik işləri həyata keçirilib .....                     BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... .....                     Buna Azərbaycanın razılığı lazım olacaq .....                     Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil .....                     Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək .....                     İran da yolların açılmasında maraqlı olmalıdır .....                     HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. .....                     İrandan Azərbaycana daha bir absurd ittiham .....                     “Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... .....                     İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq .....                     "Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." .....                     Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi .....                     Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək .....                     "Bu ancaq Azərbaycanda ola bilər..." .....                     Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü .....                     Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... .....                     Minsk Qrupu niyə ləğv olunur? .....                     Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... .....                     Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik .....                     ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı .....                     Putin, Makron, mollalar... .....                     200 illik sistem dəyişir .....                     SEPAH-dan Qafqazda müharibə təhdidi .....                     Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… .....                     Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq .....                     Rusiyadan “pomidor” həmləsi .....                     `Kontakt Home`dan yeni hoqqabazlıq... .....                     Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? .....                     Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... .....                     Təhsil sisteminin BOZ KARDİNALI... .....                     İmişlidə Mərkəzi Mal bazarının müdirindən qeyri-insani ADDIM .....                     Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər? .....                     Məleykə Abbaszadə İTTİHAM OLUNUR .....                     Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT sədrinə birgə müraciət imzaladılar .....                     "Gör, qadın belə söz deyər?" .....                     Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? .....                 

İbrahimovlara referendumdan sonra birdəfəlik əlvida deyilir - İLGİNC İDDİALAR
Tarix: 25-08-2016, 11:26 | Çap et
İbrahimovlara referendumdan sonra birdəfəlik əlvida deyilir
İbrahimov qardaşları hakimiyyət üçün əməlli-başlı başağrısına çevrilib. Diaspora üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov, “Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) və iş adamı Sahil İbrahimovun adı hər zaman fırıldaqçılıqda, dövlət vəsaitlərinin mənimsənilməsində, edit xəyanətində hallanıb. Bir müddət qabaq gündəmdə olan İbrahimovlar indi hücrəsinə çəkilərək susmağa üstünlük verir. Çünki onların həbs təhlükəsi belə qüvvədə idi.

Qardaşlar etimadı itirib

“Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, İbrahimovlar MTN əməliyyatı və bank sektorundakı maliyyə xəyanətindən sonra mövqeləri sarsılıb. İqtidarda dayaqlarını və nüfuzunu itirən qardaşlar ölkə rəhbərliyinin gözündən düşüb. İddialara görə, Hacı İbrahimin bir neçə dəfə istintaq tərəfindən dindirilməsi və kredit oyunlarında iştirakının üzə çıxması, sahibkar qardaşı Sahil İbrahimovun tikinti şirkətində dələduzluq hallarının ifşa edilməsi və ən əsası qardaşlardan dövlət vəzifəsi daşıyan Nazim İbrahimovun rəhbəri olduğu komitədə yuyulan pulların araşdırılması bütövlükdə bu ailə barəsində fikir formalaşdırıb: onlar iqtidarı aldadırlar, prezidentə xəyanət edirlər. “Gündəm-xəbər”ə daxil olan məlumata görə, qardaşlar arasındakı münasibətlər də sıcaq deyil. Onların birgə fəaliyyətinə və yaxud bir-birinin ünvanına mətbuatda müsbət çıxışına rast gəlinməyib. Bu da İbrahimovların bir yumruq kimi olmadığını təsdiqləyir. Elə Hacı İbrahim də müsahibələrinin birində komitə sədri olan qardaşı haqda bir o dərəcədə ürəklə danışmamışdı.

Balaca İbrahimovların zadəgan həyatı

Mənbənin qeydlərinə görə, hakimiyyətin sevmədiyi adamlara çevrilən İbrahimovların biznesini və vəzifəsini itirməsi hər zaman aktualdır. Sadəcə, onlar mümkün təhlükədən qorunmaq naminə hələlik susmağı seçib. Məlumatda bildirilir ki, komitə sədri Nazim İbrahimovun oğlu və qızı bir müddət öncə dəbdəbəli həyat tərzi ilə bağlı faktlar gündəmi zəbt etmişdi. İndi isə Nazim İbrahimovun qızı dəbdəbəli həyat tərzini reklam edir.

Ekspertlərin hesablamalarına görə, komitə sədrinin qızının nümayiş etdirdiyi paltarlar və çantaların hamısı brenddir və çox bahalıdır. Hesablamalara görə, komitə sədrinin övladının qarderobunda aşağı yuxarı yüz minlik əşyalar var. Təbii ki, 1750 manat əmək haqqı alan bir məmurun övladlarının bu cür yaşam tərzi bir çox suallar yaradır. Beləliklə aydın oldu ki, Nazim İbrahimov komitə sədri olksa da köhnə vərdişindən , biznesmenliyindən əl çəkə bilməyibmiş. Elə buna görə də Azərbaycana siyasi və mədəni sahədə yardımçı olmalı, erməni diasporalarına qarşı savaş aparmalı olan təşkilatlar bir neçə ilin ərzində ictimai-siyasi təşkilat rolundan imtina edərək Nazim İbrahimovun qeyri-leqal yaratdığı şirkətlərin filialları rolunda iştirak etdilər.

Fond çalışır, İbrahimov biznes qurur

Elə buna görə prezident İlham Əliyev dünya azərbaycanlılarının son qurultayında dövlət komitəsinin fəaliyyətindən narazılığını bildirdi. Azərbaycanın xarici siyasətində prioritet mövzulardan birincisi Xocalı soyqırımını dünyaya tanıtmaqdır. Bununla bağlı konkret addımlar atan, beynəlxalq müstəvidə görüşlər təşkil edən əsas iş Heydər Əliyev Fondunun üzərindədir. Məhz fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təşkil edildi. Qısa zaman ərzində məhz Heydər Əliyev Fondunun əziyyətindən sonra bir sıra dövlətlər Xocalı soyqırımını tanıdılar və hazırda bu proses davam edir. Bəs Nazim İbrahimovun rəhbəri olduğu komitə nə işlər gördü? Heydər Əliyev Fondu dünyaya Xocalı soyqırımını tanıtdığı zamanlarda Nazim İbrahimovun formalaşdırdığı “diaspora təşkilatları” əsasən Rusiya və Şərqi Avropada yeni biznes şəbəkəsi yaradırdı. Sirr deyil ki, bu gün Şərqi Avropada və Rusiyada meyvə-tərəvəz bazarında Nazim İbrahimovun yaratdığı “diaspora təşkilat”ları ciddi paya sahibdirlər. Çünki dövlətin vəsaiti hesabına dispora işlərini tənzimləməli olan Nazim İbrahimov sadəcə olaraq biznes şəbəkəsi yaratmaqla məşğuldur. komitə sədri Avropada əsasən otel biznesi ilə məşğul olmağa başlayıb.

Londonda əmlak, Ukraynada metal bazarı

Londonda daşınmaz əmlak biznesinə də əl uzadan Nazim İbrahimov bu fəaliyyətini ustalıqla gizlədə bilir. Belə ki, ildə bir neçə dəfə hansısa Avropa ölkələrində konsertlər təşkil etməklə Nazim İbrahimov gözdənpərdə asmaqla missiyasını başa çatdırır. Bu da dövlət büdcəsindən milyonların çırpışdırılması, ölkə pullarının havaya sovrulması, şəxsi ciblərə axması anlamına gəlir. Azərbaycan naminə ayrılan vəsaitlər kimlərinsə varlanmasına, şəxsi biznesini inkişaf etdirməsinə xidmət edir. Amma onun biznes əhatəsi təkcə əmlakla məhdudlaşmır. İbrahimov qardaşlarının Ukrayna ilə kifayət qədər fəal biznes əlaqələri olub (Donbasda gedən qanlı müharibədən və bölgənin Ukraynadan faktiki ayrılmasından sonra bu biznes əlaqələrinin nə yerdə olduğu barədə məlumatlar yoxdur). Qardaşlar Ukraynadan metal armaturlar, çəkməcələr və s. tikinti materiallarının Azərbaycana idxalı ilə məşğul idilər. Bu biznesdə onların ukraynalı tərəfdaşı indiki Donetsk qubernatoru (Kiyevdən təyin olunan) Sergey Tarutadır. Daha doğrusu, İbrahimov qardaşlarına Azərbaycana idxal etmək üçün malı Tarutanın zavodları verirdi. Bu biznes əlaqələrinin yaranmasında və möhkəmlənməsində Tarutanın dostu “Oleq Bakinski”nin də rolu və əməyi var.

Tapşırıqlar icra olunmur

Xatırladaq ki, N.İbrahimov 1991-1997-ci illərdə əsasən Ukraynada bizneslə məşğul olub, 1997-ci ildən etibarə Azərbaycanın Ukraynadakı (eyni vaxtda Belarus, Moldova, Polşada) səfiri olub, Ukrayna Azərbaycanlıları Konqresinin yaranması da onun adıyla bağlıdır. N.İbrahimovun Ukraynada işlədiyi və bizneslə məşğul olduğu dövrlərdən “Oleq Bakinski” ilə yaxşı əlaqələri formalaşıb və nəticədə keçmiş şamaxılı idmançı UAK-ın rəhbərlərindən birinə çevrilib. Bəzi məlumatlara görə, “Bakinski” İbrahimovun və qardaşı Tağı İbrahimovun Ukraynadakı biznesinə “krışalıq” edib. Yəni indiki diaspor nazirinin “Bakinski” ilə əlaqələri hələ 90-cı illərin əvvəllərinə təsadüf edir. Bütün bu detallar da üst-üstə toplanaraq ciddi narazılıq yaradıb. Hakimiyyətin diasporlarla işləmək və Azərbaycanın təbliğatına yönəlik tapşırıqları yerinə yetirilmir. Prezidentin etimad göstərdiyi komitə sədri ümidləri yerə vurur.

Restoranlar, villalar, şirkətlər...

Etibarlı mənbənin sözlərinə görə, sədrin qardaşı Tağı İbrahimovun oğlu Elşən İbrahimov bir müddət bundan əvvəl Türkiyənin ən məşhur küçələrindən birində yeni restoranın açılışını edib. Nazim İbrahimovun Türkiyədəki biznesini qardaşı oğlu Elşən İbrahimovun idarə etdiyi deyilir. Komitə sədrinin qardaş ölkədə bir neçə villası, yaxtası və geyim dükanları var. Halbuki belə şəraitdə mənfur düşmənimiz olan ermənilərin xaricdəki diaspor təşkilatları ən yaxşı formada təmin olunublar. Azərbaycan hər sahədə Ermənistanı qabaqlayır. Bu sahədə də düşməndən öndə olmalıyıq. Nazim İbrahimov və qardaşları hazırda ölkənin tikinti sektorunun əsas simalarından hesab olunduqlarından komitə sədri daha çox biznes fəaliyyətinə diqqət ayırır. Onun məmur olaraq qardaşları ilə birlikdə paytaxtın bəzi yerlərində hündürmərtəbəli binaların, komplekslərin və digər qurğuların tikintisi ilə məşğul olması biznes əlaqələrindən xəbər verir. İbrahimovlar Bakıda onlarla göydələn tikib istifadəyə veriblər. Komitə sədrinin bu sahədəki işlərini milyarder qardaşı Hacı İbrahim Nehrəmli aparır. Hacı İbrahim ölkənin ən iri biznes qurumlarından olan В«AvestaВ» konserninə rəhbərlik edir. Konsernin tərkibinə çoxlu sayda tikinti şirkətləri, ticarət və xidmət müəssisələri daxildir. В«Günel LTDВ» MMC, В«Həsən -96В» MTK, В«Həsən-96В» MMC, В«İlkanВ»MMC, В«Azər-RossВ» MMC, В»Hüseyn -94В» kiçik müəssisələri buna əyani misaldır. В«SHİG İNVESTMENT LTDВ» Naxçıvanın Ordubad rayonunun Ağdərə və Paraqaçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı, ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir-tikinti işlərinin aparılması işləri ilə məşğuldur.

Referendumdan sonra nə olacaq?

Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, İbrahimov və qardaşları böyük torpaq sahələri götürərək istirahət mərkəzləri və villalar inşa etdirirlər. Bayıl yamacındakı çoxsaylı villalar məhz Nazim İbrahimov tərəfindən tikilib satılıb. Hakimiyyətin qəzəbinə tuş gələn və MTN əməliyyatından sonra əməlləri üzə çıxan qardaşların bundan sonrakı fəaliyyətində işıqucu görünmür. Hətta referendumdan sonra daha böyük hadisələrin baş verəcəyi istisna edilmir. İbrahimovlar isə oktyabrdan bəri susqun mövqedə dayanıb. Xüsusilə, komitə sədri qardaşlar içərisində ən narahat və təşviş içində olanıdır. N.İbrahimovun vəzifədən getməsi biznesinin də çöküşü və qardaşlarının müflisləşməsi ilə nəticələnə bilər. Mövzunu diqqətdə saxlayacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Bu gün, 15:41
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Bu gün, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Bu gün, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Bu gün, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Bu gün, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Bu gün, 11:38
Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Bu gün, 11:26
Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Bu gün, 11:23
Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək – Ağ Evdə Rusiyanı sarsıdan detal
Bu gün, 11:21
İran da yolların açılmasında maraqlı olmalıdır - Armen Qriqoryan
Bu gün, 11:16
HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. - "İndi biz bu prosesdə Ermənistanla ayaqlaşmalıyıq..."
Bu gün, 10:43
İrandan Azərbaycana daha bir absurd ittiham - Cavab gecikmədi
Bu gün, 10:34
“Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... - Məhkəmə də vətəndaşa qarşıdır...
Bu gün, 10:30
İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq - Ermənistanın Baş naziri
Bu gün, 10:26
"Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." - BACARMIRLAR...
Bu gün, 10:25
Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi - deputat
Bu gün, 10:17
Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək - Paşinyan
Bu gün, 10:15
"Bu ancaq Azərbaycanda ola bilər..." - GİLEY
Bu gün, 10:14
Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... - "Hraparak"
Bu gün, 10:00
Minsk Qrupu niyə ləğv olunur? - Paşinyandan CAVAB
Bu gün, 09:34
Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... - GƏLİŞMƏ
Bu gün, 09:27
Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik - Paşinyan
Bu gün, 09:25
ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı - deputat
Bu gün, 09:23
Putin, Makron, mollalar... - onların dediyi olmadı
Bu gün, 09:20
200 illik sistem dəyişir – TRIPP layihəsinin əsas məqsədi və riskləri
Bu gün, 09:15
SEPAH-dan Qafqazda müharibə təhdidi – İran və Rusiya Azərbaycan-Ermənistan sülhünə qarşı cəbhə qurur
Bu gün, 09:10
Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq - KİV
Bu gün, 08:59
Rusiyadan “pomidor” həmləsi - Fermerlər deyir ki...
Bu gün, 08:38
`Kontakt Home`dan yeni hoqqabazlıq... - Etdiyin ödəniş ləğv olunur...
Bu gün, 08:29
Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? - GÖRÜLƏSİ İŞ ÇOXDUR...
Bu gün, 08:19
Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... - əsas məsələ konfliktin bitməsi idi..."
Bu gün, 06:42
Təhsil sisteminin BOZ KARDİNALI... - və onun QARA FİKİRLƏRİ...
Bu gün, 06:38
İmişlidə Mərkəzi Mal bazarının müdirindən qeyri-insani ADDIM - TƏFƏRRÜAT
Bu gün, 06:35
Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər? - AKTUAL
Bu gün, 06:29
Məleykə Abbaszadə İTTİHAM OLUNUR - Məhkəməyə müraciət olundu
Bu gün, 06:27
Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT sədrinə birgə müraciət imzaladılar
Bu gün, 06:22
"Gör, qadın belə söz deyər?" - FOTO
Bu gün, 06:20
Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? – Zəngəzurla bağlı iki qeyd
Bu gün, 06:16
Ermənistan blokadadan çıxır - Paşinyan
Bu gün, 06:14
Paris Ermənistan və Bakı tərəfindən verilən Minsk Qrupunun strukturlarının ləğvinə dair çağırışa qoşulub
Bu gün, 06:13
Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
Bu gün, 06:11
Paşinyan ATƏT-in Minsk Qrupunu münaqişənin simvolu adlandırıb
Bu gün, 06:06
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq - Prezident İlham Əliyev
Bu gün, 00:24
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
Bu gün, 00:22
Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
Bu gün, 00:20
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Dünən, 23:58
ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir - Pənah Hüseyn
Dünən, 18:05
Naxçıvanın mobil operator şirkətinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru