Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                 

“MÜBARİZƏ DAVAM EDƏCƏK”
Tarix: 10-07-2012, 14:05 | Çap et
“MÜBARİZƏ DAVAM EDƏCƏK”

“...AZƏRBAYCAN HÖKUMƏTİ BU MƏĞLUBİYYƏTLƏ BARIŞACAQ”...

“Media forum” saytı müxalif İctimai Palatanın liderlərindən olan AXCP sədri Əli Kərimlinin müsahibəsinin sonuncu bölümünü təqdim edib.

- Müxalifət uzun illərdir ki, Avropa Şurasından narazılıq edirdi. Hətta İctimai Palatanın təmsilçiləri AŞPA həmməruzəçiləri ilə görüşdən imtina etmişdi. Amma AŞPA-nın son sessiyasında Azərbaycanla bağlı xeyli müzakirə keçirildi, qurumun komitəsi siyasi məhbuslarla bağlı məruzəni qəbul etdi. Avropa Şurasının birdən-birə belə radikal addımlar atması nəyin nəticəsi idi?

- Mövqe birdən-birə dəyişmədi, sadəcə olaraq birdən-birə qərara çevrilib Azərbaycan ictimaiyyətinə təqdim olundu. Bu mövqeyin dəyişməsindən ötrü Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti uzun illər ardıcıl mübarizə aparıb və mübarizə davam edir. Biz Avropa Şurasında ilk pozitiv dəyişikliyə 2009-cu ildə nail olduq. O zaman Avropa Şurasında dörd illik fasilədən sonra yenidən siyasi məhbuslar üzrə məruzəçi təyin edildi. Məhz Azərbaycan müxalifətinin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətinin səyi ilə 2009-cu ildə Kristofer Ştrasser indiki mandatını aldı.

Amma ondan sonra da Azərbaycan hökumətinin mövqeyi güclü idi deyə hökumət Ştrasseri ölkəyə buraxmamağı, müzakirələri ləngitməyi, xüsusilə də Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri vasitəsilə prosesi ləngitməyi özünə rəva görürdü. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan üzrə məruzəçilər ölkədə ildə bir dəfə olmuşdular. Bu il isə iki dəfə gəliblər. Halbuki monitorinqin ilk illərində Azərbaycan üzrə məruzəçilər ildə azı on dəfə gəlib müxtəlif sahələr üzrə araşdırma aparırdılar. Azərbaycan hökumətinin Avropa Şurasındakı lobbiçiləri ölkə üzrə monitorinqin formal xarakter almasına, Azərbaycanla bağlı müzakirələrin sessiyadan-sessiyaya ötürülməsinə nail ola bilmişdi.

Qüvvələr nisbətini nə dəyişdi? İlk növbədə “Avroviziya” ərəfəsində dünya mediasının Azərbaycana üz tutması, siyasətlə az-çox maraqlanan avropalıların ölkənin problemlərindən xəbər tutması. Avropalılar ölkəni 40 ilə qədər bir sülalənin idarə etdiyini, hakimiyyət dəyişikliyinin demokratik yolunun qapandığını, korrupsiyanın ölkədə dövlət siyasətinə çevrildiyini, dövlət hakimiyyətində təmsil olunanların zəngin insanlar olduğunu, bu zənginliklərin bir qisminin Avropada rejimin mövqeyini müdafiə edən bəzi siyasətçilərlə bölüşdürüldüyünü bildilər.

Ona görə də Avropa cəmiyyətinin öz siyasətçilərinə nəzarəti artdı. Həmin deputatlar, vəzifəli şəxslər xalqın nəzarətini hiss edərək daha ehtiyatlı rəftar etmək məcburiyyətində qaldılar. Çünki Avropada demokratiya var və xalqın gözündən düşən insanın yenidən mandat almaq imkanı, korrupsionerləri açıq-aşkar müdafiə edən insanların seçici rəğbəti qazanması mümkünsüzdür. Bu səbəblər və bizim ardıcıl işimizə görə qüvvələr nisbəti dəyişdi, Azərbaycan hökumətinin xərclədiyi milyonlar bu mərhələdə, demək olar ki, batdı, o, Avropa Şurasında öz mənafelərinə qarşı hesab etdiyi qətnamələrin qarşısını ala bilmədi.

- Avropa Şurasının bu mövqeyini davam etdirməsini gözləyirsinizmi? Yoxsa qəfil əvvəlki vəziyyətə qayıtmaq ehtimalı qalır?

- Əlbəttə ki, mübarizə gedəcək. Əvvəla, Avropa Şurasında yalnız Qərbi Avropa deyil, böyük Avropa təmsil olunur. Şərqi Avropa ölkələrinin bir çoxu, təəssüf ki, korrupsiyaya açıqdır, Azərbaycan hökuməti onlarla dil tapa bilir. Müəyyən geopolitik amillər də var. Təəssüf ki, Türkiyə və Rusiyadan olan nümayəndə heyətləri çox zaman Azərbaycan hakimiyyətini müdafiə edən mövqe ortaya qoyurlar. Türkiyədə bir çox deputat müttəfiqlik məsələsini yanlış başa düşərək hesab edir ki, Azərbaycanla dostluq, qardaşlıq hökumətin bütün mövqelərinin müdafiə olunması deməkdir. Rusiya isə həm hökumətlə xüsusi münasibətləri, həm də demokratiyaya eyni mövqedən yanaşması ilə belə yol tutur.

Hətta Qərbi Avropada da müəyyən adamlar tapılır ki, asan yolla və birdən-birə varlanmaq eşqinə düşürlər. Axırıncı prinsipial səsvermənin özündə də Avropa Şurasındakı prinsipial demokratlar Azərbaycan hökumətinin tərəfdarlarına yalnız dörd səs üstünlüyü ilə qalib gələ biliblər (AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsi iyunun 26-da alman deputat Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib. Komitə üzvləri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzənin oktyabr ayında keçiriləcək sessiyada müzakirəyə çıxarılmasına mövqelərini bildiriblər. 25 deputat məruzənin müzakirəyə çıxarılmasının lehinə, 23-ü isə əleyhinə səs verib – red.).

Mübarizə davam edəcək. Heç kim hesab etməsin ki, Azərbaycan hökuməti bu məğlubiyyətlə barışacaq, daha səy göstərməyəcək. Amma tədricən vəziyyətləri çətinləşəcək. Çünki Azərbaycan hökumətinin mahiyyəti dünyaya çatdırıldıqca bu hökumətin tərəfdarı kimi çıxış etmək istənilən siyasətçinin üzərinə kölgə salır. Azərbaycan hökumətinin imici o qədər neqativləşir ki, belə hakimiyyətin tərəfdarı olmaq adamların qarşısında müəyyən sual işarəsi yaradır. Ona görə də bu hakimiyyətə lobbiçilər, tərəfdarlar tapmaq asan olmayacaq.

- Hazırda İctimai Palatanın qarşısında duran əsas vəzifə nədir? Qurum 2013-cü ilin prezident seçkisinə hazırlıq, seçkidə iştirak məsələlərinin müzakirəsinə başlayıbmı?

- İctimai Palata özü belə bir müzakirə aparmasa da, cəmiyyətdə, xüsusən sosial şəbəkələrdə belə müzakirələr oldu. Çox təqdirəlayiq haldır ki, Koordinasiya Şurası axırıncı iclasında yekdilliklə, konsensusla belə bir açıqlama yaydı ki, hazırda İctimai Palatanın qarşısında vahid namizədin müəyyənləşdirilməsi vəzifəsi durmayıb. Qurum hazırda demokratik seçki şəraitinin yaradılmasını prioritet olaraq görür. Yəqin ki, növbəti sessiyada qurumun qarşısında duran yaxın strateji hədəflər, prioritetlər dəqiqləşəcək.

Hazırda İctimai Palatanın əsas hədəfləri ilk növbədə demokratik seçki şəraitinə nail olmaqdır. Belə şərait yaratmaqdan ötrü seçki qanunvericiliyində islahatlar başlanmalıdır. Yeri gəlmişkən, Avropa Şurası da öz qətnaməsində bizim seçki islahatı tələbimizə dəstək verir və hökumətə çağırış edib. Bununla bağlı İctimai Palata artıq təşəbbüs göstərib. Keçirdiyimiz dinləmələrdə İctimai Palataya daxil olmayan partiyalar da iştirak edirdi. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində demokratik qüvvələrin bütün spektrini – siyasi partiyaları, vətəndaş cəmiyyətini, müstəqil ekspertləri əhatə edən ciddi işçi qrupunun yaradılması və bu qrupun seçki qanunvericiliyinə təkliflər hazırlaması ilə bağlı konsensus var. Biz seçki islahatı uğrunda birliyə, demokratik qüvvələri səfərbər etməyə nail olmalıyıq. Bu, bizim birinci prioritetimizdir.

İkinci prioritetimiz demokratik qüvvələrin daha böyük birliyini əldə etməkdir. Bizim ölkənin ictimai-siyasi həyatına ciddi təsiri olan Ziyalılar Forumu ilə birgə işləmək razılığımız var. Payızda ümumrespublika demokratik müşavirəsi keçirmək planlaşdırılır. Ölkənin demokratik qüvvələrinin daha geniş spektrinin bir araya gəlməsi, demokratik qüvvələrin səylərini əlaqələndirmə yollarının, daha ciddi əməkdaşlıq imkanlarının tapılması, müxalifətin kəmiyyət və keyfiyyət etibarı ilə daha yüksək səviyyədə birliyinə nail olmaq da bizim prioritetimiz olacaq.

Azərbaycan cəmiyyətində demokratikləşmə prosesinə təkan verən əsas qüvvə İctimai Palatadır. Bu faktorun gücləndirilməsi, daha böyük siyasi qüvvə ilə meydana çıxması prioritet olmalıdır. Hesab edirik ki, İctimai Palatanı nəinki rayonlar, hətta qəsəbələr, kəndlər, seçki məntəqələri üzrə daha güclü təşkilatlandırmaq, ətrafına olduğundan da çox adam toplamaq vacib bir prioritet olmalıdır.

Ölkənin ən kəskin problemlərindən biri siyasi məhbus problemidir. Aprel məhbuslarının böyük əksəriyyəti azad olsa da, Xalq Cəbhəsinin öncül şəxslərindən Şahin Həsənli, müstəqil hüquq müdafiəçisi Vidadi İsgəndərli hələ də həbsdədir. Başqa siyasi məhbuslar da var. Son zamanlar onların sırası genişlənib. Siyasi məhbusların azad edilməsinə nail olmaq və Avropa Şurasının hüquq məsələləri və insan hüquqları komitəsinin qətnaməsində deyildiyi kimi, gələcəkdə bu hadisənin təkrarlanmaması üçün təminatlar yaratmaq bizim yaxın prioritetlərimiz olmalıdır.

- Şərait dəyişməsə, vəziyyət indiki kimi qalsa, seçkidə iştirak edəcəksinizmi?

- İndiki şərait niyə qalmalıdır ki? Yəqin ki, qalmayacaq. Şəraitin dəyişməsi üçün hər şey edəcəyik. Bütün fəaliyyətimiz indiki şəraiti dəyişməyə, seçkidə iştirak etməyə yönəlib.

- İctimai Palatanın bəyanatında, o cümlədən sizin açıqlamalarınızda, Müsavat Partiyasının başqanı İsa Qəmbərin açıqlamalarında deyilir ki, vahid namizəd məsələsinin müzakirəsi diqqəti əsas hədəflərdən yayındırır və hakimiyyətin maraqlarına xidmət edir. Amma bu müzakirələri aparan müxalifət partiyalarının üzvləri, İctimai Palatanın təmsilçiləridir. Siz AXCP sədri olaraq müavinlərinizə, sözçülərinizə vahid namizədlə bağlı müzakirələrdən yayınmaq tapşırığı vermisinizmi?

- Əvvəla, İctimai Palatanın vahid namizədini müəyyənləşdirməyə çalışmaq qəbahətli bir iş deyil. Nə zamansa biz bunu edəcəyik. Söhbət onun vaxtından gedir. Vahid namizədlə bağlı müzakirələrin aparılmaması məsələsi AXCP Ali Məclisinin Rəyasət Heyətində yekdilliklə qəbul olunub. Hər hansı xüsusi tövsiyəyə, tapşırığa ehtiyac yoxdur. Çünki bizim partiyanı təmsil edən, onu yönəldən insanların əksəriyyətinin birmənalı mövqeyi budur ki, bu diskussiyaları indi açmaq lazım deyil, bir az əvvəl sadaladığım prioritetlər üzərində işləmək lazımdır.

- Dediniz zamanı gələndə vahid namizədi müəyyənləşdirmək üçün müzakirələrə başlayacaqsınız. Bu müzakirələr təxminən nə vaxt başlana bilər?

- İndi heç nə demək istəmirəm. İctimai Palatanın daxilində sərbəst, səmimi müzakirə mühiti var. Vaxtaşırı keçdiyimiz mərhələni dəyərləndirib yeniliklərə baxırıq, qarşıdan gələn vəzifələri müəyyənləşdiririk. Zamanı gələndə heç bir qarşıdurma olmadan, hər hansı bir nifaq yaratmadan bu məsələni müzakirə də edəcəyik, həll də edəcəyik.

- Eks-prezident Ayaz Mütəllibov Azərbaycana qayıtdı. Eyni zamanda siyasətdən getdi. Onun ölkəyə qayıtmasını və siyasətdən getməsini necə qiymətləndirirsiniz?

- Siyasətə gəlib-getmək hər bir şəxsin müstəqil verəcəyi qərardır. Bunu qiymətləndirməyim. Amma əlbəttə ki, eks-prezidentlərin statusu haqqında qanun bizim yol xəritəsində təqdim etdiyimiz, bizim tərəfimizdən irəli sürülmüş tələblərdən biri idi. Qanunun qəbul olunması təkliflərimizdən birinin reallaşması deməkdir.

Töhfə ƏZİMOVA
İmdad ƏLİZADƏ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru