DİA.AZ: - Facebook istifadəçisi, şairliyi ilə də tanınan Rauf Qərib Alagöz maraqlı bir status paylaşıb. DİA.AZ olaraq həmin statusu olduğu kimi təqdim edirik:
"Bir ay bundan əvvəl telefonla danışdığıma görə "QAİ" saxladı. Və mən də telefonla danışdığımı etiraf edib protokola imza atdım. 50 manat (342.6) cərimə yazdı. Birdən bu gün yadıma düşdü ki, gedim faiz gəlməmiş cəriməmi ödəyim. Getdim poçta və protokolu təqdim etdim. İcraçı xanım dedi ki, 20 manat cəriməniz var. Dedim axı 50 manatdı. Çox araşdırmadan sonra 20 manat ödəməli olduğumu dedilər və ödədim. Sözümün canı odur ki, Yol Polislərini pisləməyin daha. Milləti düşünürlər. 50 yazıb 20 alırlar".
DİA.AZ şairin yaydığı həmin cərimə aktını və ödəniş qəbzini də təqdim edir: