“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır .....                     Xalq Bank Milli Depozit Mərkəzinə .....                     Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi .....                     Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb .....                     Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: .....                     Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı .....                     Məhərrəm İncə CHP-yə qayıdıb .....                     ABŞ Prezidentindən İsrailə çağırış: .....                     Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı .....                     İran səfiri Qətər XİN-ə çağırılıb .....                     “PAŞA Bank”ın departamentinə direktor təyin edildi .....                     “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” .....                     4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT .....                     Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib .....                     İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur .....                     Tehrana zərbə endirmək göstərişi verdi .....                     Nazilə ÖZÜNDƏN ÇIXDI: .....                     Mülayim şərq küləyi əsəcək .....                     İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər .....                     Bu savaşdan KİM NƏ QAZANDI? .....                     UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... .....                     Neftçilərin tez-tez verdiyi daha bir sual... .....                     İsrailə İrandan YENİ RAKET HÜCUMU .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: .....                     SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... .....                     İsrail nəyi planlayırdı... NƏ OLDU? .....                     Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu .....                     16 illik əri məşhur müğənni ilə eşq yaşayır: .....                     Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... .....                     “Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” .....                     Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... .....                     İsrail hava məkanını açıb .....                     Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib .....                     Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu .....                     Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib .....                     “Azərlotereya”da yeni təyinat .....                     Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                 

Hacı Məmmədovu Qobustan həbsxanasında çətin görüşlər gözləyir
Tarix: 6-05-2016, 09:34 | Çap et
Hacı Məmmədovu Qobustan həbsxanasında çətin görüşlər gözləyir
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun Qobustan həbsxanasına köçürüləcəyi gözlənilir. Vəkili Afət Qazıyevanın musavat.com-a verdiyi açıqlamaya görə, H.Məmmədovun özü də Qobustana köçürülməsi ilə bağlı müraciətlər edib.

Hacı Məmmədov mayın 2-də 11 il saxlanıldığı MTN-in, hazırda isə DTX-nin istintaq təcridxanasındakı kamerasından köçürülüb, amma ərizəsində göstərdiyi ünvana yox. Onu səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Gələn xəbərlər onu deməyə əsas verir ki, bu ünvandan H.Məmmədovu ərizəsində göstərdiyi ünvana - Qobustan həbsxanasına köçürəcəklər.

H.Məmmədovu həmin ünvanda 11 ildir ki, gözləyənlər var. Məşhur həbsxanada Hacı Məmmədovun yolunu gözləyənlər vaxtilə onunla eyni müttəhimlər kürsüsünü bölüşmək məcburiyyətində qalmış, onun ifadələri əsasında ömürlük həbsə məhkum edilmiş şəxslərdir. Onların sırasında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirov, həmin idarənin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi Kamil Sədrəddinov, Musa Dabuyev, Eldar Rəhimov, Fərhad Məmmədbəyov, Aslanbek Çintamirov, Malik Məmmədov, Husain Abdulvahabov, Yagir Məmmədov var.

Yada salaq ki, Hacı Məmmədov 2005-ci ilin martında MTN-in “Qara kəmər” kod adı ilə həyata keçirdiyi əməliyyat zamanı yaxalanıb. Bu əməliyyatla uzun illər bağlı qalan sifarişli qətllər və adam oğurluqlarının bir qisminin üstü açılıb. Sonradan isə MTN rəhbərliyi ifşa olunan dəstə başçısından öz şəxsi istəklərinə uyğun ifadələr alıb.

Ötən illər ərzində Hacı Məmmədovun MTN təcridxanasında saxlanılması onun təhlükəsizliyinin təmin olunması, şəxsi istəyi ilə izah olunurdu. Lakin Milli Təhlükəsizlik Nazirliyində (MTN) ötən il oktyabrın 17-də baş tutan və dövlət başçısının sərəncamı ilə nazir də daxil olmaqla, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin istefası ilə nəticələnən xüsusi əməliyyatdan sonra “Qara kəmər” işinin yenidən araşdırılması gündəmə gəldi. Bu əməliyyatdan az sonra məlum oldu ki, Hacı Məmmədov özünə vəkil tutub və yenidən ifadə vermək istəyir.

H.Məmmədov yaxınları vasitəsilə mətbuata eks nazir Eldar Mahmudovun dövründə ona hədə-qorxu və təzyiqlər edildiyi, ötən illər ərzində MTN təcridxanasında faktiki olaraq girov saxlanıldığını açıqladı. Bildirdi ki, 2006-cı ildə keçirilən məhkəməsində həqiqəti deyə bilməyib, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi olmadığını çatdırdı. Bildirdi ki, Z.Nəsirov süni olaraq bu işə cəlb edilib.

Az keçmədi ki, H.Məmmədovun 2006-cı ildə iş üzrə hökm çıxarılarkən yalan ifadələr verməsi əks olunan, işlə bağlı yeni hallar üzrə ifadələr vermək istəməsi ifadə olunan ərizəsi Ali Məhkəməyə göndərildi. Gözlənilənlərin əksinə olaraq Ali Məhkəmədən Hacı Məmmədovun ərizəsində göstərdiyi yeni hallar üzrə yenidən məhkəmə araşdırmasının başlanmasına “yox” cavabı verildi. Bununla da “Qara kəmər” əməliyyatından sonra Eldar Mahmudovun şəxsi maraqlarına uyğun verilmiş ifadələr hökmdə olduğu kimi qaldı. Eldar Mahmudovun şəxsi maraqlarının gerçəkləşməsinə doğru, dürüst ifadələri ilə yox demiş şəxslərin ömürlük həbsdən azadlığa apara biləcək qapılardan biri bununla bağlandı. Bu gün Qobustan həbsxanasında Hacı Məmmədovun yolunu səbirsizliklə gözləyənlər var.
Həmin şəxslərin H.Məmmədova çox çətin suallar olacağı şübhəsizdir. Əgər Hacı Məmmədovun vəziyyəti qəfil pisləşməsə, sağlıq durumu Qobustana köçürülməsinə imkan versə, o, mütləq bu sualları eşidəcək. Verəcəyi cavablar isə yaddaşlarda qalacaq və gec-tez “Qara kəmər”ə vurulmuş “ağ yamaq”ların sökülməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, Hacı Məmmədovun ifadələri əsasında tutularaq həbsə alınan Nizami Abdullayev, Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 11 il, Əliqulu Quliyev, Nişad İsmayılov 10 il, Faiq Quliyev, Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyev 9 il, Mehman Həsənov, Fariz Həmidov, Elşən Mirzəyev 8 il müddətinə azadlqıdan məhrum ediliblər. Aqil Hüseynov və Azər Əliyev 2 il şərti olaraq azadlıqdan məhrum edilmişdilər.

Zakir Nəsirovun qohumu İbrahim Bağırov barəsində isə cinayət təqibinə xitam verilmişdi.
Rəsmi istintaq sənədlərində Hacı Məmmədovun rəhbərlik etdiyi, həyat yoldaşı Nailə Quliyevanın da daxil olduğu qrup İlham Qədimzadə, Cavid Manafov, Ülvan Bağırov, Əhməd Məmmədov, Zeynalabdin Babayev, Oqtay Babayev, Murad Kazımov, Məcid Məmmədov, Zamirə Hacıyevanın oğurlanmasında, Anar Sultanov, Yaruxom İliyevin oğurlanmasına cəhddə, Şirxan Albiyev, Boris Ayyubov, Ruslan Ukuşev, Dilbər Novruzova, Mehman Səmədov, Novruz İsmayılov, Azər İsmayılov, Rövşən Əliyev, Fətulla Hüseynov, Rəna Nəsibovanın qətlində təqsirli biliniblər. Oğurlanan İlham Qədimzadənin qulağı Hacı Məmmədovun şəxsi göstərişinə əsasən kəsilib və valideynlərinə göndərilib. Cavid Manafovun oğurlandığını öyrənən nənəsinin ürəyi partlayıb...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Bu gün, 15:48
Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Bu gün, 15:42
Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Bu gün, 15:39
Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Bu gün, 15:32
Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Bu gün, 15:28
Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Bu gün, 15:22
Məhərrəm İncə CHP-yə qayıdıb
Bu gün, 15:18
ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Bu gün, 15:14
Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Bu gün, 13:06
İran səfiri Qətər XİN-ə çağırılıb
Bu gün, 13:05
“PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 13:02
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Bu gün, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Bu gün, 12:48
İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Bu gün, 12:43
Tehrana zərbə endirmək göstərişi verdi
Bu gün, 12:27
Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Bu gün, 12:17
Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Bu gün, 12:10
UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Bu gün, 12:04
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Bu gün, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Bu gün, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Bu gün, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Bu gün, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Bu gün, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Bu gün, 11:24
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir
Bu gün, 11:19
Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... - Nə başçını, nə də ki...
Bu gün, 11:15
“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” - MALƏSƏF...
Bu gün, 11:08
Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:05
İsrail hava məkanını açıb - “Tmes of İsrael”
Bu gün, 11:01
Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib - KİV
Bu gün, 10:58
Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu
Bu gün, 10:53
Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib - SİYAHI
Bu gün, 10:40
“Azərlotereya”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:39
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru