Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                     “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” .....                     “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” .....                     Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb .....                     “Buna görə razılıq vermirəm” .....                     Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU .....                     Ələsgər Məmmədli ilə bağlı qərar verildi .....                     Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” .....                     Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib .....                     Prezidentdən qəti mövqe: .....                     ABŞ Lukaşenkonu araqla razı saldı .....                     Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır .....                     Rus politoloqların isterikasının isti dövrü .....                     TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq .....                     “Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? .....                     Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR .....                     Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? .....                     Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı .....                     “O qədər şey vəd etdilər, heç nə olmadı” .....                     Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. .....                     Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... .....                     "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" .....                     Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... .....                     Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək .....                     "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." .....                     Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! .....                     Rusiya ilə böyük müharibə anonsu .....                     Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU .....                     Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır .....                 

"Bakı Şəhər Halqası çox möhtəşəmdir və burada yarış pilotlar üçün gərgin keçəcək"
Tarix: 24-02-2016, 08:22 | Çap et
"Bakı Şəhər Halqası çox möhtəşəmdir və burada yarış pilotlar üçün gərgin keçəcək"
DİA.AZ F1 Avropa Qran Prisininin ilk rəsmi elçisi və Formula 3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevlə müsahibəni təqdim edir:

Siz, “Formula Gulf 1000” yarışlarından bir neçəsində qələbə qazandınız. Bu sizin üçün nə deməkdir?

Bu seriyada qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, bütövlükdə bu, mənim Formula 1 karyeramda müsbət bir başlanğıcdır. Yeni mövsümün ilk yarışlarında podyumda birinci olmağım ətrafımda olan hər kəsi çox sevindirdi.

Yeni mövsümdə iştirak edəcəyiniz “Avropa Formula 3” avtomobilləri “Formula Gulf 1000” avtomobillərindən nə ilə fərqlənir?

Əslində bu avtomobillər arasında fərq çox böyükdür. F3 seriyalı avtomobillər daha sürətli və sərt olması ilə seçilir. “Formula Gulf 1000” seriyalı avtomobillər Avropa seriyalı olanlardan yumşaqlığı ilə fəqlənir. Bu, əsasən, sükan və əyləc sistemində daha çox hiss edilir.

Mövsümə hazırlığınız necə davam edir?

Hər şey planlaşdırdığımız kimi davam edir. Biz mövsüm öncəsi test yürüşlərimizi uğurla başa vurduq və artıq qış testlərinə tam hazırıq. Həmçinin fiziki hazırlığıma da fikir verirəm. Hər şey qaydasındadır.

Formula 1 yarışında ən çox sevdiyiniz pilot kimdir? Və nə üçün?

Mənim ən çox sevdiyim pilot Ayrton Sennadır. Ola bilər o, çempionluq tarixində çoxlu sayda yarış qazanmayıb, amma əldə etdiyi üç çempionluq titulu möhtəşəm və dramatik idi. O bugünədək keçirilmiş F1 yarışlarının ən yaxşı pilotu hesab olunur. O, həmçinin, yarış xaricində Braziliya əhalisinə dəstək olduğu və köməklik göstərdiyi üçün də yaxşı bir insan kimi tanınır.

Yeni mövsümdə qarşınıza hansı məqsədi qoymusunuz?

Bu mövsümdə daha çox təcrübə qazanmağı qarşıma məqsəd qoymuşam. Həmçinin yeni başlayanlar sırasında podyumda ilkin yerləri qazanmağı planlaşdırıram. Digər pilotlarla müqayisədə mən bir az təcrübəsizəm, lakin əlimdən gələn hər şeyi etməyə çalışacağam.

Bu il əsas rəqib olaraq kimi görürsünüz? Avropa Formulasında iştirak edəcək pilotlar haqqında nə deyə bilərsiniz?

Bu il Avropa Formulasında rəqabət çox yüksək səviyyədə olacaq. “FİA Formula 3” seriyasından bir neçə komanda bu yarışa qatılacaq. Mübarizə çox maraqlı olacaq. Hesab edirəm ki, mənim əsas rəqiblərim Avropa Formulasına keçən digər debütantlar olacaq.

Ən sevdiyiniz trek hansıdır? (Əlbəttə, Bakı Şəhər Halqasından başqa)

Mənim ən sevdiyim trek Belçikada yerləşən Spa-Frankorşam trekidir. Bu trek uzun olmasına və “Eua Rouge” döngəsinə görə xoşuma gəlir.

Bakı Şəhər Halqası haqqında nə deyə bilərsiniz? Trekin hansı hissəsi sizin üçün daha möhtəşəm görünür?

Bakı Şəhər Halqası çox möhtəşəmdir və burada yarış pilotlar üçün gərgin keçəcək. Əsasən 8 və 9-cu döngəni xüsusi ilə qeyd etmək istərdim. Pilotların bu döngələrdəki mübarizəsini izləmək çox maraqlı olacaq. Həmçinin pilotlar güclü Bakı küləyini nəzərə almalıdırlar. Çünki belə halda bolidləri idarə etmək çətin olacaq.

Avropa Qran Prisinə gəlmək istəyən Formula 1 azarkeşlərinə nə dəmək istərdiniz?

Bakı Şəhər Halqası Spa-Frankorşam trekindən sonra ən maraqlı və ən çox gözlənilən trek olacaq. Mən bu yarışı səbirsizliklə gözləyirəm və əminəm ki, Avropa Qran Prisi ən yadda qalan bir yarış kimi Formula 1 tarixinə keçəcək.

Ümumi bir sual, Formula 1 yarışı sizin üçün nə düməkdir?

Formula 1 yarışı mənim üçün həyat tərzi deməkdir. Biz yalnızca trekdə deyil, həyatda da rəqabət aparırıq. Biz zamanla mübarizə aparırıq və hər birimiz həyatda ən çox arzuladığımız hədəflərə nail olmaq üçün çalışırıq. Buna görə yarış bir həyatdır. Lakin peşəkar yarışlar uzun zamandır həvəsdən düşmədiyim işlərdən biridir, çünki mən bu işi çox sevirəm. Yarış zamanı qazandığım adrenalin məni bu idman növünü sevməyə vadar edir. Digər vacib məqam isə təhlükədir. Formula 1 yarışları hələ də həyat üçün təhlükəli olaraq qalır və bu səbəbdən pilotlar daha çox hörmətə layiqdir.

Uşaqlıq illərində kumiriniz kim olub?

Mixail Şumaxer. Onun qələbələrini izləyərək bu idman növünü çox sevdim və Şumaxerə azarkeşlik etməyə başladım. Onun yazdığı tarixə şahid olmaq möhtəşəm hisslərdən biri idi. Ümumilikdə, Mixailin 7 titul qazanmasını, Sebastian Lebin WRC seriyasında 9 qat çempion olmasını və rusiyalı Valentinin 7 dəfə MotoGP yarışının ən güclüsü olduğunu gördüyümə görə, özümü xoşbəxt sayıram. Hər onillikdə eyni pilotlara bu qədər qələbə nəsib olmur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57
Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54
Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43
Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40
Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq? - Bu mexanizm Bakıya sərf etmir
Bu gün, 11:36
Təhsil Nazirliyi bu şirkətlə 19,5 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 11:31
“O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı
Bu gün, 11:28
Rusiya ilə Azərbaycan arasında SAVAŞ: Nə qədər realdır?.. - AKTUAL
Bu gün, 11:27
Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
Bu gün, 11:21
"Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir" - Analitikdən MÜHÜM açıqlama
Bu gün, 11:14
Naxçıvan Dövlət Universitetində ƏXLAQ PROBLEMİ... - Görün, rəhbərlik nə edir...
Bu gün, 11:08
Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48
"Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44
Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38
Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35
Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32
Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16
Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58
Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53
Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52
Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru